Şəhriyar Qasımov
Şəhriyar Vəzir oğlu Qasımov (7 noyabr 1995, Hüseynbəyli, Bərdə rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Şəhriyar Qasımov | |
---|---|
Şəhriyar Vəzir oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020 (24 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vəzir Qasımov |
Anası | İlhamə Qasımova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013-2015 / 2020 |
Rütbə | |
Döyüşlər | Tovuz döyüşləri Vətən müharibəsi • Füzuli döyüşləri • Cəbrayıl döyüşləri • Qubadlı döyüşləri • Zəngilan döyüşləri |
Təltifləri |
Həyatı
Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb.
Hərbi xidməti
2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda yerləşən N saylı hərbi hissələrdən birində başlamışdır. Xidmət dövründə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. 2015-ci ildə hərbi xidmətini uğurla başa vurmuşdur.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanıFüzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində . İstifadə tarixi: 22.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.