Sübhan Əzizov
Sübhan Əzizov (tam adı: Sübhan Məmməd oğlu Əzizov; 17 yanvar 1999; Salyan, Azərbaycan — 7 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Sübhan Əzizov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Həyatı
Sübhan Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıкənd kəndində anadan olub. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tələbəsi idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Sübhan Əzizov noyabrın 7-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (az.)). 08.12.2020. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 15.12.2020.