Wikipedia
Biri vardı, biri yoxdu... (film, 1967)
Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə Mustafayeva və Sadıq Həsənzadə ifa edirlər.
Biri vardı, biri yoxdu... | |
---|---|
Janr | qısametrajlı dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Salam Qədirzadə |
Ssenari müəllifi | Eldar Quliyev |
Baş rollarda | Sədayə Mustafayeva Sadıq Həsənzadə |
Operator | Yuri Durinov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1967 |
Filmin növü | qısametrajlı bədii film |
Rəng | ağ-qara |
Vaxt | 25 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1967 |
Texniki məlumat | 3 hissə 719,3 metr |
Məzmun
Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur.
Film haqqında
Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Rollarda
- Sədayə Mustafayeva — qarı
- Sadıq Həsənzadə — qoca
- Hacıməmməd Qafqazlı — molla Filmi səsləndirənlər: Yusif Vəliyev — qoca (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
İstinadlar
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 61
Xarici keçidlər
- Filmi izlə
- Filmin musiqiləri (video)
- Filmin musiqiləri (audio)