Wikipedia
Bala Cəfərli
Bala Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Bala Cəfərli kəndi dağətəyi ərazidədir. Toponim "kiçik Cəfərli kəndi" mənasındadır.
Kənd | |
Bala Cəfərli | |
---|---|
41°01′11″ şm. e. 45°15′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5.93 km² |
Mərkəzin hündürlüyü | 599 m |
Saat qurşağı | UTC+4, yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 250 nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Toponimikası
- Bala Cəfərli oyk., mür. Qazax r-nunun Cəfərli i.ə.v.-də kənd. Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim "kiçik Cəfərli kəndi" deməkdir. Etnotoponimdir.
Əhalisi
Coğrafiyası və iqlimi
Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir. Kəndin cəmi 50 hektar ərazisində 35 ev var. Elə ərazisinin kiçik olmasına görə də burası Bala Cəfərli adlanır. Cəfərli kəndinin qonşuluğunda yerləşir. Bu kənd Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kənd tez-tez Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə məruz qalır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti
İstinadlar
- ↑ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. İstifadə tarixi: 29 noyabr 2016.
- http://www.qazax.net/az/vilages.htm
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Azadlıq Radiousu
- . 2011-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
- Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar[ölü keçid]
- . 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
- . 2011-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |