Hüseyn Əliyev (şəhid)
Hüseyn Sahib oğlu Əliyev (15 sentyabr 2000; Əsrik Cırdaxan, Tovuz rayonu — 3 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Hüseyn Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əsrik Cırdaxan, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Əsrik Cırdaxan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018–2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Murovdağ döyüşləri |
Həyatı
Hüseyn Əliyev 2000-ci il sentyabrın 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 2006–2017-ci illərdə M. Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Hüseyn Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Əliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 2021-ci il yanvarın 14-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn olunub.
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- ""Tovuzda şəhid Hüseyn Əliyev dəfn edildi"" (azərb.). www.bizimyol.info. 2021-01-14. İstifadə tarixi: 2021-04-02.