Əhməd Abasquliyev
Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; d.20 aprel 1919; Bakı — ö.20 iyun 2008; Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
Əhməd Abasquliyev | |
---|---|
Əhməd Əlibala oğlu Abasquliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb elmlər doktor |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Mükafatları | II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallar |
Həyatı
Əhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərindı vəfat etmişdir.
Yaradıcılığı
Əhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir.
Əsərləri
- O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967;
- İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N.V.İsmayılov və başqaları ilə birlikdə). B., 1995.
Mükafatları
Ə.Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallarla təltif edilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
İstinad
- ↑ ABBASQULİYEV Əhməd Əlibala oğlu
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 8. ISBN 978-9952-441-07-9.