Wikipedia
Ulduzlu gecə (tablo)
Ulduzlu gecə (nid. De sterrennacht) — holland rəssam Vinsent van Qoq tərəfindən 1889-cu ildə yağlı boya ilə çəkilmiş postimpressionizm janrında rəsm əsəri.
Ulduzlu gecə | |
---|---|
nid. De sterrennacht | |
Rəssam | Vinsent van Qoq |
Tarixi | 1889 |
Üslubu | peyzaj |
Texnikası | Kətan, yağlı boya 73,7x92,1 sm |
Ölçüləri | 73,7 ± 0,1 sm × 92,1 ± 0,1 sm |
Saxlanıldığı yer | Nyu-York Müasir İncəsənət Muzeyi |
Saytı | vggallery.com/painting/p… |
İnventar nömrəsi | 472.1941 |
Vikianbarda əlaqəli mediafayllar |
«Ulduzlu gecə» Van Qoqun gecə səmasının təsvirinin ilk cəhdi deyildi. 1888-ci ildə, o, Arlda «Rona üzərində ulduzlu gecə» əsərini çəkmişdi. Rəssam şəkildə Sen-Remi kəndindəki qaldığı sanatoriyada otağından gecə vaxtı yaranan mənzərəni əks etdirmişdir. Vinsent van Qoqun ən məşhur rəsm əsərlərindən biridir və hal-hazırda Nyu-York Müasir İncəsənət Muzeyində saxlanılır.
İstinadlar
- ↑ http://www.moma.org/collection/works/79802
- https://www.moma.org/collection/works/79802