Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995).
Qədir Aslan | |
---|---|
Aslanov Qədir Təyyar oğlu | |
Doğum yeri | Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Həyatı
Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur.
BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb.
1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb.
Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb.
1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəsi
Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Ədəbi fəaliyyəti
Kitabları
- "Goranboy qartalları", Bakı,
- "Göyçə şəhidləri", Bakı, "İşıq", 1997. 336 səh., şəkilli.
İstinadlar
- 70 yaşın nikbin və işıqlı hesabatı