Wikipedia
Qarqucaq
Qarqucaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd.
Qaraqucaq | |
---|---|
40°29′36″ şm. e. 46°43′13″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 445 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 704 (2009) nəfər |
Toponimikası
Qarqucaq kəndi Qaraçayın sahilində, Gəncə-Qazax düzənliyindədir. 1823-cü il məlumatina görə, Qarqucaq Mirza Əli bəy adlı şəxsə məxsus əkin-torpaq sahəsinin adı olmuşdur. Bəyin həmin ərazidə yerləşdirdiyi doqquz ailədən ibarət icma da sonralar Qaraqucaq icmasi kimi qeydə alınmişdir. Bəzi tədqiqatçılara görə, bu ad qarğı/qarqu (bitki) sözündən və məkan bildirən -caq şəkilçisindən ibarət olub, “qarğı olan yer, qarğılıq” mənasındadır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 704 nəfər əhali yaşayır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Qarqucaq". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. səh. 427. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |