Şiştəpə
Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Şiştəpə | |
---|---|
40°50′48″ şm. e. 45°55′40″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 489 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5726 |
Tarixi
1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comartlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökümətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır.
Kəndin qəbristanlığı - Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır.
Əhalisi
Kənd sakinlərinin tamamı türk əsilli olub, Oğuzların Avşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5658 nəfərdir ki, onunda 2881 nəfəri kişi, 2777 nəfəri isə qadınlar təşkil edir.
Tanınmışları
- Qara bəy Qarabəyov - ADR Parlamentinin üzvü, həkim.
- Tariyel İsmayılov - professor, Bərk cisimlər fizikası kafedrası
- Etibar İsmayılov - professor, Kimya elmləri doktoru
- Vüqar Yusifov (Vüqar Nurəddin oğlu Yusifov; d. 1976 – 2016) — Polkovnik, XTQ Kəşfiyyat keçmiş rəisi, şəhid.
- Müsəllim Həsənov - jurnalist, ssenari müəllifi, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi
- Şəhla Nağıyeva - ADU-nin dosenti, tərcüməçi
- Əfqan Xəlilli - tərcüməçi
İqtisadiyyatı
Kənd sakinlərinin önəmli qismi Rusiya və digər xarici ölkələrdə əsasən meyvə olmaqla ticarətlə məşğuldur. Bundan başqa ənənəvi heyvandarlıq da kənd iqtisadiyyatında əsas yeri tutur. Kənd sakinlərinin əkinciliyə də önəm verdiyini bildirməkdə fayda var.
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Rəhman Salmanlı, Azərbaycan.-2017.-16 mart.-№58.-S.7.
- Şahbaz Qarayev, Gülüstan çiçəyi kəndimiz, Letterpress, Bakı 2013
- "Şiştəpə həqiqətləri", Məhərrəm Şəmkirli, yenixəbər.org - 04.03.2019 - http://yenixeber.org/edebiyyat/69641-sstepe-heqqetler.html
Şəmkir rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |