Ağ atlar üçün vals (film, 1987)
Ağ atlar üçün vals tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Teletamaşada əsas rolları Loğman Kərimov, Nübar Novruzova, Məhbubə Məlikova və Yasin Qarayev ifa edirlər.
Ağ atlar üçün vals (film, 1987).jpg | |
---|---|
Janr | dram |
Rejissor | Bünyad Məmmədov |
Əsərin müəllifi | Şərəf Başbəyov |
Baş rollarda | Loğman Kərimov Nübar Novruzova Məhbubə Məlikova Yasin Qarayev |
Operator | Fərman Nəbiyev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rəfael Əsədov |
İstehsalçı | Azərbaycan televiziyası (Ədəbi-Dram Verilişləri Baş Redaksiyası) |
İlk baxış tarixi | 1987 |
Filmin növü | tammetrajlı televiziya tamaşası |
Rəng | rəngli |
Müddət | 87 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1987 |
Məzmun
Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Traktorçu Teşa (Loğman Kərimov) isə bu saxtakarlığın üstünü açmağa çalışır. Lakin işin bir tərəfi istədiyi qız Zümrada (Nübar Novruzova), bir tərəfi də bacısı Munisə (Məhbubə Məlikova) toxunanda işlər qarışır...
Film haqqında
Televiziya tamaşası özbək yazıçısı Şərəf Başbəyovun əsəri əsasında ekranlaşdırılmışdır.
Rollarda
Loğman Kərimov — Teşa
Nübar Novruzova — Zümrad
Məhbubə Məlikova — Munis
Yasin Qarayev — Turqun
Elxan Ağahüseynoğlu — Soltan
Mirvari Novruzova(Mirvarid Novruzova kimi) — Həlimə xala
Süleyman Ələsgərov — Camal ata
Filmin üzərində işləyənlər
Əsərin müəllifi: Şərəf Başbəyov
Rejissor: Bünyad Məmmədov
Operator: Fərman Nəbiyev
Rəssam: Rəfael Əsədov
Bəstəkar: Cavanşir Quliyev
İstinadlar
- . 2017-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
- Yasin Qarayev: “Əminəm ki, yeni nəsil nümayəndələri arasından da dahi sənətkarlar çıxacaq”
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı