Aslanov Vaqif Cumay oğlu (5 iyul 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur) — şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri.
Vaqif Aslan | |
---|---|
Vaqif Aslanov Cumay oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu |
Fəaliyyəti | Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri |
Fəaliyyət illəri | 1967-ci illərdən hazırkı dövrə qədər |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | nəzm, nəsr |
Mükafatları |
|
Həyatı
Aslanov Vaqif Cumay oğlu 1950-ci il iyul ayının 5-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində almışdır. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirmişdir.
1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir. 1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında tam ştatda pedaqoji fəaliyyətini davam etdirməkdədir.
1994-cü ildə akademik Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin zəmanətləri ilə Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə namizədliyi irəli sürülmüş, 1995-ci ildən AYB üzvü olmuşdür.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.Poeziyamızın daha bir vaqifi - Vaqif Aslan Bölmə ictimai əsaslarla fəaliyyət göstərir və Respublikamızın şimal-qərb bölgəsini əhatə edir.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.
Yaradıcılığı
Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlanmışdır. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. 1973–1981-ci illər arasında Azərbaycanda keçirilən Rusiya, Belarus, Ukrayna, Özbəkistan ədəbiyyatı və incəsənəti günlərinin (1976-1979-cu illər) Şəki ilə bağlı tədbirlərində həm iştirak, həm də çıxışlar etmişdir.
İlk kitabı “Aydın” poemasıdır. Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir. Vaqif Aslanın “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulmuşdur.
Vaqif Aslan tərçümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazənin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardənin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə etmişdir. O, həmçinin rus dilindən Mustay Kərimin "Ay tutulan gecə" faciəsini, Slavomir Mrojekin "Xoşbəxt hadisə" tragikomediyasının tərcüməsini etmişdir. Hər iki əsər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Vaqif Aslan həm də kinossenarilər müəllifidir. “Odla qol-boyun” qısametrajlı bədii filmi və “Şəki: tarixin naxışları” qısametrajlı sənədli filmi onun senariləri əsasında çəkilmişdir.
Mükafatları
Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatı laureatıdır. 2009-cu il üzrə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi Prezident təqaüdçüsü olmuşdur.
27 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Əsərləri
- Vaqif Aslan. “Aydın” (poema). Bakı, Elm, 1993. 52 səh, tiraj 5000.
- Vaqif Aslan. Səyahətnamə (XVII əsr fransız səyyahı Fan Batist Şardənin “Səyahətnamə”sinin 1711-ci il Amsterdam nəşrinin tərcüməsi). Bakı, Elm, 1994, 124 səh. tiraj 4000.
- Vaqif Aslan. Ruhlarla söhbət (şeirlər və eyni adlı tarixi – fəlsəfi poema). Bakı, Ozan, 1997-ci il. 256 səh. tiraj 500.
- Vaqif Aslan. Oğuz elinə salam. Bakı, Mütərcim, 2000. 148, tiraj 1000.
- Vaqif Aslan. Qanımdan rəng alan gül (lirik şeirlər və dram əsərləri). Bakı, Səda, 2003. 260 səh. tiraj 500.
- Vaqif Aslan. (həmmüəllif Gülçöhrə Məmmədova) Kiş kəndi və onun məbədi. Bakı, “Çaşıoğlu”, 2003. səh 32, tiraj 500.
- Vaqif Aslan. Seçilmiş əsərləri. 4 cilddə. I cild (lirik şeirlər). Bakı, “Uni Print” 2009, səh. 718, tiraj 500.; təkrar nəşri: Bakı, “Təhsil” NPM, 2011. səh 764, tiraj 200.
- Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. II cild (poema və dram əsərləri). Bakı, “Təhsil” NPM, 2009. səh. 350, tiraj 500.
- Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. III cild (fransız və rus dillərindən tərcumələr). Bakı, “Təhsil” NPM, 2010. səh 552, tiraj 500.
- Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. IV cild (məqalələr). Bakı, “Təhsil” NPM, 2010. səh 540, tiraj 500.
- Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, “Nidai şəms”, 2014. səh 120, tiraj 1000.
- Vaqif Aslan. Ədəbi tənqid tarixi (fənn proqramı, həmmüəllif Gülarə Abdullayeva). Bakı, “Müəllim”, 2014.
- Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, Nidayi şəms, 2015. 120 s. tiraj 1000.
- Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Bakı, Renessans, 2015. tiraj 500.
- Vaqif Aslan. Hüseyn xan Müştaq. Bakı, Orxan NPM, 2015. 320 səh. tiraj 200.
- Vaqif Aslan. Hər şey zaman içində. Bakı, Renessans-A, 2016. 160 s. tiraj 200.
- Vaqif Aslan. “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə.
- Vaqif Aslan.Türk xalqları ədəbiyyatı üzrə mühazirələr (dərs vəsaiti). Bakı, Renessans-A, 2019. 488 s. 500 tirajla.
Tərtibçilik
- “Azərbaycan folkloru antologiyası” seriyasından IV kitabı (Şəki folkloru cildi). Bakı, Səda, 2000. 498 səh.
- “Söz, söz,.. söz” almanaxı (Şəkili müəllifləri əhatə edən ilk almanax). Bakı, “Master”, 2006. 288 səh.
Həmçinin bax
- Şəki Ensiklopediyası, Vaqif Aslan 2020-08-12 at the Wayback Machine
- Sevda yolu hər bir yoldan uzundu - Vaqif Aslanın şeirləri 2020-08-14 at the Wayback Machine
- Vaqif Aslan- Şeirlər 2017-04-30 at the Wayback Machine
- Azerbaycan Yazichilar Birliyi Sheki bolmesinin sedri Vaqif Aslan "Bizim Xeber"de
- Şəki sənətkarlar diyarı
- BDU-NUN PROFESSORU FERMAN ISMAYILOV VE SAIR VAQIF ASLAN "GUNE DOGRU"DA
İstinadlar
- "Şaman andı - Vaqif Aslan-70". 2020-03-04 tarixində . İstifadə tarixi: 2020-08-19.
- "Vaqif Aslan: "Dedim, dedi"". 2022-01-20 tarixində . İstifadə tarixi: 2020-08-19.
- Vaqif Aslan yaradıcılığında ictimai və tarixi motivlər
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 379.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aslanov Vaqif Cumay oglu 5 iyul 1950 ci ilde Seki rayonunun Kis kendinde anadan olmusdur sair nasir publisist muellim ve tercumeci Azerbaycan Yazicilar Birliyi Seki bolmesinin sedri Vaqif AslanVaqif Aslanov Cumay ogluDogum tarixi 5 iyul 1950 73 yas Dogum yeri Kis Seki rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili Azerbaycan Pedaqoji Xarici Diller InstitutuFealiyyeti Azerbaycan Yazicilar Birliyi Seki bolmesinin sedriFealiyyet illeri 1967 ci illerden hazirki dovre qederEserlerinin dili Azerbaycan diliIstiqamet nezm nesrMukafatlari Azerbaycan Xalq Cumhuriyyetinin 100 illiyi 1918 2018 yubiley medaliHeyatiAslanov Vaqif Cumay oglu 1950 ci il iyul ayinin 5 de Seki rayonunun Kis kendinde anadan olmusdur Ibtidai tehsilini Kis kend ibtidai 8 illik tehsilini Kis kend sekkizillik 10 illik tehsilini ise qonsu Oxud kend orta mektebinde almisdir 1968 1973 cu illerde Azerbaycan Pedaqoji Xarici Diller Institutunun Fransiz ve Azerbaycan dilleri fakultesini bitirmisdir 1973 1993 cu illerde Sekinin Kis kendindeki orta mektebde oz ixtisasi uzre muellimlik etmisdir 1994 1997 ci illerde Seki Regional Elmi Merkezinde Folklor ve el senetleri laboratoriyasinin rehberi olmusdur 1997 ci ilin sonlarindan AMEA Nizami Gencevi adina Edebiyyat Institutu nezdinde yaradilan Folklor Elmi Medeni Merkezinin 2003 2013 cu illerde ise Folklor Institutunun Seki sektoruna rehberlik etmisdir 1995 ci ilden etibaren saathesabi olaraq ADU nun sonra Azerbaycan Muellimler Institutunun Seki filialinda Azerbaycan edebiyyati tarixi nden o cumleden Turk xalqlari edebiyyati ndan Azerbaycan edebi tenqidinin tarixi nden Musteqillik dovru Azerbaycan edebiyyati ndan ders demisdir Hal hazirda ADPU nun Seki filialinda tam statda pedaqoji fealiyyetini davam etdirmekdedir 1994 cu ilde akademik Bekir Nebiyevin AMEA nin muxbir uzvu Yasar Qarayevin ve AMEA nin muxbir uzvu Tofiq Haciyevin zemanetleri ile Azerbaycan Yazicilar Birliyinin uzvuluyune namizedliyi ireli surulmus 1995 ci ilden AYB uzvu olmusdur 1998 ci ilden Azerbaycan Yazicilar Birliyi Seki bolmesinin sedridir Poeziyamizin daha bir vaqifi Vaqif Aslan Bolme ictimai esaslarla fealiyyet gosterir ve Respublikamizin simal qerb bolgesini ehate edir Ailelidir Bir oglu ve bir qizi vardir YaradiciligiEdebi fealiyyete Vaqif Aslanov Vaqif Cumayoglu imzalari ile gelmisdir 1970 ci illerin ortalarindan Vaqif Aslan texellusu ile taninmaga baslanmisdir Elmi edebi meqaleler muellifidir Fransiz ve rus dillerinden tercumeler edir Ilk metbu seiri 1967 ci ilin may ayinda Sekide cixan Ipekci qezetinde derc edilmisdir 1973 1981 ci iller arasinda Azerbaycanda kecirilen Rusiya Belarus Ukrayna Ozbekistan edebiyyati ve inceseneti gunlerinin 1976 1979 cu iller Seki ile bagli tedbirlerinde hem istirak hem de cixislar etmisdir Ilk kitabi Aydin poemasidir Turkoloq dilci alim ve tedqiqatci Aydin Memmedova hesr edilmis bu kitab 1993 cu ilde nesr edilmisdir Vaqif Aslanin Vaqif Facie Semed Vurgunun Vaqif pyesinin motivleri esasinda yeni traktovkada ve nezmle yazdigi drami Seki Dovlet Dram Teatrinda mart 2016 ve Azerbaycan Dovlet Akademik Musiqili Teatrinda 7 8 iyun 2016 tamasaya qoyulmusdur Vaqif Aslan tercumeleri ile de meshurdur O fransiz dilinden Pol Verlenin seirlerini Ojen Dabinin Tetil hekayesini Erve Bazenin Redd olsun sapkalar hekayesini Jan Batist Sardenin Seyahetname ve Jermen Giyomun XVII esrden XIX esrin evvellerinedek Fransa ve Iran arasindaki bedii mubadilede sefirliklerin rolu eserlerini dilimize tercume etmisdir O hemcinin rus dilinden Mustay Kerimin Ay tutulan gece faciesini Slavomir Mrojekin Xosbext hadise tragikomediyasinin tercumesini etmisdir Her iki eser Seki Dovlet Dram Teatrinda tamasaya qoyulmusdur Vaqif Aslan hem de kinossenariler muellifidir Odla qol boyun qisametrajli bedii filmi ve Seki tarixin naxislari qisametrajli senedli filmi onun senarileri esasinda cekilmisdir MukafatlariAzerbaycan KIV Iscileri Hemkarlar Ittifaqi Reyaset Heyetinin qerari ile Qizil Qelem media mukafati laureatidir 2009 cu il uzre Azerbaycan Yazicilar