Əzizağa Hüseynov
Əzizağa Nizami oğlu Hüseynov (1 fevral 1999, Bozavand, Ağsu rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Əzizağa Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020 (21 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Nizami Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018; 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Füzuli döyüşləri • Cəbrayıl döyüşləri |
Təltifləri |
Həyatı
Əzizağa Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2005-ci ildən Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində alan Əzizağa 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Hərbi xidməti
Əzizağa Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanmış, Şəmkirdəki hərbi xidmət müddətini 2018-ci ildə başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Əzizağa Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.