Xalidə Əliməmmədova
Xalidə Şıxzadə qızı Əliməmmədova (5 mart 1973, Xaçmaz rayonu) — aktrisa.
Xalidə Əliməmmədova | |
---|---|
Xalidə Şıxzadə qızı Əliməmmədova | |
Doğum tarixi | 5 mart 1973 (48 yaş) |
Doğum yeri | Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Həyatı
Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
Teatroqrafiya
1. Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir)
2. Əsgər - («Hamlet», V.Şekspir)
3. Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir)
4. Birinci cadugar - («Maqbet», V.Şekspir)
5. Dorote - («Karmen», P.Merime)
6. Qalina- («Ördək ovu», A.Vampilov)
7. Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai)
8. Erita - («Herostatı unudun», Q.Qorin)
9. Qulluqçu - («Teh end», J.Seminon)
10. Nata xanım - («Nazirin xanımı», V.Nuşiç)
11. Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə)
12. Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə)
13. Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə)
14. Xeyransa - («İntihar», V.Səmədoğlu)
15. Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu)
16. Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu)
17. III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu)
18. Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli)
19. Nənə – («Onun iki qabırğası», Ə.Əmirli)
20. Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli)
21. Hamilə – («İtgin ər», Ə.Əmirli)
22. Ofa – («Kişi və qadın», Ə.Əmirli)
23. Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla)
24. Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla)
25. Ana – («İnək», N.Hikmət)
26. Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli)
27. Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu)
28. Qulluqçu – («Tabut», F.Mustafa)
29. Dəvə quşu – («Qəfəs», F.Mustafa)
30. Qatıq satan – («Vida marşı», F.Mustafa)
31. Məryəm – («Qara qutu», F.Mustafa)
32. Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov)
33. Xavər – («İblis», H.Cavid)
34. Qadın – («Yad qadının məktubları», S.Sveyq)
35. Tibb bacısı – («Dəlilər», M.Əliyev)
36. Aygül – («Vicdanın hökmü», H.Mirələmov)
37. Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə)
38. Kəkilli – («Tık-tık xanım», R.Əlizadə)
39. Bahar – («Keçəlin toyu», R.Əlizadə)
40. Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə)
41. Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq)
42. Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev)
43. Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa)
44. Ana – («Qızıl dağın kralı», N.Orxan)
45. Dovşan – («Bostan müqəvvası», S.Əliyev)
46. Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev)
47. Dayə – («Şelkunçik», E.T.A.Hofman»)
48. Barbel – («Yatmış gözəl» B.Marvin)
49. Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı)
50. Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin)
51. Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov)
52. Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq)
53. Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren)
54. Dayə – («Danışan gəlincik» A.Şaiq)
Filmoqrafiya
- Sirat körpüsü (film, 2007)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Xalidə)
- Sübhün səfiri (film, 2012)
- Muradına çatan Günəş
- Bir ovuc torpaq (2013)
- Fədakar (film, 2015)