Wikipedia
5 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
5 dekabr — Qriqorian təqvimi ilə ilin 339-cu günü (uzun illərdə 340-cı). İlin sonuna 26 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1492 — Xristofor Kolumb Haitini kəşf etmişdir.
- 1904 — Yaponiya Port-Arturda rus donanmasını məğlub etmişlər.
- 1914 — İtaliyada "Bitərəflik Bəyannaməsi" parlamentdə təsdiq edilmişdir.
- 1933 — ABŞ-da "quru qanun" ləğv edilib, spirtli içkilər leqallaşdırılmışdır.
- 1934 — Stalinə qarşı sui-qəsddə günahlandırılan 70 nəfər güllələnmişdir.
- 1934 — Türkiyədə qadınlara seçki hüququ verilmişdir.
- 1936 — SSRİ VIII Fövqəladə sovetlər qurultayı başa çatmış, SSRİ-nin yeni Konstitusiyası qəbul edilmişdir.
- 1941 — Moskva uğrunda döyüşdə sovet qoşunlarının əks-hücumu başlandı.
- 1946 — Nyu-York şəhəri BMT-nin daimi qərargahı seçilmişdir.
- 1962 — ABŞ və Sovet İttifaqı Sakit okean hövzəsinin birgə istifadəsinə qərar vermişlər.
- 1977 — Prezident Ənvər Sadatın İsrailin müstəqilliyinə tərəfdar çıxmasından sonra 5 ərəb ölkəsi Misirlə diplomatik əlaqələri kəsmişdir.
- 1978 — SSRİ və Əfqanıstan arasında 20 illik dostluq müqaviləsi imzalanmışdır.
- 1984 — BMT-nin üzvləri qanun pozulmasına görə cəza nəzərdə tutan beynəlxalq müqavilə layihəsini yekdilliklə qəbul etmişlər.
- 1985 — Böyük Britaniya YUNESKO–dan çıxmışdır.
- 1989 — Marqaret Tetçer yenidən Mühafizəkar Partiyanın lideri seçilmişdir.
- 1991 — Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyi yanında Ali Dövlət İdarəetmə orqanlarını mühafizə şöbəsi yaradılmışdır.
- 1994 — ATƏT-in Budapeşt sammiti başlamışdır.
- 1995 — Havyer Solana NATO-nun baş katibi seçilmişdir.
- 1995 — Fransa yenidən NATO-nun tərkibinə qayıtdığını elan etmişdir.
- 1996 — Madlen Olbrayt ABŞ dövlət katibi vəzifəsinə təyin edilən ilk qadın olmuşdur.
- 1997 — Fransa nasist qaz kameraları məsələsini yenidən gündəmə gətirmişdir.
- 1998 — Kamboca hökuməti ilə danışıqlar nəticəsində Tailand cəbhəsinə toplaşmış "Qırmızı Khmer" döyüşçülərinin son dəstəsi silahlarını təhvil vermişlər.
- 2007 — E.ə.4-cü əsrə aid büst Nyu-Yorkda 57,7 milyon dollara satılmışdır. Bu indiyə qədər satılan ən bahalı antik əşya sayılır.
Doğumlar
- 1901 — Volt Disney, amerikalı rejissor, rəssam və prodüser (ö. 1966).
- 1906 — Əşrəf Yusifzadə, azərbaycanlı teatr və kino aktyoru. (ö. 1963).
- 1924 — Şəfiqə Qasımova, azərbaycanlı aktrisa (ö. 2008).
- 1924 — Şamil Mahmudbəyov, azərbaycanlı kinorejissor. (ö. 1997).
- 1978 — Elçin Əlibəyli, azərbaycanlı alim, televiziya xadimi.
- 1952-Semedov Faiz-Azərbaycan
- 1954 - Sərdar Kərimov - əməkdar həkim.
Ölümlər
- 1791 — Volfqanq Amadey Motsart, avstriyalı bəstəkar (d. 1756).
- 1870 — Aleksandr Düma, fransız yazıçı (d. 1802).
- 2013 - Nelson Mandela, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, 1993-cü il Nobel Sülh Mükafatı laureatı (d. 1918).