Azərbaycan Milli Paralimpiya Komitəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi — Azərbaycanda əlil idmançıların olimpiya idman təşkilatı, Beynəlxalq Paralimpiya Komitəsinin üzvü.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi AMPK | |
---|---|
Yaranma tarixi | 9 fevral 1996 |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | İlqar Rəhimov |
paralympic.az |
Tarixi
Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdi, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti, Afiq Süleymanov isə komitənin baş katibi vəzifələrinə seçilmişlər.
İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi ikiidman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşənparalimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulamışdır.
2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində umummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşqbazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənabİlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə ümummilli liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərindəyeni , beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizinidman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı dahasürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkəbaşçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəthetdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması , onlara daim diqqət vəqayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfü deyil ki, cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırmışdır. Eyni zamanda elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin MilliOlimpiya Komitəsinin İcraiyyə Komitəsininə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.
2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin tapşırıgı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdmanKompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçünbelə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Tədbirdə cənabPrezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətlərini hiss ediblər. Müntəzəm olaraq, qələbəqazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar.Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.
Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatıgenişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 13-ə çatdırılmışdır.
27 sentyabr 2013-cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK — nin nəzdində Uşaq Paralimpiya Komitəsiyaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu iləehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.ARMPK — nin İcraiyyə Komitəsinin Qərarı ilə Uşaq Paralimpiya Komitəsinin 13 nəfərdən ibarət idarə heyəti təsdiq edilmiş,ARMPK — nin birinci vitse prezidenti Natiq Qasimov İdarə heyətinin sədri, ARMPK — nin şöbə müdiri Kamal Məmmədov isə İdarə heyətinin sədr müavini — İcraçı direktor vəzifəsinə seçilmişlər.
Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatarı və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.
UNICEF — in Azərbaycan nümayəndəliyi və BP — nin Azərbaycan — Gürcüstan — Türkiyə regionu üzrə şirkəti və AZERCELLTelecom MMC ilə əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Neftçi" İdman Sağlamlıq Mərkəzi və digər əlaqədar təşkilatlar ölkəmizdə Paralimpiya hərəkatının genişləndirilməsi vəinkişaf etdirilməsinə xüsusi töhfə vermişlər.
Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, MilliParalimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər.
Yay Paralimpiya Oyunlarında iştirakı və uğurlu nəticələri
Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, MilliParalimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Paralimpiya Oyunlarındakı nəticələri
№ | Tarix | Keçirilən yer | İdman növü | İdmançıların sayı | Qızıl | Gümüş | Bürünc | Cəmi | İştirakçı ölkələrin sayı və milli komandamızın tutduğu yer |
---|---|---|---|---|---|---|---|---|---|
1. | 1996 | Atlanta | 2 | 2 | - | - | - | - | 104/- |
2. | 2000 | Sidney | 3 | 7 | - | 1 | 0 | 1 | 127/60 |
3. | 2004 | Afina | 4 | 11 | 2 | 1 | 1 | 4 | 136/45 |
4. | 2008 | Pekin | 4 | 18 | 2 | 3 | 5 | 10 | 146/38 |
5. | 2012 | London | 6 | 21 | 4 | 5 | 3 | 12 | 164/27 |
6 | 2015 | Bakı 2015 I Avropa Oyunları | 1 | 3 | 1 | 1 | 1 | 3 | 50/2 |
7 | 2016 | Rio de Janeiro | 2 | 24 | 1 | 8 | 2 | 11 | 200/47 |
8 | 2017 | Bakı IV İslam Həmrəyliyi Oyunları | 2 | 28 | 12 | 6 | 6 | 24 | 1/19 |
Rəhbərlik
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Prezidenti
7 fevral 1964-cü ildə anadan olmuşdur. 1985–1991-ci illərdə Maliyyə Nazirliyində, 1991–1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazirinin müavini vəzifəsində çalışır. 1996-cı ildən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidentidir. Milli Paralimpiya Komitəsinin prezidenti kimi 5 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin I-ci vitse prezidenti
- Qasımov Natiq Misir oğlu
17 mart 1957-ci ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı inistutunu və İqtisad Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən başlayaraq 1981-ci ilə kimi bir sıra təşkilatlarda çalışmışdır. 1981-ci ildən 1992-ci ilə kimi Azərbaycan LKGİ Ağdam rayon komitəsində və Azərbaycan LKGİ MK-da, 1992-ci ildən 1997-ci ilə kimi Dövlət Əmək və Sosial Məsələlər Komitəsində və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində, 1997-ci ildən 2012-ci ilə kimi BMT-nin İnkişaf Proqramı,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində məsul vəzifələrdə çalışmışdır. 7 dekabr 2012-ci ildə Milli Paralimpiya Komitəsində keçirilən Komitə yığıncağında Milli Paralimpiya Komitəsinin vitse prezidenti vəzifəsi həvalə edilmiş, 8 fevral 2013-cü ildə isə Milli Paralimpiya Komitəsinin IV hesabat seçki konqresində birinci vitse prezident vəzifəsinə seçilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2016-cı il tarixli Sərəncamilə "Tərəqqi" medilı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti
- Zəkiyev İlham Əzizağa oğlu
3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildən cüdo ilə məşğul olmağa başlayıb. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfdən atılan snayper gülləsinə tuş gələrək görmə qabiliyyətini tamamilə itirib. O, 2002-ci il noyabr ayının 1-dən paralimpiya komandası sıralarında məşqlərə başlamışdır. 2004-ci ildə Afinada keçirilən XII Yay Paralimpiya Oyunlarının və 2008-ci ildə Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarının qalibi. 2012-ci il London XIV Yay Paralimpiya Oyunlarının bürünc medalçısı, üç qat dünya çempionu, yeddi qat avropa çempionudur. Bakı şəhərində keçirilən ilk 2015 Avropa Oyunlarının bürünc qalibi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. İki dəfə "Şöhrət" ordeni, Azərbaycan əməkdar idman ustası, "Qızıl çinar" beynəlxalq mükafatı, "Tərəqqi" medalı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş Katibi
- Məmmədov Kamal Cabir oğlu
3 sentyabr 1978-ci ildə anadan olmuşdur. Türkiyə Respublikasının "Teknik astsubay hazırlama", "Mühabere elektronik bilgi sistemleri" natamamali ixtisas məktəblərini bitirmiş, Rusiya Federasiyasının Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin Hüquq fakültəsini qırmızı diplomla başa vurmuşdur. Əmək fəaliyyətinə 1998-ci ildən başlayaraq 2012-ci ilədək müxtəlif təşkilatlarda çalışmışdır. 2005-ci ildə avtomobil qəzasında onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisidir. 2012-ci ildə "Əlil İdmançılara Dəstək" İctimai birliyini təsis etmişdir. 2013-cü ildən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Təhsil, İnkişaf və İnformasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən Uşaq Paralimpiya Komitəsinin İcraçı direktoru olaraq fəaliyyət göstərir. 2017-ci ildə Heydər Əliyev fondunun müəssərlik üzrə eksperti təyin olunmuşdur. 05 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsində çalışır.
Azərbaycanın iştirak etdiyi idman növləri
- Cüdo
- Atletika
- Güllə atıcılığı
- Pauerliftinq
- Kamandan ox atma
- Üzgüçülük
- Voleybol
- Qolbol
- Qılınc oynatma
- Əlil arabasında rəqs
- Table Tennis
- Para-Velosiped
- Boççia
2010-cu ilin yarışların yekunu barədə
Paralimpiyaçı idmançılarımız əvvəlki illərdən fərqli olaraq 8 idman növü üzrə müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirak etmişlər: Cüdo, Atletika, Pauerliftinq, oturacaq Voleybol, Qolbol, Üzgüçülük, Güllə atıcılığı və Kamandan oxatma. 1 il ərzində yüksək səviyyədə idman nailiyyətləri göstərən paralimpiyaçılar 36 medal qazanmışlar. Bunlardan 16 qızıl, 9 gümüş, 11 bürünc medaldir. Yuxarida göstərilən medallardan 2 qızıl, 3 gümüş və 2 bürünc medal yalnız dünya çempionatlarında, qalanlar isə avropa çempionatlarında və "A" kateqoriyalı beynəlxalq turnirlərdə qazanılmışdır.
Əlamətdar hal kimi qeyd etmək vacibdir ki, ötən ildə idmançılarımızın şəxsi göstəriciləri xeyli yüksəlmişdir, belə ki gənc atlet Elçin Muradov 100 metr məsafəyə qaçmaqda dünya rekorduna imza atmişdir(10.66s)
Dünya reytinqində idmançılarımızdan güllə atıcılığı idmanının 10 metrik məsafəyə pnevmatik tapançadan atəş açmağda birinci yerin sahibi 3 Paralimpiya Oyunlarının iştirakçısı, Sidney Paralimpiya Oyunlarının gümüş, Afina Paralimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Taranovadır.
Habelə atletikanın nüvə itələmə növündə Pekin Paralimpiya Oyunlarının qalibi və rekordçusu Oloxan Musayev , 100 metrlik məsafəyə qaçmaqda "A" kateqoriyalı beynəlxalq turnirin qalibi Elçin Muradov dünya reytinqində birinci, uzununa tullanma idmanı ilə Afina Paralimpiya Oyunların qalibi, Pekin Paralimpiya Oyunlarının bürünc medalçısı Oleq Panyutin və Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı Rza Osmanov ikinci, gənc atlet Hüseyn Həsənov dördüncü yerləri bölüşdürürlər.
2011-ci ilin yarışların yekunu barədə
2011*ci il Azərbaycan Respublikası Milli Paralimpiya komitəsi idmançıları üçün uğurlu olmuşdur. Belə ki, Paralimpiyaçılar 2011 il ərzində 8 idman növü üzrə dünya, avropa çempionatlarında, dünya oyunları, dünya kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda mübarizəyə qoşulmuş və yüksək idman nailiyyətləri göstərmişlər. İdmançılar 52 medal qazanmış və ötən ilə nisbətdə 16 medal artıq əldə edərək bu ili başa vurmuşlar.
(2010 cu il 36 medal, 2011 ci il 52 medal). 52 medaldan 6-sı dünya çempionatlarında, 4-ü avropa çempionatlarında, 42-si isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən Dünya Oyunları, Dünya Kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda qazanılmışdır.
2011 ci ilin nəticələri əsasında 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20- dir. Lakin bu say son deyil. Belə ki, idmançılarımız 2012 ci ilin 4 ayı ərzində bir neçə lisenziya xalı verən rəsmi yarışda iştirak edərək lisenziyalar qazana bilərlər.
2011 ci il həmdə onunla əlamətdardır ki, yeni 5-ci idman növündə — "kamandan oxatma" da Zinyət Vəliyeva London Paralimpiya Oyunlarına lisenziya qazanmışdır. Bu il titullu idmançılarla bərabər qənc idmançılar cüdoçu Bayram Mustafayev 66 kg çəki dərəcəsində, Hüseyn Həsənov atletikanın uzununa tullanma növündə və Samir Nəbiyev atletikanın disk atma növündə lisenziya normativini doldurmuşlar.
İstinadlar
- Əlil idmançılar Dənizkənarı Milli Parkda boççia yarışına çıxıblar. azertag.az, 29.09.2017 (azərb.)