Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 46 gün əvvəl InternetArchiveBot tərəfindən redaktə olunub. (Yenilə)
XƏTA {{Eriacaceae}} taksonomik şablonu yoxdur. Eriacaceae məqaləsi tapılmadı, ola bilsin Eriacaceae taksonu haqqında məqalə Azərbaycan dilindədir və latıncadan redirekt olan hələ ki yaradılmayıb.
Altay,Uzaq Şərq,Saxalin,Şimali Kurildə yayılmışdır.
Botaniki təsviri
Qızılı rododendron-tünd-qonurqabıqlı,sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur.Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür.Yarpaqları növbəli,uzunluğu 2-8 sm,kənarları bütöv,üst tərəfdən tünd-yaşıl,parlaq,alt tərəfi daha açıq,yaxşı bilinən torvarı damarcıqlı,ellipsvari və ya yumurtavari,bünövrəsi ensiz,dərili,hamar,kənarları aşağıya burulmuş,saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında,uzun çiçək saplaqlarında 3-5(8)ədəd yığılmışdır.Çiçək tacı bir az əyri,diametri 4-5 sm,açıq-sarı,enli-qıfvarı,5 qanadlıdır.Erkəkkəkcikləri 10 ədəd,qeyri-bərabər uzunluqdadır.Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı,uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.Meyvəsi 5 laya açılan,5 yuvalı qutucuqdur.Toxumları xırda,çoxsaylıdır.May-iyun aylarında çiçəkləyir,iyul-avqustda isə meyvə verir.
Ekologiyası
Kölgəsevən,mezofit bitkidir.Yüksək dağ zolağında,alp və subalp zolağında kolluqlar əmələ gətirir.
Azərbaycanda yayılması
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.Gəncədə rast gəlinir.
İstifadəsi
Yarpaqlarından dərman hazırlanır.Onun həlimi və cövhəri ürək əzələsinin tonusunu qaldırır,ürək döyüntüsünün amplitudasını tənzimləyir,qan təzyiqini çox dəyişmir.