Xerson döyüşü (2022)
Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Xerson döyüşü (2022) hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin indiki “Xerson döyüşü (2022)” adı da mümkündür ki, sonradan dəyişdirililsin. Buradakı informasiya Xerson döyüşü (2022) haqqında ətraflı olmaya da bilər. Siz mənbələrə istinad etməklə bu məqaləni heç nədən çəkinmədən zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 01:46, 18 mart 2022 (UTC) (5 ay əvvəl). |
Xerson uğrunda döyüşlər — Rusiya silahlı qüvvələrinin Ukraynanın Xerson vilayəti ərazisində 24 fevral 2022-ci ildə başlayan və davam edən hücumudur.
Xerson döyüşü | |
---|---|
Rusiyanın Ukraynanı istila etməsi (2022) | |
Tarix | 24 fevral 2022 - h.h. |
Yeri | Xerson vilayəti, Ukrayna |
Münaqişə tərəfləri | |
Tərəflərin qüvvəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Hücum
Rusiya prezidenti Vladimir Putinin Ukraynada “xüsusi hərbi əməliyyat” elan etməsindən az sonra Rusiya Hərbi Hava Qüvvələri Krım ərazisindən Xerson vilayətinin bir sıra şəhərlərindəki hədəflərə qanadlı və ballistik raketlər atmağa başlaydı. Daha sonra Rusiya aviasiyasının dəstəyi ilə Rusiya silahlı qüvvələri Novaya Kaxovka, Geniçesk, Melitopolu işğal edərək Xersona yaxınlaşaraq tədricən Xerson vilayətinin dərinliklərinə daxil olmağa başladılar.
Fevralın 24-də axşam rus qoşunları Antonovski körpüsünə nəzarəti ələ keçirmək üçün Xersonu işğal etməyə cəhd etdilər ki, bu da ruslara Dnepr çayı üzərindən Nikolayevin mühüm nəqliyyat mərkəzinə doğru strateji keçid imkanı verəcək. Ukraynanın mexanikləşdirilmiş qüvvələri körpünü qoruya bildi və rusları şimala doğru növbəti ən yaxın Dnepr keçidinə, fevralın 25-də rusların tutduqları Novaya Kaxovka şəhərinə doğru irəliləməyə məcbur etdi. Daha sonra, fevralın 25-də rus qoşunları Antonovski körpüsünü işğal etdilər. Bu obyekt uğrunda döyüş son dərəcə şiddətli kimi təsvir olunur..
Xerson meri İqor Kolıxayevin sözlərinə görə, fevralın 26-na keçən gecə Ukrayna hava qüvvələrinin Rusiyanın zirehli mövqelərinə endirdiyi zərbə rusları körpüdən keçərək Dnepr çayının şərq tərəfinə çəkilməyə məcbur edib.
Fevralın 26-da günortadan sonra Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Gennadi Laxuta Ukrayna ordusunun Xersona keçidə nəzarəti itirdiyini və bunun ruslara böyük itkilər verdiyini bildirdi.
İstinadlar
- "В Новой Каховке зафиксировали колонну военной техники РФ возле городского совета". 24 Канал (rus). İstifadə tarixi: 2022-02-25.
- "Россия захватила два города - СМИ". korrespondent.net (rus). İstifadə tarixi: 2022-02-25.
- Анна Кузнецова. "150-тысячный Мелитополь в Запорожской области перешёл под контроль армии РФ — NewsUA.RU". newsua.ru (rus). İstifadə tarixi: 2022-02-25.
- "Минобороны сообщило о выходе российских военных к Херсону на Украине". РБК (rus). İstifadə tarixi: 2022-02-25.
- ↑ "Ukraine loses control over crossing to Kherson". www.ukrinform.net (ingilis). 25 February 2022 tarixində . İstifadə tarixi: 2022-02-25.
- Video: See aftermath of battle over key bridge in Ukraine — CNN Video, 26 February 2022 tarixində , İstifadə tarixi: 2022-02-25
- "Херсон наш: на линии вышли троллейбусы, водоснабжение в обычном режиме, в бомбоубежищах родились двое малышей | Новости Одессы". dumskaya.net. İstifadə tarixi: 2022-02-26.
- https://twitter.com/KyivIndependent/status/1497483346640703489