Birliyinin uzvu kimi Prezident teqaudcusu olmusdur 27 may 2019 cu ilde Azerbaycan Respublikasi Prezidentinin 1205 nomreli serencami ile Azerbaycan Xalq Cumhuriyyetinin 100 illiyi 1918 2018 yubiley medali ile teltif edilmisdir EserleriVaqif Aslan Aydin poema Baki Elm 1993 52 seh tiraj 5000 Vaqif Aslan Seyahetname XVII esr fransiz seyyahi Fan Batist Sardenin Seyahetname sinin 1711 ci il Amsterdam nesrinin tercumesi Baki Elm 1994 124 seh tiraj 4000 Vaqif Aslan Ruhlarla sohbet seirler ve eyni adli tarixi felsefi poema Baki Ozan 1997 ci il 256 seh tiraj 500 Vaqif Aslan Oguz eline salam Baki Mutercim 2000 148 tiraj 1000 Vaqif Aslan Qanimdan reng alan gul lirik seirler ve dram eserleri Baki Seda 2003 260 seh tiraj 500 Vaqif Aslan hemmuellif Gulcohre Memmedova Kis kendi ve onun mebedi Baki Casioglu 2003 seh 32 tiraj 500 Vaqif Aslan Secilmis eserleri 4 cildde I cild lirik seirler Baki Uni Print 2009 seh 718 tiraj 500 tekrar nesri Baki Tehsil NPM 2011 seh 764 tiraj 200 Vaqif Aslan Secilmis eserleri 4 cildde II cild poema ve dram eserleri Baki Tehsil NPM 2009 seh 350 tiraj 500 Vaqif Aslan Secilmis eserleri 4 cildde III cild fransiz ve rus dillerinden tercumeler Baki Tehsil NPM 2010 seh 552 tiraj 500 Vaqif Aslan Secilmis eserleri 4 cildde IV cild meqaleler Baki Tehsil NPM 2010 seh 540 tiraj 500 Vaqif Aslan Bizim dunya adli bir evimiz var Tebriz Nidai sems 2014 seh 120 tiraj 1000 Vaqif Aslan Edebi tenqid tarixi fenn proqrami hemmuellif Gulare Abdullayeva Baki Muellim 2014 Vaqif Aslan Bizim dunya adli bir evimiz var Tebriz Nidayi sems 2015 120 s tiraj 1000 Vaqif Aslan Bizim dunya adli bir evimiz var Baki Renessans 2015 tiraj 500 Vaqif Aslan Huseyn xan Mustaq Baki Orxan NPM 2015 320 seh tiraj 200 Vaqif Aslan Her sey zaman icinde Baki Renessans A 2016 160 s tiraj 200 Vaqif Aslan Vaqif Facie Semed Vurgunun Vaqif pyesinin motivleri esasinda yeni traktovkada ve nezmle Vaqif Aslan Turk xalqlari edebiyyati uzre muhazireler ders vesaiti Baki Renessans A 2019 488 s 500 tirajla Tertibcilik Azerbaycan folkloru antologiyasi seriyasindan IV kitabi Seki folkloru cildi Baki Seda 2000 498 seh Soz soz soz almanaxi Sekili muellifleri ehate eden ilk almanax Baki Master 2006 288 seh Hemcinin baxSeki Ensiklopediyasi Vaqif Aslan 2020 08 12 at the Wayback Machine Sevda yolu her bir yoldan uzundu Vaqif Aslanin seirleri 2020 08 14 at the Wayback Machine Vaqif Aslan Seirler 2017 04 30 at the Wayback Machine Azerbaycan Yazichilar Birliyi Sheki bolmesinin sedri Vaqif Aslan Bizim Xeber de Seki senetkarlar diyari BDU NUN PROFESSORU FERMAN ISMAYILOV VE SAIR VAQIF ASLAN GUNE DOGRU DAIstinadlar Saman andi Vaqif Aslan 70 2020 03 04 tarixinde Istifade tarixi 2020 08 19 Vaqif Aslan Dedim dedi 2022 01 20 tarixinde Istifade tarixi 2020 08 19 Vaqif Aslan yaradiciliginda ictimai ve tarixi motivler Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 320 379