Wikipedia
Maskalı beşlər: Kipr (film, 2008)
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi.
Maskalı Beşlər Kipr | |
---|---|
türk. Maskeli Beşler: Kıbrıs | |
Janr | Komediya |
Rejissor | Murad Aslan |
Əsərin müəllifi | Murad Ağdilək |
Ssenari müəllifi | Murad Aslan |
Baş rollarda | Məhmət Əli Ərbil Şafak Sezer Pəkər Açıqalın Məlih Əkənər Çingiz Kiçikayvaz Atilla Saruhan Səray Sevər Dəniz Ağqaya Hakan Ural |
İlk baxış tarixi | 10 yanvar 2008 |
Filmin növü | Kinoteatr filmi |
Rəng | rəngli |
Gəlir | 6.803.574 türk lirəsi |
Ölkə | Türkiyə |
Dil | türkcə |
Əvvəlki film | Maskalı beşlər: İraq |
IMDb | ID 1189383 |
Baş rollarda Məhmət Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir.
Mövzu
Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar.
Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Məhmət Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Aktyorlar
- Şafak Sezer - Təzcan
- Pəkər Açıqalın - Bəhətdin
- Məlih Əkənər - Zəki
- Cengiz Kiçikayvaz - Kamil
- Atilla Sarıhan - Rəcəb
- Məhmət Əli Ərbil - Roki Səlim
- Dəniz Ağqaya - Bilgə
- Səray Səvər - Əsli
- Hakan Ural - Faruq
- Həmid Hasqabal - Həmi qardaş
- Burak Öncü - Cənin
- Nəcmi Yapıcı - Sebo
- Ərdal Tosun - Peşto
- Sinan Bənginər - Lavo
İstinadlar
- Boksoffice Türkiyə
- https://www.imdb.com/title/tt1189383/