Wikipedia
Yuxarı Oratağ
Yuxarı Oratağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd.
Yuxarı Oratag | |
---|---|
40°06′ şm. e. 46°30′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 845 m |
Saat qurşağı | |
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Verin Oratağ olmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Yuxari Oratağ kəndi dağətəyi ərazidədir. Qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ - “Aşağı Oratağ”) yarandığına görə kənd Verin (erm. “Yuxarı”) Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, “şiş təpə” mənasındadır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- . e-qanun.az (azərb.). e-qanun.az. 2013-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
- "Yuxarı Oratağ". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |