UEFA Çempionlar Liqası 2020/2021
UEFA Çempionlar Liqası 2020/2021 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.
UEFA Çempionlar Liqası 2020/2021 | |
---|---|
| |
Yarış məlumatları | |
Tarix | Təsnifat mərhələləri: 8 avqust – 30 sentyabr 2020 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 20 oktyabr 2020 – 29 may 2021 |
Komanda sayı | 32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Çelsi (2-ci dəfə) |
Finalçı | Mançester Siti |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 366 (oyun başına: 2.93) |
Tamaşaçı sayı | 180049 (oyun başına: 1440) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Erlinq Braut Haland (10 qol) |
Ən yaxşı oyunçu |
|
← 2019–20 2021–22 → |
Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.
Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi. İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.
Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.
Qatılacaq klubların müəyyənləşməsi
2020–21 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:
- 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
- 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub.
- 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda.
- 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
- Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası çempionu.
Ölkə sıralaması
Ölkələrin toplam xalları 2014–15-ci il mövsümündən 2018–19-cu illər mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.
|
|
|
Klubların bölgüsü
Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.
Bu turda mübarizəyə başlayacaq klubların sayı | Bir öncəki turdan gələn klubların sayı | ||
---|---|---|---|
İlkin mərhələ (4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır) |
| ||
Birinci təsnifat mərhələsi (34 klub) |
|
| |
İkinci təsnifat mərhələsi | Çempionlar (20 klub) |
|
|
Çempion olmayan (6 klub) |
| ||
Üçüncü təsnifat mərhələsi | Çempionlar (10 klub) |
| |
Çempion olmayan (6 klub) |
|
| |
Play-off turu | Çempionlar (8 klub) |
|
|
Çempion olmayan (4 klub) |
|
| |
Qrup mərhələsi (32 klub) |
|
| |
1/8 Final (16 klub) |
|
Komandalar
Turnirin təqvimi
Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.) Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı. Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.
Bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Play-off turu isə cüt ayaqlı olacaq. Qrup mərhələsindəki tək-tük oyunları və turnirin finalını çıxsaq bütün matçlar tamaşaçısız oynandı.
Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişilməsinə qərar verdi.
Mərhələ | Tur | Püşk tarixi | Birinci oyun | İkinci oyun |
---|---|---|---|---|
Təsnifat mərhələləri | İlkin mərhələ | 17 iyul 2020 | 8 avqust 2020 (yarı final turu) | 11 avqust 2020 (final matçı) |
Birinci təsnifat mərhələsi | 9 avqust 2020 | 18–19 avqust 2020 | ||
İkinci təsnifat mərhələsi | 10 avqust 2020 | 25–26 avqust 2020 | ||
Üçüncü təsnifat mərhələsi | 31 avqust 2020 | 15–16 sentyabr 2020 | ||
Play-off | Play-off turu | 1 sentyabr 2020 | 22–23 sentyabr 2020 | 29–30 sentyabr 2020 |
Qrup mərhələsi | 1. oyunlar | 1 oktyabr 2020 | 20–21 oktyabr 2020 | |
2. oyunlar | 27–28 oktyabr 2020 | |||
3. oyunlar | 3–4 noyabr 2020 | |||
4. oyunlar | 24–25 noyabr 2020 | |||
5. oyunlar | 1–2 dekabr 2020 | |||
6. oyunlar | 8–9 dekabr 2020 | |||
Finala doğru gedilən mərhələlər | 1/8 Final | 14 dekabr 2020 | 16–17 & 23–24 fevral 2021 | 9–10 & 16–17 mart 2021 |
1/4 Final | 19 mart 2021 | 6–7 aprel 2021 | 13–14 aprel 2021 | |
Yarı Finallar | 27–28 aprel 2021 | 4–5 may 2021 | ||
Final | 29 May 2021, Draqao Stadionu, Portu |
COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar təsnifat mərhələsi və play-off turunda keçiriləcək matçlara tətbiq edilir:
- Hər püşk atılmazdan öncə UEFA səyahət məhdudiyyətləriylə bağlı məqalə dərc edir. Bütün klublar UEFA-nı öz ölkələrindəki dərc edilmiş məqalədən savayı digər məhdudlaşdırılmalarla bağlı mütləq məlumatlandırmalıdır. Hər hansısa komanda bu qaydaya riayət etməzsə və bunun nəticəsində matç oynanmazsa həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır.
- Əgər ev sahibi klubun təmsil etdiyi ölkə rəqib komandanın oraya gəlməsinə qadağa qoyursa, həmin klub hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan təklif etməlidir. Əksi təqdirdə onlar avtomatik məğlub sayılır və turnirdən uzaqlaşdırılırlar.
