Bu məqalədəki məlumatların üçün əlavə mənbələrə ehtiyac var. |
| Xalıq Koroğlu | |
|---|---|
| Xalıq Hüseyn oğlu Koroğlu | |
| Doğum tarixi | 24 yanvar 1919 |
| Doğum yeri |
|
| Vəfat tarixi | oktyabr 2001 (82 yaşında) |
| Vəfat yeri | |
| İş yerləri |
|
| Təhsili |
|
Xalıq Hüseyn oğlu Koroğlu (24 yanvar 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – oktyabr 2001, Moskva) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor.
Həyatı
| ]Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi.
Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir.
Əmək fəaliyyəti
| ]Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. O, 1958-1971-ci illərdə Böyük Sovet Ensiklopediyasında Şərq ədəbiyyatları sektoruna rəhbərlik etmişdir.
1971-1986-ci illərdə isə SSRİ Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Xalıq Koroğlu 1986-cı ildən Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru kimi çalışmışdır.
Elmi fəaliyyəti
| ]Xalıq Koroğlu 1955-ci ildə şərqşünas Yevgeni Bertelsin elmi rəhbərliyi ilə "Xalq dastanı "Şahsənəm və Qərib" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1969-cu ildə isə Şərqşünaslıq İnstitutunda "Oğuz qəhrəmanlıq eposu ("Oğuznamə"nin qəhrəmanlıq dastanları)" mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Xalıq Koroğlu yaradıcılığını bütünlüklə türk xalqlarının folklorunu öyrənməyə həsr etmişdir. O, uzun müddət "Kitabi-Dədə Qorqud" dastanın üzərində çalışmışdır. 1976-cı ildə çap olunan "Oğuz qəhrəmanlıq eposu" kitabıyla qorqudşünaslığın fundamental əsərlərindən birini yaratmışdır.
Xalıq Koroğlu eyni zamanda irandilli xalqların dastanlarının da araşdırmaçısı idi. Onun 1983-cü ildə "Orta Asiya, İran və Azərbaycan eposlarının qarşılıqlı əlaqələri" əsəri çap olunmuşdur.
Professor 1954-cü ildən başlayaraq bir müddət Orta Asiya respublikalarının universitetlərində mühazirələr oxumuşdur. Daha sonra onun oxuduğu həmin bu mühazirələr əsasında 1972-ci ildə "Türkmən ədəbiyyatı", 1976-cı ildə "Özbək ədəbiyyatı" adlı əsərlər işıq üzü görmüşdür. Bunlarla yanaşı, Xalıq Koroğlu 150-dən çox məqalənin müəllifidir.
Ölümü
| ]Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir.
Əsərləri
| ]- Müasir fars nəsri (rus. Современная персидская проза). Moskva, 1958.
- Fars atalar sözləri və məsəlləri (rus. Персидские пословицы и поговорки). Moskva, 1961; 1973 (ikinci nəşri).
- Özbək ədəbiyyatı (rus. Узбекская литература). Moskva, 1968; 1976 (ikinci nəşri).
- Türkmən ədəbiyyatı (rus. Туркменская литература). Moskva, 1972.
- Oğuz qəhrəmanlıq dastanı (rus. Огузский героический эпос). Moskva, 1976.
- Əmrah və Selvi, Qaraoğlanın qeyri-adi macəraları və digər türk xalq hekayələri (rus. Эмрах и Сельви, Необыкновенные приключения Караоглана, и другие турецкие народные повести). Moskva, 1979; 1982 (ikinci nəşri).
- Türkmən sovet ədəbiyyatı tarixinə dair oçerk (rus. Очерк истории туркменской советской литературы). Moskva, 1980 (həmmüəlif).
- Orta Asiya, İran və Azərbaycan xalqlarının dastanları arasında əlaqələr (rus. Взаимосвязи эпоса народов Средней Азии, Ирана и Азербайджана). Bakı, 1983.
- Türk aşıq şeiri (rus. Турецкая ашыкская поэзия). Moskva, 1983.
- Quruqli. Tacik xalq dastanı (rus. Гуругли. Таджикский народный эпос). Moskva, 1987 (həmmüəlif).
- Şahsənəm və Qərib, Qasımoğlan və digər türkmən xalq hekayələri (rus. Шасенем и Гарып, Касым-оглан и другие туркменские народные повести). Moskva, 1991.
- Klassik Şərq poeziyası. Antologiya (rus. Классическая восточная поэзия. Антология). Moskva, 1991.
- Sibir və Uzaq Şərq xalqlarının folklor abidələri (rus. Памятники фольклора народов Сибири и Дальнего Востока). Moskva, 1997.
