Nazim İsmayılov (əsgər)
Nazim Əfqan oğlu İsmayılov (1996, Kolxəlfəli, Ağstafa rayonu – 12 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşlərinin şəhidi.
Nazim İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 2020 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Tovuz döyüşləri (2020) |
Təltifləri |
Həyatı
Nazim İsmayılov 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində anadan olub.
Hərbi xidməti
Nazim İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.
İyulun 16-da Nazim İsmayılov, doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Qənirə Paşayeva və Səməd Seyidov qatıldı.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Təltifləri
- (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)
İstinadlar
- ↑ "Şəhid Nazim İsmayılov dəfn olundu". www.qafqazinfo.az ( (azərb.)). 16.07.2020. 16.07.2020 tarixində . İstifadə tarixi: 16.07.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" (azərb.). 18.12.2020. 2020-12-18 tarixində . İstifadə tarixi: 18.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 18.12.2020. 2020-12-18 tarixində . İstifadə tarixi: 18.12.2020.