Yaşar Əhmədov (hərbçi)
Yaşar Mirağa oğlu Əhmədov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.
Yaşar Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020— |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Cəbrayıl döyüşləri • Füzuli döyüşləri |
Təltifləri | |
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik giziri olan Yaşar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı
İstinadlar
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 09.12.2020. 2020-12-09 tarixində . İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 24.12.2020. 2020-12-24 tarixində . İstifadə tarixi: 24.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 24.12.2020. 2020-12-24 tarixində . İstifadə tarixi: 24.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 25.12.2020.