Wikipedia
Çaytumas
Çaytumas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.
Çaytumas | |
---|---|
39°17′40″ şm. e. 46°42′44″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib..25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Çay Tumas kəndi Həkəri çayının sahilindədir. Keçmiş adı Tumaslı olmuşdur. Kənd XIX əsrdə Dağ Tumas kəndindən (indiki Cəbrayıl r-nu) köçmüş ailələrin Həkəri çayı sahilində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "çay kənarında yerləşən Tumaslı kəndi" deməkdir.
Coğrafiyası və iqlimi
Çaytumas kəndi Həkəri çayının sahilində yerləşir.
Mənbə
- Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 448.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
- Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |