Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) - qıfotu cinsinə aid bitki növü.
Otvari qıfotu | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Vinca herbacea | |||||||||||||||
Elmi təsnifat | |||||||||||||||
| |||||||||||||||
Elmi adı | |||||||||||||||
Vinca herbacea | |||||||||||||||
Qısa morfoloji xüsusiyyətləri
Vinca herbacea Waldst. & Kit. (V. semidesertorum Ponert)
Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır.
Yarpaq: Yarpaqları qışda töküləndir, aşağı
yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik,
orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir,
uzunluğu (2) 3-4 sm, eni (5) 10-18
mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları
və damarları kələ-kötürdür, qısa saplaq
üzərindədir.
Çiçək: Çiçəkləri göy-bənövşəyi rəngdə olub,
qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq,
yarpaqlardan uzundur və yaxud onlara
bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir;
onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir.
Meyvə: Meyvəsi 3-4 sm uzunluqdadır,
uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq
hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi
rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Çiçəkləməsi: Aprel
Meyvə verməsi: May-İyul
Azərbaycanda yayılması: BQ (Quba), BQ
şərq, Qob., Abşer., Kür-Araz oval. (nadir
halda), KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.
dağ., Lənk. dağ.
Yaşayış mühiti: Otlu yamaclarda, kolluqlar
arasında, meşə kənarında, rast gəlinir. Dağınıq
haldadır.
Təsərrüfat əhəmiyyəti: Xalq təbabətində
qankəsici, yara sağaldıcı və s vasitə kimi istifadə
olunur. Həmçinin diş ağrısı və ağız boşluğunun
digər xəstəliklərində istifadə olunur.
Mənbə
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016