Füzuli
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Füzuli | |
---|---|
39°36′01″ şm. e. 47°08′35″ ş. u. | |
Ölkə | |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1827 |
Mərkəzin hündürlüyü | 416 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.
Tarixi-dini abidələri
- Məscid (XVII əsr) – Qarğabazar kəndi
- Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi
- Məscidlər (XIX əsr) – Horadiz şəhəri, Dədəli, Qacar, Pirəhmədli, Merdinli, Böyük Bəhmənli kəndləri
- Məscid (1889-cu il) – Horadiz şəhəri
- Məscid (XX əsr) – Horadiz şəhəri
- Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi
- Məscid(XIX əsr) – Araz Dilağarda kəndi
- Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi
- Məscid (XIX əsr) — Gecəgözlü kəndi
- Məscid (XIX əsr) – Qoçəhmədli kəndi
- Məscid (XVIII əsr) – Qaradağlı kəndi
- Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi
- Məscid (XIX əsr) – Qorqan kəndi
- Hacı Ələkbər məscidi (XVII əsr)
- Məscid (XIX əsr) – Yal Pirəhmədli kəndi
Ziyarətgahları
- Məngələnata piri – Qoçəhmədli kəndi
- Mirami piri – Dilağarda kəndi
- İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanlı kəndi
- Palıd ocağı – Böyük Bəhmənli kəndi
- İmamzadələr ocağı (XIX əsr) – Horadiz kəndi
- Yel piri – Pirəhmədli kəndi
- Sarı baba ocağı – Qoçəhmədli kəndi
- İlan ocağı – Sərdərli kəndi
- Pirocaq ocağı – Qacar kəndi
- Şeyx Baba Yaqub türbəsi – Babı kəndi
- Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi
- Mirəli türbəsi (XIV əsr) – Aşağı Veysəlli kəndi
- Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
- Arğalı türbəsi (XIII əsr) – Əhmədalılar kəndi
- Türbə (XVIII əsr) – Qarğabazar kəndi
- Türbə (XIX əsr) – Seyidəhmədli kəndi
- Türbə (XIX əsr) – Divanalılar kəndi
- Seyid Əşrəf ocağı — Horadiz Şəhəri
- İbə piri – Seyidəhmədli kəndi
Tarixi memarlıq abidələri
- Alı körpüsü (XIX əsr) — Saracıq kəndi
- Kərəm körpüsü (XIX əsr) — Gorazıllı kəndi
- Sandığabənzər başdaşı (1624–1625-ci illər) — Əhmədallar kəndi
- Şah Abbas karvansarası – Qarğabazar kəndi
- Şah Abbas məscidi (1683–1684-cü illər) — Qarğabazar kəndi
- XII əsrə məxsus qəbiristanlıq — Aşağı Veysəlli kəndi
- Baba Yaqub daş məqbərəsi (1282–1284-cü illər) – Horadiz şəhəri
- Oğuz qəbri – İşıqlı kəndi
- Karvansara (XVII əsr) – Qarğabazar kəndi
İstinadlar
- http://www.vedu.ru/BigEncDic/enc_searchresult.asp?S=66569
- Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (azərb.). 17 oktyabr 2020. İstifadə tarixi: 17 oktyabr 2020.
- http://scwra.gov.az