Osmanlıda çoxhakimiyyətlilik dövrü
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
İldırım Bəyazidin Ankara Meydan Müharibəsində Teymura əsir düşməsindən sonra dağılan Osmanlı birliyinin 1413-cü ildə I Mehmed tərəfindən yenidən bərpa edilməsinə qədər adlandırılan dövrdür. Bu dövr 1402-ci ildən başlayan və 1413-cü ilə qədər qardaşlar arasında davam edən taxt müharibəsi dövrüdür. Ankara savaşından sonra bir-biri ilə taxt davasına girən İldırım Bəyazidin oğulları Əmir Süleyman, İsa Çələbi, Mehmed Çələbi və Musa Çələbidir. Fetrət sözünün mənası ərəb dilində "iki hadisə arasında keçən zaman" deməkdir.
İsa Çələbi 1402–1406-cı illər
Əsas maddə: İsa Çələbi
Ankara döyüşündən sonra Balıkesir (Karesi) tərəflərdə gizlənən İsa Çələbi Əmir Teymurun İzmirə tərəf irəlilədyi müddətdə Bursaya gəldi. Daha sonra Əmir Teymurun razılığın alaraq bir müddət burda qaldı. Ancaq Teymur Səmərqəndə geri qayıdarkən İldırım Bəyazidin cənazəsin Musa Çələbiyə verərək türbəsində dəfn edilmək üzərə Bursaya göndərdi. Beləliklə böyük bir qüvvə ilə Bursaya gələn Musa Çələbi burada öz hakimiyətin elan etdi. Bununla da iki qardaş üz-üzə gəldi. İlk döyüşlərdə Musa Çələbi üstünlüyü ələ alsada sonradan böyük qüvvə toplayaraq geri qayıdan İsa Çələbi Balıkesir ətrafında baş verən döyüşdə Musa Çələbiyə qalib gəldi. Bu döyüşdən sonra İsa Çələbi yenidən Bursaya hakim oldu. Qardaşı Musa Çələbi isə Gərmiyanoğullarının yanına qaçdı və Mehmed Çələbiyə təslim edilənə qədər burada qaldı.
1403-cü ildə Amasiyada olan qardaşı Mehmed Çələbi İldırım Bəyazidin məşhur komandirlərindən olan Subaşı Eynə bəyin tövsiyəsi ilə İsa Çələbiyə bir məktub göndərərək Anadolu torpaqlarının ikisi arasında bölüşdürülməsini təklif etdi. Bu təklif İsa Çələbi tərəfindən özünün "ulu qarındaş" (böyük qardaş) olduğu və bu səbəblə hökmdarın özü olması lazım olduğu səbəbiylə rədd edildi. Mehmed Çələbi bunun üzərinə Amasiyadakı ordusu ilə Bursa üzərinə getdi. İki qardaş ordusu arasında Ulubatda döyüş baş verdi və bu döyüşdə İsa Çələbi məğlub oldu.
Ulubat müharibəsindən sonra İsa Çələbi əvvəl Yalova, oradan da İstanbula getdi. İmperator II Manuel Paleoloq Avropada idi və onun taxt naibi olan VII Yannis Paleoloq Əmir Süleyman ilə 1403-cü ilin əvvəlində Bizans üçün çox əlverişli olan yeni bir müqavilə imzalamışdı. Ədirnədə olan Əmir Süleymanın imperatordan İsa Çələbini istəməsi üzərinə bu müqaviləyə uyğun olaraq İsa Çələbi Ədirnəyə göndərildi. Özünə ən böyük rəqib olaraq Mehmed Çələbini görən Əmir Süleyman qardaşı İsa Çələbiyə qüvvətli bir ordu verərək Anadoluya göndərdi. İsa bəy bu ordu ilə Çələbi Mehmedin hakimiyəti altında olan Bursa yaxınlarına gəldi. Bursa xalqı Mehmed Çələbinin hakimiyətindən razı idilər və İsa Çələbinin şəhəri əlinə keçirməsinə mane olmaq üçün şəhərdə yanğın törətdilər. Digər qaynaqlar isə yanğının Bursanı ələ keçirməyi bacarmayacağın anlayan İsa Çələbi tərəfdarları tərəfindən törədildiyin yazırlar. İsa Çələbi gücləri ilə Mehmed Çələbi gücləri arasındakı Bursa yaxınlığındakı döyüşdə İsa Çələbi yenidən məğlub oldu və qaçmağa məcbur qaldı.
İsa Çələbi bu dəfə Candar oğlu İsfəndiyar Bəyə sığındı. Çələbi Mehmedin hakimiyəti altında olan Ankaranı almaq istəyən İsa Çələbi Gərədə döyüşündə üçüncü dəfə məğlub olaraq geri çəkildi və Kastamonuya sığındı.
Ən son cəhdində Qaramanoğluna iltica etdi. Qaramanoğlu Anadoluda çox güclənmiş olan Mehmed Çələbi ilə münasibətlərini pozmaq istəmədi və Mehmet Çələbi ilə razılaşıb İsa Çələbini ölkəsinin sərhədləri xaricinə atdı.
İsa Çələbi ard-arda gələn məğlubiyyətlərə baxmayaraq taxt iddiasından imtina etmədi. Aydınoğlu Cüneyd bəyin yanına gedərək bir dəfədə şansın sınamağa qərar verən İsa Çələbi Əsgişəhərə qədər irəlilədi. Lakin burdada məğub oldu.
Bəzi mənbələrə görə İsa Çələbi döyüş meydanında öldürüldü. Digər mənbələrə görə isə İsa Çələbi bir müddət atalarının yurdu olan Sultanönünə gəlib burada saxlandı. 1406-cı ildə İsa Çələbi Əsgişəhərdə bir hamamda ikən Mehmed Çələbinin adamları tərəfindən bir basqınına uğradı. Bunlar tərəfindən tutulub boğularaq öldürüldü. Cəsədi Bursada Murad Xudavəndigar türbəsi yanına basdırıldı. Beləcə 1406-cı ildə Osmanlı Dövləti Mehmed Çələbi Anadoluda və Əmir Süleyman Avropada hökmdar olmaq surətilə ikiyə bölünmüş oldu.
Əmir Süleyman 1402–1410-cu illər
Əsas maddə: Süleyman Çələbi
1402-ci ildə Ankara döyüşündə Osmanlı ordusunun sol qanadı komandiri olan Süleyman Çələbi, məğlubiyyətdən sonra İldırım Bəyazidin vəziriəzəmi olan Çandarlı Əli Paşa ilə birlikdə Teymur ordusunun yaxın təqibi altında Rumeliyə tərəf qaçmağa başladılar. Ankara döyüşündən böyük bir ordu ilə ayrılan Əmir Süleyman sürətli şəkildə Bursaya gəldi və ailəsi ilə uşaqların yanına alan Əmir Süleyman Geliboluya getdi. Teymur ordusu, Süleyman Çələbi Bursadan ayrıldıqdan dərhal sonra şəhərə girib oranı yandırıb talan etdilər.
Süleyman Çələbi avqust 1402-ci ildə Gəliboluya gəldi. Venesiya və Cenoviya gəmiləri onu və əsgərlərini Rumeli yaxasına keçirdilər. Əcnəbilərin bu pis inancı Teymurun hiddətinə səbəb oldu. Bəlkə də bu, Teymurun rəhbərliyində tatar ordularının İzmirə qədər gedib Anadoluda əhəmiyyətli bir xristian qalası və dəniz limanı olan İzmiri ələ keçirib bütün Xristian müdafiəçilərini öldürülüb kəsik başlarından piramida qurulmasına səbəb oldu. Əmir Süleyman Ədirnədə hökümdar elan edildi. Əmir Teymur ona tac və xalat göndərərək özündən aslı hala sala bilmişdi.
Süleyman Çələbi Rumelidəki Osmanlı bölgələrinə hakim olmaq üçün Bizansın dəstəyini almaq üzrə o zaman Avropada olan Bizans İmperatoru II Manuel Paleoloq yerinə taxt naibliyi edən VII Yannis Paleoloq ilə müzakirələrə girişdi. İl sonunda müzakirələr sona çatdı. 1403-cü ilin əvvəllərində şəxsən Əmir Süleyman ilə Bizans taxt naibi, Venesiya, Cenoviya, Rodos, Sankt Cin Cəngavərləri, Serb desbotu Stefan Lazareviç və Latın Naksos Dükü arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləyə görə:
- Bizans Osmanlıların vasal aslılığından çıxacaq və illik təzminat ödəməyi dayandıracaq və buna qarşılıq Süleyman Çələbi Bizansın hegemonluğun qəbul edəcəkdi.
- Yaxşı niyyətini göstərmək üçün Süleyman Çələbi Bizansa Egey sahillərində Selanik və ətrafını, Aynaroz (Athos) yarımadasını, bəzi Egey adalarını və Qara dəniz sahillərində Boğaza girişdən ta Nişabura qədər (hətta Varnaya) ərazini geri verəcəkdi.
- İtalyan dənizçi şəhərlərinə Osmanlıdan asılı vəziyyətdə olan ölkələrdə daha çox ticarət imtiyazları təmin ediləcəkdi.
- Osmanlılar əllərindəki bütün Bizans və digər müqavilə imzalayan ölkələrin əsirlərini geri təslim edəcəkdi.
- Osmanlı gəmiləri Çanaqqala və İstanbul boğazlarına Bizansdan icazə almadan girə bilməzdilər.
Buna qarşılıq müqaviləni imzalayan bütün ölkələr Süleyman Çələbini paytaxtı Ədirnə olan Osmanlı Dövlətinin hökmdarı olaraq tanıyacaqdılar. Bu xəbəri Avropada Venesiyada alan II Manuel Paleoloq dərhal İstanbula geri döndü və öz imzası ilə bu müqaviləni təsdiq etdi.
1402-ci ildə Ədirnədə taxta oturan Süleyman Çələbi başvəziri Çandarlı Əli Paşa vasitəçiliyi ilə vətəndaş və əsgər kadrlarının və 1403-cü ilin əvvəlindəki sülh razılaşmasından sonra qonşu ölkələrin dəstəyini almış, qanuni hökmdar olmuşdu. Süleyman Çələbi bundan sonra vaxtını Ədirnə sarayında içki aləmləri ilə yaxşı vaxt keçirməyə sərf etdi. Bu sırada Serb despotluğunda Stefan Lazareviç ilə Yorq Brankoviç arasında çıxan mübarizədən faydalanaraq Serbiya üzərindəki gücünü artırdı. Lakin Anadolunu alıb köhnə Osmanlı Dövlətini yeniləmə idealından heç vaxt imtina etmədi. Bu səbəblə 1403-cü ildə özünə sığınan qardaşı İsa Çələbiyə böyük bir ordu verərək onu Anadoluya göndərdi. Amma İsa Çələbi müvəffəqiyyət qazana bilmədi.
1406-cı ildə Mehmed Çələbi İsa Çələbini məğlub etdikdən sonra, Süleyman Çələbi Anadolunu ələ keçirmə idealına daha qüvvətlə sarıldı və qüvvələrini toplayıb Anadolu yaxasına keçdi. Mehmed Çələbi orada olmadığından Bursaya hücum edib şəhəri ələ keçirdi. Qardaşına qarşı mübarizə apara bilməyəcəyini anlayan Mehmed Çələbi Amasiyaya çəkildi. Başvəzir Çandarlı Əli Paşanın müvəffəqiyyətli manevrasıyla Ankaranı aldı və qardaşının geridə buraxdığı yerləri talan etdi. Ankaranı ələ keçirdikdən sonra Əmir Süleyman bütün Osmanlı ölkəsinin hökümdarı kimi hərərkət etməyə başladı. Bu dəfə də Əmir Süleyman Rumeli və Anadolunun hökmdarı olaraq özünü Bursada eyş-işrətə verdi. Bunu fürsət bilən Mehmed Çələbi yenidən Bursa üzərinə hücuma keçdi. İki ordu Yenişəhər düzənliyində qarşı-qarşıya gəldilər. Lakin Süleyman Çələbinin başvəziri Çandarlı Əli Paşa müxtəlif manevrlərlə Mehmed Çələbi ordusunun məsləhətçilərini aldadıb ordunun döyüşə girmədən dağılmasına səbəb oldu. Mehmet Çələbi bu səfər ordusuz qalaraq təkrar Amasiyaya qaçmaq məcburiyyətində qaldı.
Süleyman Çələbi Bursada içki və əyləncəyə davam etməyə başladı. 1406-cı ildə təkrar ordu toplayıb Teymurun Qaramanoğlulara vermiş olduğu Sivrihisar qalasını ələ keçirdi. Axınçılar Qaramanoğlulara hücuma keçdilər. Aydınoğlu Cüneyd bəy və Məntəşəoğlu İlyas bəy Süleyman Çələbinin hegemonluğunu tanımaq məcburiyyətində qaldılar.
1406-cı ildə Süleyman Çələbinin bu müvəffəqiyyətinin memarı olan və I Murad dövrünün sonundan bəri 20 il başvəzirlik etmiş Çandarlı Əli Paşa öldü. Bu təcrübəli dövlət adamının ölümü Süleyman Çələbi üçün bir güc itkisi oldu və bundan sonra Əmir Süleyman zəifləməyə başladı. Onun zəifləməyə başlamasının səbəblərindən biri də Süleyman Çələbinin Anadoluya əhəmiyyət verib Rumelidə olan qazi axınçı və köçmə türkmənlərin taxt üzərindəki təsirli güclərini azaltması olmuşdu.
1409-cu ildə Mehmed Çələbi yeni bir siyasət izləməyə başladı. Buna görə qardaşı Musa Çələbi ilə razılaşaraq onu Əflak vasitəsilə Rumeliyə göndərdi. O, Süleyman Çələbini Rumelidə yubadarkən hətta məğlub edərkən Mehmed Çələbi Anadolunu və Bursanı ələ keçirəcəkdi.
Qara dəniz vasitəsilə Valaxiyaya gələn Musa Çələbi burada özünə yeni qüvvə toplamaqda gecikmədi. Valaxiya şahzadəsi Mirça, Serb despotunun qardaşı Vuk Brankoviç və Bolqar boyarları ona kömək edirdi. Süleyman Çələbi qardaşı Musa Çələbinin Valaxiyaya gedib orada bir ordu toplama xəbərini Ayasolukda olarkən öyrəndi. Musa Çələbinin topladığı qüvvələrə qarşı o da Bizans İmperiyasından kömək əldə etmək qərarına gəldi. Yanına İzmiroğlu Cüneyd Bəyi alıb, Bizansın dəstəyini təmin edərək sürətlə Rumeliyə keçdi və Ədirnəyə getdi. Musa Çələbinin hücumlarına qarşı dayana bilmək üçün, baş verə biləcək təhlükələr, Trakyanın təhlükəsizliyi, Boğazlardan rahat keçidi təmin etmək məqsədilə o payız Əmir Süleyman İstanbula getdi. Görüşlərdə Bizans İmperatoru II Manuelə "sevgili ata" deyərək xitab edirdi. Musa Çələbinin hücumlarına Bizansın dəstəyi olmadan qarşı gələ bilməyəcəyinə qərarın vermişdi. Musa Çələbinin Bizansa qarşı çox daha sərt bir siyasət yeridəcəyini bilən və İldırımın İstanbul mühasirəsin hələ unutmayan İmperator II Manuel ilə Süleyman Çələbi bir dəstəkləmə müqaviləsi imzaladılar. Bizansa yaxşı niyyətini ortaya qoymaq üçün Əmir Süleyman gənc qardaşı Qasım Çələbi və bacısı Fatiməni Bizansa girov olaraq verdi və Epir despotu Teodorun qeyri-qanuni qızı ilə İmperatorun qardaşı qızı olan bir gənc qızı da öz arvadı olaraq aldı. Bundan sonra Qaramanoğulları ilə də sülh müqaviləsi imzalamağada nail oldu. Bu siyasətinin birinci mərhələsində müvəffəqiyyətli olan Mehmed Çələbi isə dərhal Bursaya girib Anadoluda hakimiyəti ələ aldı. 1410-cu ildə Musa Çələbi Valaxiya voyvodasının qızı ilə evlənib Əflak, Bolqar və Serb dəstəyi ilə Rumelinin sərhəd ərazilərində yerləşmiş türkmənlərdən bir ordu toplamağı bacardı. O il Ədirnə ilə Əyub (Kosmidion) arasındakı Çatalca adlanan ərazidə Süleyman Çələbi ilə Musa Çələbi orduları arasında arxa arxaya bir sıra vuruşmalar və basqınlar ilə döyüş başladı. 1410-cu ilin iyun və iyul aylarındakı ilk qarşıdurmalarda Süleyman Çələbi Musa Çələbini məğlub etdi. Bu döyüşün Süleyman Çəlbi tərəfindən qazanılmasında Serb despotunun qardaşı komandir Vukun Əmir Süleyman tərəfinə keçməyinin böyük rolu oldu.
Çatalca qalibiyətindən sonra qardaşı Musa Çələbinin bir daha qarşısına çıxmayacağını zənn edən Süleyman Çələbi Ədirnə sarayına çəkilib təkrar içki və əyləncəyə qurşandı. Lakin döyüşdən məğlub çıxan Musa Çələbi əzim və cəsarətini itirməyərək, yenidən güclü bir ordu qurmağa başladı. Əmir Süleymanın ətrafındakılar bu vəziyətdən, xüsusilə xristianlara qarşı çox yaxşı davranması və vaxtını içki və əyləncəyə sərf etməsindən məmnun deyildilər və əhəmiyyətli və ya əhəmiyyətsiz bir çox tərəfdarı Süleyman Çələbinin yanından ayrıldı. Baş verən hadisələrdən ən yaxşı şəkildə istifadə edən Musa Çələbi, ən sonunda 17 fevral 1411-ci ildə bir qış havası altında Musa Çələbi Ədirnəni tutdu və ümidini itirmiş Süleyman Çələbi tərəfdarları buna qarşı mübarizə apara bilmədi. Süleyman Çələbi o sırada sərxoş idi və hamam aləmində kef çəkirdi. Özünə qardaşının basqınından xəbər gətirən yandaşlarını çox əsəbi bir şəkildə qovdu və hətta cəza olaraq bəzilərinin saqqal və bığlarını təraş etdirdi. Sonunda ağlı başına gəlib gecə qaranlığında yanında çox az sayda adamıyla İstanbula doğru qaçmağa başladı. Döyənçilər kəndinə gəldiyi zaman mühafizəçisi xəyanət edib kəndlilərə onun şəxsiyyətini bildirərək onları təhrik etdi və kəndlilərin də sırf Musa Çələbidən bəxşiş ala bilmək məqsədilə Süleyman Çələbini 1410-cu ildə öldürdükləri rəvayət edilir. Süleyman Çələbinin cəsədi Bursaya göndərilərək Çəkirgədəki babası Muradın yanında dəfn edildi.
