Corc Maykl
Yorgos Kiriakos Panayotu - (d. 25 iyun, 1963 – ö. 25 dekabr 2016) və ya bilinən adı ilə Corc Maykl, iki Qremmi mükafatı sahibi yunan əsilli məşhur ingilis müğənnisi, vokalist və bəstəkar.
Corc Maykl | |
---|---|
ing. Driesa Gashi | |
Ümumi məlumatlar | |
Doğum adı | Georgios Kyriacos Panayiotou |
Ləqəbi | George Michael |
Doğum tarixi | |
Doğum yeri | London, Böyük Britaniya |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Oxfordshire, İngiltərə, Böyük Britaniya |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-bəstəkar[d], multi-instrumentalist[d], musiqi prodüseri[d], müğənni, mahnı müəllifi[d], söz yazıçısı, bəstəkar, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1981–2016 |
Janr | pop-musiqi, rəqs musiqisi[d], soul, müasir R&B[d], sinti-pop, Dance-pop, soft-rok[d], post-disko[d], mavi göz soul[d], R&B, pop-rok, caz |
Səs tembri | tenor, lirik tenor[d] |
Albom şirkəti | Epic Records, Sony Music[d], Polydor Records[d] |
georgemichael.com (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Maykl musiqi tarixindəki ən müvəffəqiyyətli müğənnilərdən biri hesab olunur.
100 milyondan çox satılan albomların bir çoxu nömrə birə qədər yüksəlmiş mahnılardan başqa, Corc Maykl xeyriyyə işləri və siyasi görüşləri ilə də diqqəti öz üzərinə çəkə bilmişdi. Onun solo albomlarının dördü də Birləşmiş Krallıqda nömrə birə qədər yüksəlmişdi. Maykl, televizor verlişlərinə çox nadir hallarda çıxırdı. Aretha Franklin və Elton Con ilə yüksək dərəcədə uğurlu duetləri baş tutmuşdur.
2008-ci ildə kədərli bir mahnı hesab olunan December Song çıxdı. 2009-cu ildə Maykl, Beyonsun İngiltərədə verdiyi konsertdə sürpriz qonaq kimi səhnəyə çıxaraq birlikdə "If I Were A Boy" mahnısını ifa etdilər.
2004-cü ildə Radio Academy tərəfindən açıqlanan statistikada 1984-2004-cü illər arasında Britaniya radiolarında ən çox onun mahnıları səsləndirildiyi göstərildi. Last Christmas, Careless Whisper, Faith, Freedom kimi saysız məşhur mahnı bəstələyən və ifa edən sənətkar, 2016-cı il dekabr ayında 53 yaşında vəfat etdi.
Wham!
Karyerasına uşaqlıq dostu Endryu Ridcili ilə birlikdə "Wham!" adını daşıyan bir qrup qurmaqla başlayan Maykl, Ridcili ilə birlikdə hələ ilk albomlarından uğurlu bir başlanğıc etdi. Daha sonra işıq üzü görən "Make It Big" adlı albom Billboard çartlarında nömrə 1-ə qədər yüksəldi. Albomda olan "Wake Me Up Before You Go-Go" və Corcun solo bir şəkildə ifa etdiyi "Careless Whisper" mahnıları böyük xitə çevrildilər. Daha sonra çıxan iki albomdan sonra qrup dağıldı ve Maykl öz solo karyerasına başladı.
Bu müddət ərzində "Bad Boys", "Wham! Rap", "Wake Me Up Before You Go-Go", "Everything She Wants", "I'm Your Man", "If You Were There" və "Last Christmas" kimi bir çox hit mahnılar satışa çıxarılmışdı. Bundan əlavə, Corcun iki solo mahnısı oldu: A Different Corner və ilin ən çox dinlənilən mahnısına çevrilən "Careless Whisper".
Rekordlar və uğurları
ABŞ
- 15 milyondan çox satılmış albomlar.
- "Soul Musiqisinin Kraliçası" ləqəbli Aretha Franklin ilə duet etmiş ilk ağdərili müğənni.
- ABŞ tarixində bir həftə içində ən çox albomu satılan ingilis müğənni.
- Onun "Careless Whisper" mahnısı 1985-ci ilin ən çox satılan mahnısı oldu.
- Onun "Faith" mahnısı 1988-ci ilin ən çox satılan mahnısı oldu.
- Onun "Faith" albomu 1988-ci ilin ən çox satılan albomu oldu.
- Albomundan beş bir nömrə hit çıxan ilk müğənni oldu.
- 10 milyondan çox olan satışlara görə Maykl, prestijli Diamond Mükafatı ilə mükafatlandırıldı.
- Amerikan R&B çartlarında öz "Faith" adlı albomu ilə nömrə birə qədər yüksələn ilk ağdərili müğənni oldu.
- İlk ağdərili kişi müğənni idiki "Ən Yaxşı Soul/R&B albomu" və "Ən Sevimli Vokalist" Amerikan Musiqi Mükafatları aldı.
- Birdən çox mahnısı "İlin ən çox dinlənilən mahnısı" seçilən yeganə kişi müğənnidir.
Birləşmiş Krallıq
- Son onillikdə Britaniya radiolarında ən çox mahnıları səslənən sənətçi hesab olunur.
- Londondakı yeni Vembley stadionunda ifa etmiş ilk müğənni.
- Solo olaraq 10 milyondan çox albom satmışdır.
- Corc Maykl özü tərəfindən yazılan, ifa olunan, çalınan, düzəldilən, istehsal edilən və ifa edilən mahnı nömrə birə qədər yüksələn ilk müğənnidir.
- Corc Maykl İngiltərə tarixindəki ilk müğənnidirki bir albomundan 6 mahnı Top 3ə qədər çıxdı (Older).
- Cowboys and Angels istisna olmaqla bütün mahnıları Top 40'da yer aldı.
- "Songs from the Last Century" adlanan kover albomu istisna olmaqla bütün solo albomları nömrə birə qədər çıxdı.
Avstraliya
- Avstraliya tarixində ən çox nömrə bir xiti olan ingilis müğənnisi hesab olunur.
- Onun "Too Funky" adlı mahnısı musiqi tarixindəki ən çox yüksələn mahnıya çevrildi. Belə ki 1992-ci ildə 50-ci sıradan 8-ci sıraya (42) qədər qalxmışdı.
Solo albomları və mükafatları
- Faith: Pop musiqisi tarixində ən yaxşı albomlardan biri hesab olunan albom 1988-ci ilin ən çox satılan albomuna çevrildi. Albom ilə eynı adı daşıyan mahnı da ən çox satılan single oldu. "Rolling Stone jurnalı" tarixdəki ən yaxşı albomlardan biri kimi göstərdiyi "Faith" "Allmusic" tərəfindən şahəsər adlandırıldı. Maykl beş Amerikan Musiqi Mükafatına namizəd göstərildi ve bunlardan üçünün sahibi oldu. Bundan əlavə, albom İlin Albomu Qremmi Mükafatı qazandı. BRİT Mükafatı da qazanan Mayklın "Father Figure" mahnısı da ona bir Qremmi namizədliyi gətirdi. Aretha Franklin ilə dueti olan, həm ABŞ, həm də İngiltərədə nömrə birə qədər yüksələn "I Know You Were Waiting (For Me)" adlı mahnısı albomda yer almadı. Lakin Maykl bu mahnı ilə bir Qremmi qazandı. İlk həftəsində 1 milyona qədər satılan albom, hal-hazırda bütün dünyada 20 milyondan çox satılmşdır. Mayklın albomdan 5 mahnısı nömrə bir xit oldu. Channel 4 televiziya kanalı tarixdə ən yaxşı albomlardan biri kimi göstərdiyi bu albomdakı bütün mahnıları, Maykl özü yazıb-
bəstələmişdir. Albomda yer alan "Hand to Mouth" siyasi bir mənaya sahib idi. Albomun digər mahnısı olan "I Want Your Sex" bəzi radiolarda "I Want Your Love" kimi dəyişdirildi və ya çoxlu sayda qeyri-etik sözlərinə görə banlandı. Albom üç Juno Mükafatına namizəd göstərildi və bir MTV Video Musiqi Mükafatı qazandı və üç Ivor Novello Mükafatı qazandı.
- Listen Without Prejudice, Vol 1: Faithin böyük uğurundan sonra çıxartdığı "Listen Without Prejudice"da Mayklın məqsədi daha ciddi bir iş yaratmaq idi. Azadlıq, siyasət və sülh başda olmaqla bəzi mövzulara toxunan Mayklın albomu tənqidi nəzərdən çox boyük uğur qazandı. Məşhur mahnılarından "Freedom! 90" mahnısına çekdiyi klip ilə 5 MTV Video Musiqi Mükafatına, eləcə də Qremmi mükafatına namizəd göstərildi. Belə ki, Ən Yaxşı Britaniya Albomu BRIT Mükafatı qazansa da albom satışda gözlənilən uğuru gətirmədi. İngiltərədə nömrə birə qədər yüksələn albom, Avropada bəs yetərincə diqqət cəlb etdi, amma ABŞ-da yüksək satış gəlirləri əldə edə bilmədi. Buna səbəb, Mayklın bu vaxtlar Sony firması ilə olan məhkəmə davası (hətta bu səbəbdən albomunun davamını çıxartma planları baş tutmadı) idi. Buna görə də albom yaxşı reklam oluna bilmdi.
- Older: 1996-cı ildə çıxartdığı bu albom sayəsində Corc Maykl "Ən Yaxşı Kişi Müğənni" MTV Avropa Mükafatı qazandı. Mayklın albomda çıxan ilk mahnısı "Jesus to a Child" çox böyük bir xitə çevrildi, tarixdəki ən gözəl məhəbbət mahnıları arasında adı tez-tez çəkilən mahnı İngiltərədə nömrə birə qədər yüksəldi. "Fastlove" adlı mahnı da Avstraliya ve İngiltərədə nömrə bir xitə çevrildi ve klipinə görə Maykl MTV Video Musiqi Mükafatı qazandı. Mayklın, xüsusən, musiqi instrumentlərinin ifa stili tənqidçiləri razı saldı.
- Songs from the Last Century: Uğursuz olan bu albomdakı bütün mahnılar kover mahnılarıdır. İngiltərədə nömrə ikiyə qədər qalxsa belə, bir Qremmi mükafatına namizəd göstərilsə də tənqidçilər albomdan heç razı qalmadılar. Satışdada gözlənilən uğuru əldə etməsədə Mayklın "Roxanne" mahnısı xitə çevrildi.
- Patience: Mayklın son solo albomu. 2 Qremmi, 1 GLAAD mükafatı namizədliyi qazanan albom uğurlu hesab olunur.
Wham! albomları
- Fantastic!: İlk albomları İngiltərədə böyük uğur qazandı. "Bad Boys", "Clup Tropicana" və "Enjoy What You Do" kimi hitlər çıxasa da Maykl bu mahnıların heç birini indi canlı ifa etmir. Buna baxmayaraq, tənqidçilər albomu uğursuz hesab edirlər.
- Make it Big: Ən böyük uğuru olan albomları "Wake Me Up Before You Go Go", "Freedom", "Everything She Wants" və Corcun ilk solo mahnısı meqahit "Careless Whisper" mahnısına sahib olan albom yüksək satış və böyük tənqidçilər tərəfindən yüksək qiymətləndirildi.
- Music from the Edge of Heaven: "I'm Your Man", solo "A Different Corner", "The Edge of Heaven" və klasik halına gəlmiş "Last Christmas" mahnılarından ibarət olan albom sadəcə ABŞ-da çıxdı. Digər ölkələrdə "Final" adlı albomu çıxdı. Bu albomda Corc Mayklın bütün hitlərinə yer verilmişdi.
Duetlər və digər mahnılar
Maykl bir çox müğənnilərin albomlarında və ya single-larında arxa vokalist və ya bəzən duet ortağı kimi çıxış etmişdir. Aretha Frenklin və Elton Con ilə olan duet ifaları Mayklın heç bir albomunda yer almasa da nömrə bir hiti olublar. "Do They Know It's Christmas?" kimi xeyriyyə mahnılarında da yer alan Corc Maykl Meri C. Blic ilə "As", Vitni Hyuston ilə "If I Told You That" və Tobi Bork ilə "Waltz Away Dreaming" kimi hit duetləri mövcuddur. "Outside" və "An Easier Affair" kimi hit mahnıları isə heç bir studia albomunda yer almamış, sadəcə xitlər kolleksiyalarında mövcuddur. Eləcə də single içində ikinci tərəf kimi çıxan "Fantasy" adlı mahnı da. Frenklin ilə olan duetinə görə Qremmi mükafatı alan Maykl Elton Con ilə olan dueti ilə də Qremmiyə namizəd göstərildi.
Karyera uğurları
Corc Maykl rekordlar və satışlardan əlavə tənqidi baxımdan da olduqca uğurlu bir müğənni hesab olunur. Çəkdiyi kliplərdən ötəri MTVdə, xüsüsən, mükafat alan Maykl, VH1 tərəfindən tarixdə ən mühüm kişi müğənnilərdən biri seçildi. "Q" jurnalı isə Corc Mayklı ötən əsrin ən tanınmış 30 musiqi ulduzu sırasına daxil etdi. Mayklın həm solo həm də Wham! müddətindəki bir çox mahnı da jurnal listlərində özlərinə yer tapır. "Heat" jurnalının məlumatına görə, Corc Maykl İngiltərənin ən varlı müğənillərindən biridir. Corc Maykl, musiqidəki uğurlarından əlavə öz xarici görkəminə görə də diqqət çəkib və VH1 kimi kanallar "Heat" və "Company" kimi jurnallar onu tarixdəki ən cazibədar kişilərdən biri hesab edirlər.
Şəxsi həyatı
Siyasət
İnsan Haqları üzərində bir neçə konsert verən Maykl, İraq müharibəsınə ve Corc Buş siyasətinə yüksək dərəcədə qarşı olub. Onun "Shoot the Dog" adlanan video klipində Toni Bleiri bir it, Corc Buşu isə onun sahibi kimi təsvir etmişdir.
Narkotik
Maykl üzərində bir neçə dəfə narkotik tapıldığına görə polisler tərəfindən gözaltına alınmış, amma çox keçmədən buraxılmışdır.
Xeyriyyə
Maykl bir çox xeyriyyə konsertləri təşkil etmiş və ya "Pavarotti və Dostları" daxil olmaqla bir çox xeyriyyə konsertlərində iştirak etmişdir. 1984-cü ildə "Band Aid"in "Do They Know This Is Christmas?" mahnısında bir qismində oxuyan Maykl, Elton Con ilə yüksək dərəcədə uğurlu olan ve Qremmiyə namizəd olan möhtəşəm mahnıları "Don't Let the Sun Go Down On Me" də AİDS, təhsil və uşaqlar üçün olan bir konsertdə oxunuldu. Mahnını Maykl, daha sonra yarı italyanca olmaqla Lusiano Pavarotti ilə duet halına gətirdi.
Maykl xəstə uşaqlar üçün 35 milyon dollar kömək sərf etmişdir.
Sağlamlıq problemləri olan Corc Maykl 25 dekabr 2016-cı ildə 53 yaşında Oksfordşirddəki evində ürək dayanmasından vəfat etmişdir.
Orientasiyası
20 yaşına qədər qadınlarla birlikdə olmağa çalışdığını deyən Maykl, hələ Wham! illərində bəzi yaxın dostları və musiqi biznesində olan insanlar tərəfindən sirri bilinirdi. O zamanlar onun imici heteroseksual idi. 2007-ci ildə Maykl öz homoseksuallığını gizlətmə səbəbinin anasının ehtimal reaksiyası olmasını qeyd etdi. Mayklın homoseksuallığını etiraf etməsi E! tərəfindən şou-biznes tarixdə olan ən şokedici hadisələrdən biri adlandırıldı.
Təsir
Bir çox cavan ingilis müğənniləri Corc Mayklı özlərinə nümünə götürdüyü kimi, Madonna və Meri C. Blic kimi müğənnilər onun fanatı olduğunu qeyd etmişdirlər. Əsasən, Avropada müvəffəqiyyətli olan müğənnilər Enriki İqlesias ve Riki Martin Corcun fanatları arasındadır. Müğənni Robbi Vilyams onun dəvamçısı hesab olunur.
Corc özü Devid Bovi, Freddi Merkuri, Elton Con, The Beatles, Prince, Smoki Robinson, Elvis Presli, Aretha Frenklin kimi müğənnilərdən təsirləndiyini qeyd etmişdir.
İstinadlar
- http://www.bbc.co.uk/news/in-pictures-19243022
- http://www.upi.com/Entertainment_News/Music/2009/12/04/George-Michael-concert-to-air-on-HDNet/88291259984154/
- http://www.upi.com/Entertainment_News/Music/2010/10/04/George-Michael-denies-bullying-claim/46941286201942/
- http://www.upi.com/Entertainment_News/Music/2011/08/23/George-Michael-announces-breakup/85111314118322/
- http://www.huffingtonpost.com/2012/07/17/kate-moss-george-michael-video-white-light_n_1679577.html
- http://attitude.co.uk/george-michael-announces-new-album-symphonica/
- http://attitude.co.uk/bbc-announce-george-michael-documentary-concert-special/
- http://www.cdbaby.com/cd/marcellomusarra
- http://www.india.com/showbiz/singer-george-michael-hints-at-wham-reunion-105873/
- http://countrylicious.com/united-kingdom/images/94f5985f4837
- http://www.cdbaby.com/cd/commisso2
- ↑ http://www.duduki.net/cgi-bin/performer?id=P_7afc5c065c04a123&s=p
- https://myspace.com/georgemichael/music/album/faith-17283877
- http://www.mtv.com/artists/george-michael/
- http://www.musicweek.com/news/read/george-michael-s-former-pa-passes-away/057345
- BBC - George Michael dies