- Şor qəhrəmanlıq əfsanələri (rus. Шорские героические сказания). Moskva, 1998.
- İncildə və Quranda peyğəmbərlər haqqında əfsanələr və rəvayətlər (rus. Легенды и предания о пророках в Библии и Коране). Kazan, 2001.
İstinadlar
| ]- Tofiq Məlikli. "Xalıq Koroğlu: Sağlığında nekroloqunu oxumuş görkəmli alim" (Azərbaycan). edebiyyatqazeti.az. 13 sentyabr 2021 tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Bu meqaledeki melumatlarin yoxlanila bilmesi ucun elave menbelere ehtiyac var Lutfen meqaleye etibarli menbeler elave ederek onu tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Xaliq KorogluXaliq Huseyn oglu KorogluDogum tarixi 24 yanvar 1919 1919 01 24 Dogum yeri Asqabad Asqabad qezasi d Zakaspiysk vilayeti Turkistan Muxtar Sovet Sosialist Respublikasi Sovet Rusiyasi d Vefat tarixi oktyabr 2001 2001 10 82 yasinda Vefat yeri Moskva RusiyaIs yerleri Moskva Dovlet Universitetinin Filologiya fakultesi d Moskva Serqsunasliq InstitutuTehsili Birinci Moskva Dovlet Tibb Universiteti Moskva Dovlet Universitetinin Filologiya fakultesi d Xaliq Huseyn oglu Koroglu 24 yanvar 1919 Asqabad Turkistan Muxtar Sovet Sosialist Respublikasi oktyabr 2001 Moskva Azerbaycan turkoloqu edebiyyatsunasi filologiya elmler doktoru 1969 professor Heyati span Xaliq Koroglu 24 yanvar 1919 cu ilde Asqabadda Cenubi Azerbaycanin Serab seherinden kocmus bir ailede anadan olmusdur O fars dilinde tehsil veren Nizamiyye medresesinde oxumusdur Daha sonra Moskva Tibb Institutuna daxil olmus ve 1946 ci ilde orani bitirmisdir Lakin Xaliq Koroglu demek olar ki hekim kimi fealiyyet gostermemisdir Serqsunas alim olmaq isteyen Xaliq Koroglu azerbaycanca rusca farsca erebce ve turkmenceni mukemmel bilirdi Xaliq Koroglu Tibb Institutunda oxudugu dovrde yeni 1944 1946 ci illerde Moskva Serqsunasliq Institutunda fars dili muellimi kimi ders demisdir O 1947 ci ilde Moskva Dovlet Universitetinin Filologiya fakultesinin qiyabi bolmesine daxil olmus ve 1952 ci ilde hemin universiteti bitirmisdir Emek fealiyyeti span Xaliq Koroglu Tibb Institutunda oxudugu erefede 1944 cu ilden 1947 ci ile kimi Moskva Serqsunasliq Institutunda fars dili muellimi kimi fealiyyet gostermisdir Hemcinin yene tehsilini davam etdirdiyi illerde Moskva Dovlet Universitetinin Serq Dilleri kafedrasinin mudiri vezifesini icra etmisdir O 1958 1971 ci illerde Boyuk Sovet Ensiklopediyasinda Serq edebiyyatlari sektoruna rehberlik etmisdir 1971 1986 ci illerde ise SSRI Elmler Akademiyasi Dunya Edebiyyati Institutunun Folklor sobesinde aparici elmi isci kimi fealiyyet gostermisdir Xaliq Koroglu 1986 ci ilden Moskva Dovlet Universitetinin Filologiya fakultesinin professoru kimi calismisdir Elmi fealiyyeti span Xaliq Koroglu 1955 ci ilde serqsunas Yevgeni Bertelsin elmi rehberliyi ile Xalq dastani Sahsenem ve Qerib movzusunda namizedlik dissertasiyasini mudafie ederek elmler namizedi 1969 cu ilde ise Serqsunasliq Institutunda Oguz qehremanliq eposu Oguzname nin qehremanliq dastanlari movzusunda dissertasiyasini mudafie ederek filologiya elmleri doktoru elmi derecesine layiq gorulmusdur Xaliq Koroglu yaradiciligini butunlukle turk xalqlarinin folklorunu oyrenmeye hesr etmisdir O uzun muddet Kitabi Dede Qorqud dastanin uzerinde calismisdir 1976 ci ilde cap olunan Oguz qehremanliq eposu kitabiyla qorqudsunasligin fundamental eserlerinden birini yaratmisdir Xaliq Koroglu