Musa Çələbi 1402–1413-cü illər
Əsas maddə: Musa Çələbi
Musa Çələbi Ankara müharibəsində Əmir Teymura əsir düşən atasının yanında əsir olaraq qaldı. Bəzi qaynaqlara görə İldırım Bəyazid əsarətdə olarkən 1403-cü ildə ölüdü və cənazəsi Teymurun əmri ilə Musa Çələbi rəhbərliyində Bursaya göndərildi.
Bursa Teymur və ordusunun işğalına uğramış, talan edilmişdi. Musa Çələbi Teymurdan icazə alaraq Bursada hökmranlıq etməyə başladı. Eyni il İsa Çələbi Balıkesir (Karesi) civarlarına gəlib Musanı təhdid etməyə başlayınca, Musa Çələbi ona qarşı bir sıra uğurlu yürüşlər etdi amma tam məğlub edə bilmədi. Balıkesir ətrafındakı ən son vuruşmada Musa Çələbi məğlub oldu. Əvvəl Gərmiyana qaçdı və oradan da Qaramanoğlu Mehmed bəyə sığındı.
Musa Çələbi 1409-cu ildə sonradan Bursanı əlinə keçirmiş amma bu şəhəri Süleyman Çələbiyə qapdırıb Amasiyaya çəkilmiş olan qardaşı Mehmed Çələbinin bir məktubun aldı. Süleyman Çələbini məğlub etmək üçün bir plan qurmaq və razılaşmaq üzrə iki qardaş Qırşəhər ətrafında, Cəməl qalasında görüşdülər. Qəbul etdikləri plana görə Musa Çələbi Rumeliyə, Əflaka keçəcək, ətrafdan yığdığı əsgərlərlə Ədirnə üzərinə gedəcəkdi. Mehmed Çələbi isə, bu hücumların qarşısın almaq üçün Rumeliyə gedəcək Süleyman Çələbi tərəfindən boş buraxılan Bursaya hücum edəcəkdi. Yəni Mehmed Çələbi və Musa Çələbi Osmanlı dövlətini ikiyə bölməyi, Musa Çələbinin Ədirnədə Osmanlı Rumeli torpaqları sultanı olmasını və Mehmed Çələbinin isə Bursa da Osmanlı Anadolu torpaqları sultanı olmasını qəbul etdilər.
Musa Çələbi bir gəmi ilə Sinopdan Valaxiyaya keçdi. Valaxiya voyvodası olan Mirçanın qızı ilə evləndi. Mirçanın təmin etdiyi çox sayda Əflak əsgərləri ilə türkmənlərdən ibarət yeni bir ordu qurdu. Bunu xəbər alan Süleyman Çələbi Bursadan dərhal Bizans dəstəyi üçün Konstantinopola və oradan da Ədirnəyə keçdi. Amasiyadan yürüşə başlayan Çələbi Mehmed də Bursanı ələ keçirdi. Musa Çələbi yeni yığdığı ordusu ilə 1410-cu ildə Balkanlardan cənuba endi və Bizansdan hərbi dəstək alan Süleyman Çələbi ordusuna qarşı Ədirnə ilə Kosmidion (Əyyub) arasındakı bölgədə bir sıra basqın və kiçik vuruşmalar başlatdı.
Musa Çələbi ordusuyla ən son olaraq 17 fevral 1411-ci ildə soyuq bir qış gecəsi, Süleyman bir hamamda içki aləmindəykən, Ədirnəyə hücum etdi. Süleyman Çələbi tərəfdarları və ordusu ümidin itirmiş və bir qisimi ayrılmışdı. Digərləri isə onu müdafiə etməkdən çəkindilər. Süleyman vəziyyəti bildirənlərə əvvəl inanmayıb onları təhqir etdi. Amma sonunda vəziyyətinin ciddiliyini anlayınca gecə yanında çox az sayda adamıyla Ədirnədən qaçdı. Amma Döyənciler kəndinə gələndə tanındı və kəndlilər Süleymanı öldürüb kəsik başını Ədirnəyə, Musa Çələbiyə göndərdilər.
Beləliklə Musa Çələbi 1410-cu ildə Ədirnədə taxta keçdi. Adına pul kəsdirdi Osmanlı Dövləti Çələbi Mehmed Anadoluda və Musa Çələbi Avropada hökmdar olaraq ikiyə bölünmüş oldu.
Rumeli yaxasında Ədirnədə hökumranlıq etməyə başlayan Musa Çələbi, Süleyman Çələbidən daha təsirli siyasət tətbiq etməyə başladı. Əvvəlcə sərhəd qazilərinin istəklərini yerinə yetirərək Körpülü və Provadı qalalarını tutdu. Göndərdiyi qüvvətlər Sitirya yarımadasına qədər gəldilər. Yenə Əmir Süleymanla olan mübarizəsində ona qarşı cəbhə alan Serb desbotu Stefanın üzərinə hücuma keçən Musa Çələbi Novobirda gümüş mədənlərini ələ keçirdi. Üsyana başlayan Vidin Bolqar şahzadəsin tabe etdi. Mihaloğlu və axınçıları Makedoniyanın içlərinə axınlar etdi.
Bizans imperatoru ilə Süleyman Çələbinin bağladığı müqavilə ləğv edildi. Bununla birlikdə Süleyman Çələbinin Bizansa vermiş olduğu əraziləri geri istədi. Bu istəyinin rədd edilməsi və Süleyman Çələbiyə verdiyi real dəstək səbəbindən II Manueli cəzalandırmaq lazım olduğunu düşündü. Bizansın əlinə keçmiş olan bölgələri Musa Çələbi təkrar geri aldı. Amma Musa Çələbinin əsas tətbiqi 1412-ci ildə yeni bir Konstantinopol mühasirəsin başlatmağı oldu. Musa Çələbinin kiçik dəniz gücünün məğlubiyyətə uğradılması və Konstantinopolun quru istehkamlarının aşılmaz olaraq görülməsinə baxmayaraq Musa Çələbi qurudan mühasirəyə davam etdi. 1411-ci ildə Bizans İmperatoru İstanbulda girov olaraq tutulan Qasım Çələbinin oğlu Orxan Çələbini sərbəst buraxdı. Orxan Çələbi özünə əsgər yığaraq Səlanikdə üsyan qaldırdı. Lakin Musa Çələbi Konstantinopol mühasirəsindən imtina etmədən bu üsyanı yatırmağa qərar verdi. Orxan Çələbinin üzərinə göndərdiyi ordu sonra Bizansa aid olan Fesseliya bölgəsinə axınlar etdi. İstanbulun mühasirəsindən ayrılan Musa Çələbi sürətlə Səlanik üzərinə gedərək Orxan Çələbinin ordusun dağıtdı. Sonra Səlaniki mühasirəyə aldı. Bundan sonra İstanbulun mühasirəsin daha da sıxışdırdı.
Bizans İmperatoru 1412-ci ilin əvvəllərində Bursaya gizli elçi göndərdi və Mehmed Çələbini İstanbula dəvət etdi. Onu 3 gün çəkən cahcəlallı qarşılama mərasimindən sonra Musa Çələbiyə qarşı mübarizəyə razı saldı. Bizanslılar Mehmed Çələbi ordusunu boğaz üzərindən Rumeliyə keçirdilər və bura gəlişinin dördüncü günü, 1412-ci ilin oktyabrında iki qardaş Çatalcada İncəyiz döyüşünə girişdilər. Bu müharibədə Musa Çələbi qalib gəldi. Mehmed Çələbi yaralandı və İstanbula sonra da Bursaya çəkildi. Mehmed Çələbi bundan qorxmadı. O ilin sonlarında yeni bir ordu ilə gəlib boğazı keçərək Bizans və Serb hərbi yardımları ilə Musa Çələbinin üzərinə getdi. Bir sıra döyüşlər baş verdi və bu ikinci dəfəki döyüşdə də Musa Çələbi qalib gəlib qardaşını Bursaya qovdu.
Musa Çələbinin sərt təbiəti və özünü tərəfdarlarından ayrı tutması onların gücənməklərinə yol açdı. Məsələn, Köhnə Saray ətrafına çəkdirdiyi yüksək qala divarları öz şəxsi təhlükəsizliyi üçün lazım olsada, özünü xalqdan və tərəfdarlarından ayırmasının simvolu kimi başa düşüldü. Balkanlarda olan qazi axınçıların qazanmış olduqları güc, qənimət və onlara verilən timarları imtiyazlar olaraq görərək onları azaltmağa başlayıb sərhəddəki qazi əmirləri gücəndirdi. Şeyxülislam olaraq təyin etdiyi Şeyx Bədrəddinin fikirləri ilə, həm mədrəsəli sünnilərin həm də ölkənin zəngin irəli gələnlərini hirsləndirdi. Daha əvvəl Əmir Süleymanın tərəfin saxlayan Skopye sancaqbəyi Paşa İgid və axınçıların komandiri Evrenos bəylə digərlərinə sərt davrandı və bacarıqsız şəxsləri vəzifəyə gətirdi. Bu səbəblərdən dövlətin idarəsini əlində tutan Çandarlı vəzirləri Bizansla və Anadoluda olan Mehmed Çələbi ilə gizli müzakirələrə girişdilər.
Rumelidəki vəziyətin lehinə döndüyün görən Mehmed Çələbi 1413-cü ilin 15 iyununda Dülqədirlilərdən də yardım alaraq otuz minlik yeni bir orduyla Qara dəniz üzərindən Trakyaya əsgər çıxardı. Musa Çələbinin əsgərləri bu sıralarda mənəviyatların itirmiş və üməra da Musa Çələbiyə üz çevirmişdi. Mehmed Çələbiyə qarşı çıxa bilməyəcəyin başa düşən Musa Çələbi Bolqarısana çəkildi. Musa Çələbinin yanında Mihaloğlu Mehmed bəy və Umur bəydən başqa böyük bəylərdən heç kəs qalmamışdı. Bu dəfə iki qardaş ordusu Vizə müharibəsinə girişdilər. Bu döyüşdə Musa Çələbi məğlub oldu və müharibə meydanından qaçdı. Amma Ədirnəyə getmədi. Mehmed Çələbi bir müddət Musa Çələbini tutmaq üçün Trakyada onu təqib etməli oldu. İki ordu Filib yaxınlarında qarşı-qarşıya gəlsələrdə Mehmed Çələbi müttəfiqlərin hamısın gözlədiyindən geri çəkildi. Paşa İgid, Baraq bəy, Tırxal bəyi Sinan bəy ilə Evrenos bəyində ona qatılmasından sonra Dunaya tərəf geri çəkilməkdə olan Musa Çələbinin qarşısına çıxdılar. 1413-cü ilin 5 iyulunda Musa Çələbi kiçik bir ordusu ilə Sofiyanın cənubunda, Samkov ətrafında olan Palçıqlı Dərbəndə sıxışdırıldı. O, təslim olmayaraq güclü müqavimət göstərdi. Bu zaman o, ağır yaralanaraq qaçmağa çalışdı lakin bataqlığa düşdü. Mehmed Çələbinin əsgərləri Musa Çələbinin burada tutub dərhal boğub öldürdülər. Musa Çələbinin cənazəsi Bursaya göndərilərək qardaşları İsa Çələbi və Əmir Süleymanın yanında İldırım Bəyazidin türbəsində basdırıldı.
Beləcə Osmanlı Dövlətinin ikiyə bölünüb, tək dövlət olaraq gələcəkdə yaşamasını təhdid edən, çox böyük və təhlükəli bir dövr olan Fetrət Dövrünün son mərhələsi başa çatdı.
Mehmed Çələbi 1402–1413-cü illər
Mehmed Çələbi Ankara müharibəsində Osmanlı ordusunun ehtiyat birliklərin komandiri vəzifəsində idi. Bu döyüşün ön səhflərində iştirak etmədiyi üçün məğlubiyyətdən və təxribatdan sonra döyüş meydanından asanca ayrıla bilmişdi. Özünə bağlı əsgərləri ilə bayraq bəyi olduğu Amasyaya doğru çəkilməyə başladı. Candaroğullarına bağlı olan bir dəstə yolunu kəsdiyi üçün bir qarşıdurmaya girişmək məcburiyyətində qaldı və bu qarşıdurmadan qalib olaraq ayrıldı. Əvvəl Tosyaya getdi. Sonra Bursaya getmək məqsədiylə Boluya keçdi. Lakin məsləhətçiləri Hacı İvaz Paşa, Amasyalı Bəyazid Paşa və digər təcrübəli bəylər bu qərarına etiraz edib onu Bursaya getmək fikrindən döndərdilər. Döyüşdən sonra baş verən hadisələri xüsusilə Teymurun Bursa və İzmir səfərlərini və atasının əsirlik xəbərlərini, Boludan casus qasidlər vasitəsi ilə əldə edirdi.
Əmir Teymur Qara Dövlətşahı Amasya və bölgəsimə əmir təyin etmişdi. Amasyalılar bu idarəçidən heç məmnun olmayıb Mehmed Çələbini çağırdılar. O da 1403-cü ildə Boludan gizlicə 1,000 nəfərlik bir qüvvə ilə ayrıldı. Amasya bölgəsində qəsəbə və kəndlərə hücum edərək talançılıqla məşğul olan Qara Dövlətşah üzərinə ani bir basqın tərtib edib onu öldürdükdən sonra Amasyaya girdi.
Əmir Teymur Anadolu bəylərinin köhnə dövlətlərini bərpa etdiyi və Osmanlı idarəçiliyindəki ərazilərin çox daralmış olduğu üçün Amasya Osmanlı ərazilərindən ayrılmış şəkildə idi. Beləcə Mehmed Çələbinin bu bölgədə hökm sürməsi Osmanlı Dövlətinə bağlı yerli bir idarəçi olaraq deyil Teymurun hegemonluğun tanıyan, ondan əmirlik üçün fərman alıb, ona illik təzminat verən, yarı-muxtar Amasya Əmirliyi idarəsinin bir Osmanlı şahzadəsi tərəfindən boynuna götürülməsi şəklində idi.
Mehmed Çələbi hökmü altında olan bu kiçik ölkəni qorumaq və yeni torpaqlar əldə edib genişləndirmək üçün bəzi hərbi yürüşlər həyata keçirdi. Niksar atası tərəfindən özünə sancaq olaraq verilmişdi. Amma Qubadoğlu Əli bəy tərəfindən mühasirə altında idi. Mehmed Çələbi ordusuyla Əli bəy üzərinə gedib, onu döyüşdə məğlub edib Niksarı təkrar özünə tabe etdi. Cənik bölgəsində olan Qubadoğulları, İnaloğulları, Taşanoğulları, Qazi Burhanəddin Əhmədin kürəkəni Məzid bəy adlı türkmən bəylikləri və Köpəkoğlu və Gözləroğlu adlı quldur dəstələri ilə döyüşlərə girib onları ortadan qaldırdı. Beləcə əmirliyin ərazisin Tokat və Sivas istiqamətlərinə qədər genişləndirdi. 1403-cü ildə Teymur hələ Anadoluda ikən Amasya Əmirliyi Orta Qaradeniz-Orta Anadoluda güclü bir yarımmüstəqil ölkə mövqeyini qazandı.
Müvəffəqiyyətlərini öyrənən Teymur tərəfindən hüzuruna çağırıldı. Özünə Teymur tərəfindən Osmanlı padşahlığının veriləcəyi ümidi ilə onun hüzuruna çıxmaq üçün Amasiyadan yola çıxdı. Lakin Osmancık və Murteddə türkmən bəyləri yolunu iki dəfə kəsdilər və buna görə Amasyaya geri dönmək məcburiyyətində qaldı. Vəziyyəti Əmir Teymura qasid ilə çatdırdı. Teymur bu üzrünü qəbul etdi və Amasya-Tokat-Sivas bölgələrindən ibarət Rumi-i Suğra bölgəsinin əmiri olmasını təsdiqlədiyinə dair ona bir al möhürlənmiş bir fərman, tac, kəmər və xalat göndərdi. Bu fərmana uyğun olaraq 1403-cü ildə Amasiyada üzərində həm Teymurun həm də öz adının yazılı olduğu axça zərb etdirdi.
Müşaviri olan Subaşı Eynə bəyin təklifi ilə Bursa tərəflərində olan qardaşı İsa Çələbiyə bir məktub yazıb Anadolunun aralarında bölünməsini təklif etdi. Lakin İsa Çələbi özünün ulu qarındaş olduğu səbəbi ilə bu təklifi qəbul etmədi. Bunun üzərinə Çələbi Mehmed 1404-cü ildə Bursa üzərinə getdi. Qardaşı İsa Çələbi ilə Ulubat Döyüşünə girib qalib çıxdı. Bursaya girib Anadoluda Osmanlı hökmdarı olduğunu elan etdi. O zaman Səmərqəndə dönmüş olan Teymurun hiddətin öz üzərinə çəkməmək üçün hiyləgər bir siyasətlə Bursa da hicri 806-cı ildə "Sikkə-i müştərəklər" adı ilə həm özün həm Teymurun adını daşıyan yeni gümüş sikkələr zərb etdirdi. Bəzi qaynaqlara görə Çələbi Mehmed bu sıralarda Gərmiyanoğlu Yaqub bəyin yanında olan atasının cəsədini Bursaya gətirdərək atasının inşa etdirmiş olduğu məscid yanına dəfn etdirmişdir.
Çələbi Mehmedi Bursadan çıxartmaq üçün qardaşı İsa Çələbi 1404–1405-ci illər arasında bir sıra cəhdlər göstərdi. Bursa da olan Çələbi Mehmed üzərinə, İsa Çələbi (əvvəl Ədirnədəki qardaşı Süleyman Çələbinin aldığı ordu ilə sonra Candaroğlu, Aydınoğlu, Saruhan və Məntəşə bəylərinin vermiş olduqları əsgərlər ilə) üç dəfə getdi isə də, hər səfərində Çələbi Mehmed onu məğlubiyyətə uğradıb geri qaytardı. Sonunda İsa Çələbi Qaramanoğullarına qaçdı. Amma Anadoluda güclü bir qüvvə halına gəlmiş olan Çələbi Mehmed Qaramanoğlu bəyi ilə razılaşıb İsa Çələbini Qaramanoğlu ölkəsindən atdırdı. İsa bəy bir müddət Sultanönünde gizləndi. 1406-cı ildə Əsgişəhərdə bir hamamda yuyunarkən Çələbi Məmmədin adamları tərəfindən bir basqınla tutularaq boğduruldu.
Beləliklə Osmanlı Anadolu torpaqlarının tək hökmdarı olan Çələbi Mehmed bu dəfə 1402-ci ildən bəri Ədirnədə bir qanuni Osmanlı hökmdarı olaraq taxta oturan və Osmanlı Rumeli torpaqlarını idarə edən Süleyman Çələbinin tək rəqibi oldu. 1406-cı ildə Əmir Süleyman Rumelidən yığdığı əsgərlərlə və Bizansın dəstəyi ilə Anadoluya keçdi. Bursa da olan Çələbi Mehmed əli altında olan əsgərlə bu hücuma qarşı gələ bilməyəcəyin anladı və Bursansanı buraxıb Amasyaya çəkilmək məcburiyyətində qaldı. Süleyman Çələbi Ankaraya gedib bu şəhəri də aldı və Çələbi Mehmedin köhnə idarəsi altında olub lakin geri çəkilməsi ilə buraxdığı sahələri talan etdi. Süleyman Çələbi Bursada qalıb içki aləmlərinə burada da başlayınca 1406-cı ildə Çələbi Mehmed dərhal bundan faydalanaraq ordusuyla yenidən Bursa önünə gəldi. Çələbi Mehmed və Süleyman Çələbinin orduları Yenişəhərde qarşı-qarşıya gəldi. Bu səfər Çələbi Məmmədin döyüşü qazanma ehtimalı var idi. Lakin Süleyman Çələbinin çox təcrübəli başvəziri Çandarlı Əli Paşa hər cür manevrlərlə Çələbi Mehmedin məsləhətçilərinə təsir edərək və onları aldadaraq Çələbi Mehmed ordusunun dağılmasına səbəb oldu. Beləliklə Çələbi Mehmed bu dəfə ordusuz Amasyaya döndü.
Çələbi Mehmed Amasyada üç il qalıb təkrar Osmanlı taxtına keçmək üçün planlar və hazırlıqlar görməyə başladı. Bu sırada Süleyman Çələbi Bursada qanuni Osmanlı hökmdarı olaraq hakimiyətdə idi. Bununla belə bəzi Anadolu bəyliklərinə vassal aslılığı qəbul etdirməkdən başqa təsirli siyasət yeritməməkdə və zövq və əyləncə ilə vaxtını keçirməkdə idi. Çələbi Mehmed 1409-cu ildə yeni bir planın tətbiqinə başladı. Bu plana görə qardaşı Musa Çələbi Rumeliyə gedib əsgər yığıb qərbdən, Balkanlardan Süleyman Çələbi üzərinə hücum edəcək və Süleyman Çələbi bu bəla ilə məşğul olmaq üçün Rumeliyə keçəndə Çələbi Mehmed Anadoluda hərəkətə keçib Bursanı geri alacaqdı. Əgər Musa Çələbi müvəffəqiyyətli olsaydı Süleyman Çələbi yerinə Rumelidə hökmdar olacaqdı.
1409-cu ildə bu planı tətbiq etmək üçün Çələbi Mehmed əmisi oğlu olan Qaramanoğlu Mehmed bəy ilə təmasa keçdi. Musa Çələbi Qaramanoğullarına sığınmışdı. İki qardaş Qırşəhər ətrafında olan Cəməl qalasında görüşdülər və bu plan ilə razılaşdılar. Musa Çələbi Candaroğullarının köməyi ilə Sinop üzərindən bir gəmi ilə Valaxiyaya getdi və Valaxiya Voyvodası Mirça tərəfindən yaxşı qarşılandı. Bu hadisələrin baş verdiyin Süleyman Çələbi Ayasoluqda olarkən öyrəndi və Süleyman Çələbi Aydınoğlu Cüneyd Bəyi yanına alaraq Rumeliyə keçdi. Süleyman Çələbi çox keçmədən İstanbula gedib Bizans İmparatoruyla müzakirələrə başladı və əldə edilən razılığa əsasən Bizansdan dəstək almaq üçün, yarana biləcək anlaşılmazlıqlar, Trakyanın təhlükəsizliyi və Boğazlardan rahat keçidi təmin etmək məqsədilə qardaşı Qasım və bacısı Fatiməni Bizansa girov olaraq verdi. Bunun ardından Qaramanoğulları ilə sülh razılaşması əldə etdi. Amma Süleyman Çələbinin Bursadan ayrılması fürsətini yaxşı qiymətləndirən Çələbi Mehmed ordusuyla dərhal Bursaya gəldi və Anadoludakı Osmanlı hökumətin ələ aldı. Planın ikinci mərhələsi Çələbi Mehmedin heç bir müdaxiləsi lazım olmadan Musa Çələbinin Balkanlarda qurduğu ordu ilə Süleyman Çələbiyə qarşı mübarizə aparması və nəhayət 13 fevral 1411-ci ildə Ədirnəyə bir basqınla Süleyman Çələbinin öldürülməsi ilə nəticələndi. Musa Çələbi Ədirnədə Osmanlı Rumeli hökmdarı olaraq taxta keçdi və beləcə razılaşdırılmış siyasi plan müvəffəqiyyətlə tətbiq olundu. Ancaq hər iki tərəf də Osmanlı dövlətinin yenidən tək dövlət olması idealından imtina etməmişdi.
