Wikipedia
Zardaxaç
Zardaxaç — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Zardaxaç | |
---|---|
40°09′21″ şm. e. 46°28′24″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
Zardaxaç kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zardaxaç kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Zardaxaç kəndi Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Toponimikası
Zardaxaç kəndi Murovdağ silsiləsinin ətəyindədir. Əsli Zardaxaç olan oykonim zard (fars “sarı”) və xаd sözlerindən düzəlib (-a bitişdirici saitdir), “qızıl xaç” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.
İstinadlar
- http://census.stat-nkr.am/nkr/1-5.pdf
- Zardaxaç // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |