Qabıqlı çayyovşanı
Qabıqlı çayyovşanı (lat. Myricaria squamosa) — yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü.
Qabıqlı çayyovşanı | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Myricaria squamosa | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Myricaria squamosa | |||||||||||||||||
Təbii yayılması
Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır.
Botaniki təsviri
Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür. Kasacığın uzunluğu 3–4 mm arasında olur və hissələri uzunsov-yumurtavaridir. Erkəkcik saplaqları aşağı hissəsində öz uzunluğunun 2/3 hissəsinədək borucuğa bitişmişdir. Erkəkcik saplaqları sərbəst hissəsində aşağıdan enliləşmişdir. Yumurtalığı piramidal, uzunluğu təxminən 5 mm, başcıq oturaq dişicik ağızlıdır. Qutucuğu uzunsov-piramidal, uzunluğu 7–10 mm, eni 3 mm, 2-2,5 dəfə kasacıqdan uzundur. Toxumları uzunsov, xırda, uzunluğu təxminən 1 mm, yarısından yuxarı hissəsi ağ tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Ekologiyası
Çayların vadilərində, qumluqlarda bitir, dağ yamaclarındа 3200 m hündürlüyədək qalxır. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanda yayılması
Azərbaycanın nadir bitkisidir və arealı geniş deyildir. Dağlıq Qarabağ, Ağdam, Bərdə rayonları ərazilərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.
Çохаlmаsı
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Bаşlıcа оlаrаq insаn fəаliyyətidir.
Bеcərilməsi
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Qəbul еdilmiş qоrumа tədbirləri
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qоrumа tədbirləri
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-məsi zəruridir.
Ədəbiyyat
- Деревья и кустарники СССР. т.4.1958;
- Флора Азербайджана. т.6. 1955;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.