- Əgər səfərdə oynayacaq klubun ölkədən çıxışına qadağa varsa, ev sahibi komanda hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan önərməlidir. Əksi təqdirdə UEFA bunla bağlı bir qərar verəcəkdir.
- Əgər püşkdən sonra ev sahibi və ya səfərə çıxan klubun təmsil etdiyi ölkə yeni bir məhdudiyyət tətbiq etsə, həmin ölkənin komandası avtomatik məğlub sayılır.
- Əgər hər hansısa komanda matçı oynamağa razı deyilsə, həmin klub avtomatik məğlub sayılır. Və yaxud əgər iki komanda da matçın oynanmasına razı deyilsə, onda hər iki komanda da diskalifikasiya edilir.
- Rəqiblər öz aralarında matçın neytral stadionda oynanmasına qərar verə bilərlər, lakin sonda bunu UEFA təsdiqləməlidir. Ümumiyyətlə, UEFA bütün matçların oynanacağı məkanı dəyişdirmək və gərək varsa təxirə salmaq hüququna malikdir.
Dörd ölkənin (Macarıstan, Yunanıstan, Polşa və Kipr) heç bir məhdudiyyətsiz matçın oynanması üçün neytral stadionlar təmin etmə imkanı var.
İlkin mərhələ
Bu mərhələnin püşkü 17 iyun 2020-ci ildə atıldı. Yarı final matçları 8 avqustda İsveçrənin Nyon şəhərindəki Kolovrey Stadionunda oynandı. Final matçı 11 avqustda oynanmalı idi, lakin "Drita" klubunda iki oyunçunun koronavirus testinin pozitiv çıxması səbəbindən matç keçirilmir. Nəticədə, "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəlir.
Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
- "Drita" ilə "Linfild" futbolçuları arasında 11 avqust 2020-ci ildə final matçı oynanmalı idi, lakin "Drita"dan 2 futbolçunun koronavirus testi müsbət çıxdığından bütün klub heyəti İsveçrəlilər tərəfindən karantinə alınıb və matç oynanmayıb. Nəticədə "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.
Təsnifat mərhələləri
Birinci təsnifat mərhələsi
Birinci təsnifat mərhələsinin püşkü 9 avqust 2020-ci ildə atıldı. Matçlar 18-19 avqust tarixlərində oynandı. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.
Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Ferençvaroş | 2–0 | Yurqorden |
Seltik | 6–0 | KR |
Legiya Varşava | 1–0 | Linfild |
Şerif Tiraspol | 2–0 | Fola Eş |
Konnahs Key Nomeds | 0–2 | Sarayevo |
Srvena Zvezda | 5–0 | Avropa |
Buduçnost Podqoritsa | 1–3 | Ludoqorets Razqrad |
Ararat-Armeniya | 0–1 (ə.v) | Omoniya Nikosiya |
Floriana | 0–2 | ÇFR Kluj |
Makkabi Tel-Əviv | 2–0 | Riqa |
Qarabağ | 4–0 | Sileks |
Dinamo Tbilisi | 0–2 | Tirana |
Dinamo Brest | 6–3 | Astana |
Molde | 5–0 | KuPS |
Flora Tallin | 1–1 (ə.v) (2–4 pen.) | Süduva Maryampol |
Çelye | 3–0 | Dandolk |
Kİ Klaksvik | 3–0 (tex.) | Slovan Bratislava |
- "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında 19 avqustda keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir işçinin koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb və matç 21 avqusta təxirə salınıb. Yenidən Slovakiya təmsilçisinin bütün oyunçularından koronavirus testi götürülüb, analiz edilib və onlardan birinin testi müsbət çıxıb. Bu səbəbdən matç baş tutmatıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.
İkinci təsnifat mərhələsi
İkinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atılıb. Matçlar 25-26 avqustda oynanılıb. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
ÇFR Kluj | 2–2 (ə.v) (5–6 pen.) | Dinamo Zaqreb |
Yanq Boys | 3–1 | Kİ Klaksvik |
Seltik | 1–2 | Ferençvaroş |
Süduva Maryampol | 0–3 | Makkabi Tel-Əviv |
Legiya Varşava | 0–2 (ə.v) | Omoniya Nikosiya |
Çelye | 1–2 | Molde |
Ludoqorets Razqrad | 0–1 | Midtyulənd |
Dinamo Brest | 2–1 | Sarayevo |
Qarabağ | 2–1 | Şerif Tiraspol |
Tirana | 0–1 | Srvena Zvezda |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
AZ | 3–1 (ə.v) | Viktoriya Plzen |
PAOK | 3–1 | Beşiktaş |
Lokomotiva Zaqreb | 0–1 | Rapid Vyana |
31 avqust 2020-ci ildə üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan dərhal sonra əlavə xüsusi bir püşk atıldı. Bu püşk ikinci təsnifat mərhələsində mübarizəni dayandıran 10 klubdan 2-sini Avroliqanın play-off turuna birbaşa vəsiqə qazandıracaqdı. Həmin püşkün nəticəsinə görə "Tirana" və "Ludoqorets Razqrad" klubları bu şansa nail oldular.
