Wikipedia
Adil Bağırov (filoloq)
Adil Bağırov (Bağırov Adil Nəsib oğlu; d. 28 iyul 1947, Nursu, Şahbuz, Naxçıvan MSR, Azərbaycan SSR, SSRİ – ö. 21 aprel 2016) — Filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014).
Adil Bağırov | |
---|---|
Bağırov Adil Nəsib oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Nursu kəndi, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Elmi dərəcəsi | Filologiya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Həyatı
Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1966-1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləmişdir. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində “Azərbaycan dilçiliyi” kafedrasının müdiri olmuşdur.
Elmi əsərləri
- Bağırov, Adil (1993). Türk dillərində yarımçıq fellər. Bakı: APİ.
- Bağırov, Adil (200). Naxçıvanın hidronimləri. Bakı: Elm.
- Bağırov, Adil (2002). Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm.
- Bağırov, Adil (2003). Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı: Nurlan.
- Bağırov, Adil (2007). "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə onomastik vahidlər. № 5-12. Bakı: "Azərbaycan və azərbaycanlılar” jurnalı. 226–230.
- Bağırov, Adil (2008). Naxçıvan ərazisində qədim oğuzlarla bağlı toponimlərin tədqiqi. Ankara: VI Beynəlxalq Türk Dil Qurultayı.
- Bağırov, Adil (2008). Naxçıvanın oykonimləri. Bakı: Nurlan.
- Bağırov, Adil (2010). I cild // Onomalogiya problemləri. Bakı: Nurlan.
- Bağırov, Adil (2012). II cild // Onomalogiya problemləri. Bakı: Nurlan.
- Bağırov, Adil (2011). Oronimlərin linqvistik xüsusiyyətləri. Bakı: Nurlan.
- Bağırov, Adil (2014). Osmanlı arxiv sənədlərində əksini tapan Naxçıvan oykonimlərinin tarixi-filoloji təhlili. № 1. Naxçıvan: AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, (İctimai və humanitar elmlər seriyası). 147–155.
İstinadlar
- "Bağırov Adil Nəsib oğlu" (azərb.). science.gov.az. 2017. İstifadə tarixi: 2017-03-20.