Əsl timsahlar (lat.Crocodylidae) fəsiləsinin növləri Asiya, Afrika, Avstraliya və Amerikanın tropik qurşaqlarında yayılıb, tipik nümayəndəsi uzunluğu 6-8 m-dən çox olan Nil timsahıdır (Crocodylis niloticus).
Timsahların yemi çox müxtəlifdir, molyuskları, xərçəngləri, balıqları, quşları, hətta iri məməliləri belə yeyirlər; insana da hücum edirlər.
Çoxalması
Yumurta qoymaqla çoxalır, xüsusi qayda ilə düzəltdikləri yuvalara 10-dan 100-ə qədər qaz yumurtası böyüklüyündə yumurta qoyur. Bəzi növlərin erkəkləri yuvanın yanında qalaraq yumurtaları qoruyur, 1,5-2 aydan sonra yumurtadan balalar çıxır.
Təsnifatı
Fəsilənin 3 müasir cinsə mənsub 17 növü var.
Cins Crocodylus
Crocodylus acutus
Crocodylus halli
Crocodylus intermedius
Crocodylus johnsoni
Crocodylus mindorensis
Crocodylus moreletii
Crocodylus niloticus
Crocodylus novaeguineae
Crocodylus palustris
Crocodylus porosus
Crocodylus rhombifer
Crocodylus raninus
Crocodylus siamensis
Crocodylus suchus
Cins Mecistops
Mecistops cataphractus
Mecistops leptorhynchus
Cins Osteolaemus
Osteolaemus tetraspis
İstinadlar
Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288-202