Zülfü Hacıyev
Zülfü Hacıyev (tam adı:Zülfü Saleh oğlu Hacıyev; d. 21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR – ö. 20 noyabr 1991, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.
Zülfü Hacıyev | |
---|---|
Hacıyev Zülfü Saleh oğlu | |
| |
Şəxsi məlumatlar | |
Partiya | |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
İxtisası | Mühəndis |
Doğum tarixi | |
Doğum yeri | Böyük Məzrə, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | erməni terroru |
Dəfn yeri | Birinci Fəxri xiyaban |
Atası | Saleh Hacıyev |
Həyat yoldaşı | Səyyarə xanım |
Uşaqları | Ruslan, Raman, Şölə, Mehparə, Lalə |
| |
Təltifləri |
Həyatı
Zülfü Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
O, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Zülfü Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.
1982-ci ildən 1988-ci ilin mart ayınadək orada tükənməz enerji ilə çalışmışdır. O, Naxçıvana rəhbər vəzifəyə gəldikdən sonra Nazirlər Soveti, onun strukturları dəyişildi, sözün əsl mənasında fəallaşdılar.
Mükafatları
- "Qırmızı Əmək Bayrağı" ordeni —
- "Xalqlar Dostluğu" ordeni —
- "Şərəf Nişanı" ordeni —
- Azərbaycanın əməkdar inşaatçısı —
Xatirəsi
Adının əbədiləşdirilməsi
Zülfü Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfü müəllimin adı əbədiləşdirilmişdir. Sumqayıtda on dörd il işlədiyi trestə, tikdirdiyi on beş orta məktəbdən birinə, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən birinə Zülfü Saleh oğlu Hacıyevin adı verilmişdir.
Gəncə şəhərində və Sumqayıt şəhərində küçələrdən biri onun adını daşıyır.
Sabirabad rayon 7 saylı tam orta məktəbi, Sumqayıt şəhər 17 saylı orta məktəbləri də Zülfü Hacıyev adınadır.
1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfü Hacıyevin adını daşıyır.
Haqqında yazılanlar
2005-ci ildə Əliyev Fərman Nəriman oğlu "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfü Hacıyevin şərəfli ömür yoluna həsr edib. Müəllif kitabda Z.Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır. Kitabda həmçinin Z.Hacıyev haqqında kövrək xatirələr də öz əksini tapmışdır.
Həmçinin bax
İstinadlar
- ↑ Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82-83.
- ↑ Qədir Aslan (06.06.2009). "HACIYEV ZÜLFÜ" (azərb.). goyche.info. İstifadə tarixi: 2015-02-27.[ölü keçid]
- ↑ Teyyub Qurban (2013). "Ən yaxın tarix". Azərbaycan Milli Kitabxanası (azərb.). anl.az. İstifadə tarixi: 2015-02-27.
- "Zülfi Hacıyev" 2015-12-27 at the Wayback Machine — acsc.az saytı (azərb.) (rus.) (ing.)
- "Toplu kataloq". AzLibnet Milli İnformasiya Mərkəzi (azərb.). 2005. İstifadə tarixi: 2015-02-28.[ölü keçid]
Ədəbiyyat
- Qədir Aslan, "Göyçə şəhidləri", Bakı: "İşıq", 1997.
- Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82-83.
- Fərman Əliyev. Ölümdən güclü: sənədli-publisistik povest. Bakı: Nərgiz, 2005. - 144 s.
- Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.96. ISBN 978-9952-438-09-3
- Teyyub Qurban, "Ən yaxın tarix", Ekspress. - 2013. - 11-13 yanvar. - Səh.15.