eyni zamanda irandilli xalqlarin dastanlarinin da arasdirmacisi idi Onun 1983 cu ilde Orta Asiya Iran ve Azerbaycan eposlarinin qarsiliqli elaqeleri eseri cap olunmusdur Professor 1954 cu ilden baslayaraq bir muddet Orta Asiya respublikalarinin universitetlerinde muhazireler oxumusdur Daha sonra onun oxudugu hemin bu muhazireler esasinda 1972 ci ilde Turkmen edebiyyati 1976 ci ilde Ozbek edebiyyati adli eserler isiq uzu gormusdur Bunlarla yanasi Xaliq Koroglu 150 den cox meqalenin muellifidir Olumu span Xaliq Koroglu 2001 ci ilin oktyabr ayinda 82 yasinda Moskvada vefat etmisdir Eserleri span Muasir fars nesri rus Sovremennaya persidskaya proza Moskva 1958 Fars atalar sozleri ve meselleri rus Persidskie poslovicy i pogovorki Moskva 1961 1973 ikinci nesri Ozbek edebiyyati rus Uzbekskaya literatura Moskva 1968 1976 ikinci nesri Turkmen edebiyyati rus Turkmenskaya literatura Moskva 1972 Oguz qehremanliq dastani rus Oguzskij geroicheskij epos Moskva 1976 Emrah ve Selvi Qaraoglanin qeyri adi maceralari ve diger turk xalq hekayeleri rus Emrah i Selvi Neobyknovennye priklyucheniya Karaoglana i drugie tureckie narodnye povesti Moskva 1979 1982 ikinci nesri Turkmen sovet edebiyyati tarixine dair ocerk rus Ocherk istorii turkmenskoj sovetskoj literatury Moskva 1980 hemmuelif Orta Asiya Iran ve Azerbaycan xalqlarinin dastanlari arasinda elaqeler rus Vzaimosvyazi eposa narodov Srednej Azii Irana i Azerbajdzhana Baki 1983 Turk asiq seiri rus Tureckaya ashykskaya poeziya Moskva 1983 Quruqli Tacik xalq dastani rus Gurugli Tadzhikskij narodnyj epos Moskva 1987 hemmuelif Sahsenem ve Qerib Qasimoglan ve diger turkmen xalq hekayeleri rus Shasenem i Garyp Kasym oglan i drugie turkmenskie narodnye povesti Moskva 1991 Klassik Serq poeziyasi Antologiya rus Klassicheskaya vostochnaya poeziya Antologiya Moskva 1991 Sibir ve Uzaq Serq xalqlarinin folklor abideleri rus Pamyatniki folklora narodov Sibiri i Dalnego Vostoka Moskva 1997 Sor qehremanliq efsaneleri rus Shorskie geroicheskie skazaniya Moskva 1998 Incilde ve Quranda peygemberler haqqinda efsaneler ve revayetler rus Legendy i predaniya o prorokah v Biblii i Korane Kazan 2001 Istinadlar span Tofiq Melikli Xaliq Koroglu Sagliginda nekroloqunu oxumus gorkemli alim Azerbaycan edebiyyatqazeti az 13 sentyabr 2021 tarixinde arxivlesdirilib Normativ yoxlamaBNF 16286890f CiNii DA07004429 GND 1128928639 ISNI 0000000117843707 LCCN n81078789 NSK 000341243 NTA 117161705 NUKAT n97085867 SUDOC 068259573 VIAF 162830289 WorldCat VIAF 162830289 Kateqoriyalar 24 yanvarda dogulanlar1919 cu ilde dogulanlarAsqabadda dogulanlar2001 ci ilde vefat edenler82 yasinda vefat edenlerMoskvada vefat edenlerI M Secenov adina Birinci Moskva Dovlet Tibb Universitetinin mezunlariMoskva Dovlet Universitetinin Filologiya fakultesinin mezunlariElifba sirasina gore alimlerIran azerbaycanlilariIran azerbaycanlisi alimlerTurkmenistan azerbaycanlilariAzerbaycan alimleriAzerbaycanli alimlerSSRI alimleriAzerbaycan edebiyyatsunaslariAzerbaycanli edebiyyatsunaslarSSRI edebiyyatsunaslariAzerbaycan turkoloqlariAzerbaycanli turkoloqlarAzerbaycan serqsunaslariAzerbaycanli serqsunaslarSSRI serqsunaslariRusiya alimleriRusiya serqsunaslariAzerbaycan tercumecileriAzerbaycanli tercumecilerSSRI tercumecileriRusiya tercumecileriRusiya edebiyyatsunaslariGizli kateqoriya Vikipediya Menbe azligi olan meqaleler
