Wikipedia
Tülkü həccə gedir (film, 1971)
Bu məqalə "Tülkü həccə gedir" cizgi filmi haqqındadır. Digər mənalar üçün Tülkü həccə gedir (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Tülkü həccə gedir | |
---|---|
Janr | faciəvi komediya uşaq |
Rejissorlar | Nazim Məmmədov Bəhmən Əliyev |
Əsərin müəllifi | Abdulla Şaiq (titrlərdə yoxdur) |
Ssenari müəllifi | Eyvaz Borçalı |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar | Bəhmən Əliyev Nazim Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Rəng | rəngli |
Müddət | 9,5 dəq |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar | 1 hissə 280 metr 35 mm |
Məzmun
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.
Film haqqında
Applikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur)
- Ssenari müəllifi: Eyvaz Borçalı
- Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev
- Operator: Aleksandr Milov
- Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov
- Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov
- Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko], Tamilla Əsgərova, E.Əliyev
- Bəstəkar: Aqşin Əlizadə
- Səs operatoru: Kamal Seyidov
- Redaktor: Ədhəm Qulubəyov
- Filmin direktoru: İbrahim Səfərov
Filmi səsləndirənlər
- Hüseynağa Sadıqov — xoruz
- Ağaxan Salmanov — tülkü
- Firəngiz Şərifova — toyuq
- Ş.Bağırova
- S.Babayeva
- A.Rzayev
Mənbə
- “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər
- Filmi izlə
- Tülkü həccə gedir (Azərbaycan SSR, 1971, cizgi filmi, azərbaycan dilində) multfilm
- Tülkü həccə gedir (film, 1971) kinofilm.az