Ədirnədə hökm sürməyə başlayan Musa Çələbi Bizansın yerinə keçdiyi qardaşı Süleyman Çələbiyə verdiyi yaxın dəstəyi cəzalandırmaq üçün Konstantinopolun mühasirəsinə başlamışdı. Bizans İmperatoru II Manuel bu işğalın aradan qaldırılması üçün ən yaxşı çarə olaraq Musa Çələbinin siyasi gücünün qardaşı Mehmed Çələbinin gücü ilə qarşılaşdırıb onun tamamilə dəf edilməsində gördü. Bu səbəblə 1412-ci ilin əvvəllərində Bursa sarayında kef çəkən Çələbi Mehmedə gizli bir elçi göndərdi. Bu gizli elçinin vəzifəsi Bizans İmperatoru II Manuelin Çələbi Mehmedlə ittifaq bağlamaq istədiyini və bu ittifaq yolu ilə Çələbi Musanın paytaxtı Ədirnəni və Rumelidəki ərazisinin ələ keçirilməsinə dəstək təmin etmək olduğu və beləcə təkrar Osmanlı İmperatorluğunun Çələbi Mehmedin hakimiyəti altında tək bir dövlət olmasını arzu etdiyini bildirmək idi. Osmanlı Dövlətinin tək hökmdarı olmaq istəyi Bizansla ittifaqda olmaq istəyindən üstün idi və bu səbəbdən Çələbi Mehmed bu təklifi qəbul etdi.
Çələbi Mehmet çox keçmədən Üsküdara (o zamanki Chrysopolise) getdi. Orada II Manuel tərəfindən qarşılandı və birlikdə bir Bizans gəmisi ilə Konstantinopola gedib Çələbi Mehmedə imperatorluq sarayında qonaqlıq verdi. II Manuel qonağını çox möhtəşəm şəkildə qarşıladı. Bütün bunlar davam etməklə bərabər Mehmed Çələbinin Osmanlı ordusu Boğazdaki Bizans gəmiləri ilə Rumeli yaxasına nəql edilməkdə idi. Dörd gün içində 15.000 nəfərlik Anadolu Osmanlı ordusu Rumeli yaxasına daşındı. Bu ordunun başına keçən Mehmed Çələbi Konstantinopolu əhatə edən Musa Çələbinin Rumeli ordusu üzərinə getdi. İki ordu 1412-ci ilin oktyabrında Çatalca yaxınlığında İncəyizdə vuruşmağa başladılar. İncəyiz Müharibəsi Çələbi Mehmed ordusu üçün müvəffəqiyyətli olmadı və Musa Çələbi ordusu üstün vəziyyətə gəldi. Mehmed Çələbi bu döyüşdə yaralandı. Əvvəl İstanbula və oradan da Bursaya geri çəkildi.
Lakin bu məğlubiyyət Çələbi Mehmedi yormadı. Anadoluya dönüb yeni əsgər yığdı. Serb Despotundan da əsgər yardımı təmin etdi. Bu dəfə yeni Anadolu Osmanlı ordusu yenə Rumeli yaxasına keçirildikdən sonra II Manuelin təmin etdiyi Bizans gücləri və Serb despotu Stefan Lazaroviçin göndərdiyi kiçik bir Serb ordusu ilə birləşərək birlikdə Konstantinopol yaxınlarında olan Musa Çələbi ordusuyla ikinci bir müharibəyə başladı. Bu müharibə də Musa Çələbinin ordusunun üstün gəlməsi ilə nəticələndi.
Lakin Mehmed Çələbi hələ tək padşah olmağa əzmli idi. Məhz bunun nəticəsi idi ki, Musa Çələbiyə hücum etmək fikrindən dönmədi. 1413-cü ilin 11 iyununda yeni Anadolu Osmanlı ordusu Bizans gəmiləri ilə Boğazdan Rumeli yaxasına keçirildi və üçüncü müharibəyə hazırlıq başladı. Bu sırada Musa Çələbi ordusunda bir böhran yaşanmaqda idi. Musa Çələbi sərtliyi və mərhəmətsiz tutumları ilə əsgərini incitmişdi. Şeyx Bədrəddinə verdiyi dəstək daha mühafizəkar olan sünniləri və üləmanı özünə düşmən etmişdi. Musa Çələbi qazi sərhəd bəylərinin talanlar və timarları səbəbindən qazandıqları sərvət və siyasi gücü azaltmağa çalışmış və Qapıqulu ümərasına əhəmiyyət verməyə başlamışdı. Məsələn Axınçı bəyi Mihaloğlu Musa Çələbi ilə əlaqəsini kəsmiş, Makedoniyada sərhəd boyunca axınları özü tərtib etmiş və bu axınlarda qazanılan talan malları və timar torpaqlarını da özünə görə paylaştırmağa başlamışdı. Çandarlı vəzirləri Çələbi Mehmed və II Manuel ilə Musa Çələbinin taxtdan endirmək üçün gizli danışıqlara başlamışdılar. Musa Çələbinin ordusunda baş verən dağılma səbəbi ilə geri çəkilməsi səbəbindən iki ordu ancaq Vizədə döyşə girdilər və Vizə müharibəsinə Çələbi Mehmet ordusu qalib gəldi. Musa Çələbi qaçmağa başladı.
Lakin Musa Çələbi hələ tutulmadığı üçün Çələbi Mehmed gücləri Edirne qapılarına gəldiyində Ədirnəlilər Musa Çələbinin güclənib daha tez gələcəyi ehtimalını düşünüb Çələbi Mehmed və ordusunu şəhərə buraxmadılar. Bütün üməranın qatılması ilə Çələbi Mehmed, Musa Çələbini və çox kiçik qalmış ordusunu qovmağa başladı. Musa Çələbi ordusuyla Samkov yaxınlığında Palçıqlı Dərbənddə sıxışdırıldı. 1413-cü il 5 iyulda baş verən kiçik Palçıqlı Dərbənd Döyüşü çox şiddətli oldu. Musa Çələbi yaralanaraq qaçmağa başladı. Bəzi qaynaqlara görə Musa Çələbi qaçarkən bataqlığa düşdü və ona qarşı göndərilmiş əsgərlər tərəfindən boğulub öldürüldü. Digər mənbələrə görə ağır vəziyyətdə yaralı çadırında yatarkən tutulub Çələbi Məmmədin əmri ilə öldürüldü. İsa Çələbi və Əmr Süleyman kimi, ən sonunda Musa Çələbinin cənazəsi də Bursaya göndərilərək atası İldırımın türbəsinə basdırıldı.