Üçüncü təsnifat mərhələsi
Üçüncü təsnifat mərhələsinin püşkü 31 avqust 2020-ci ildə atılıb. Matçlar 15-16 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Ferençvaroş | 2–1 | Dinamo Zaqreb |
Qarabağ | 0–0 (ə.v) (5–6 pen.) | Molde |
Omoniya Nikosiya | 1–1 (ə.v) (4–2 pen.) | Srvena Zvezda |
Midtyulənd | 3–0 | Yanq Boys |
Makkabi Tel-Əviv | 1–0 | Dinamo Brest |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
PAOK | 2–1 | Benfika |
Dinamo Kiyev | 2–0 | AZ Alkmaar |
Gent | 2–1 | Rapid Vyana |
Play-off turu
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.
Play-off turunun püşkü 1 sentyabr 2020-ci ildə atıldı. İlk matçlar 22-23, ikinci matçlar isə 29-30 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə etdilər.
Klubların sinifləndirilməsi
Çempionlar | Qeyri-çempionlar | ||
---|---|---|---|
Səpələnmişlər | Səpələnməmişlər | Səpələnmişlər | Səpələnməmişlər |
|
Oyunlar
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Slaviya Praqa | 1–4 | Midtyulənd | 0–0 | 1–4 |
Makkabi Tel-Əviv | 2–5 | Red Bull Salzburq | 1–2 | 1–3 |
Olimpiakos | 2–0 | Omoniya Nikosiya | 2–0 | 0–0 |
Molde | 3–3 (SQ) | Ferençvaroş | 3–3 | 0–0 |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Krasnodar | 4–2 | PAOK | 2–1 | 2–1 |
Gent | 1–5 | Dinamo Kiyev | 1–2 | 0–3 |
Qrup mərhələsi
Qrup mərhələsinin püşkü 1 oktyabrda Cenevrədə RTS kanalının studiyasında atıldı. Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:
- 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2019-cu ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
- 2, 3 və 4-cü səbətlərdə klublar 2020-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.
Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.
Matçlar 2020-ci ilin 20–21 oktyabr, 27–28 oktyabr, 3–4 noyabr, 24–25 noyabr, 1–2 dekabr və 8–9 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.
14 fərqli ölkənin komandası burada iştirak edir. 26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Krasnodar", "Midtyulənd", "İstanbul Başakşehir" və "Renn" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, Çempionlar Liqası tarixində ilk dəfədir ki, üç rus klubu bu mərhələdə oynama hüququ qazanıb.
Səbətlər
|
|
|
|
Qruplar
Rəng |
---|
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər |
2020–21 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər |
Mübarizəni dayandıranlar |
A qrupu
|
B qrupu
|
C qrupu
|
Qeydlər:
- 1, 2^ Qarşı-qarşıya matçlarda vurulan səfər qolları: Olimpiakos 1, Marsel 0.
D qrupu
E qrupu
F qrupu
|
G qrupu
|
H qrupu
|
Qrup üçüncüləri
Qruplarını üçüncü yerdə başa vuran komandalar 2020–21-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.
Sıra | Qr | Komanda | O | Q | H | U | QT | QF | Xal | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | H | Ayaks | 6 | 3 | 1 | 2 | 12 | 6 | +6 | 10 | Səpələnmişlər |
2 | E | Red Bull Salzburq | 6 | 2 | 1 | 3 | 16 | 13 | +3 | 7 | |
3 | F | İnter | 6 | 2 | 1 | 3 | 10 | 9 | +1 | 7 | |
4 | G | Benfika | 6 | 2 | 1 | 3 | 10 | 11 | −1 | 7 | |
5 | D | Bayer Leverkuzen | 6 | 2 | 0 | 4 | 5 | 9 | −4 | 6 | Səpələnməmişlər |
6 | C | Şaxtyor Donetsk | 6 | 1 | 3 | 2 | 8 | 13 | −5 | 6 | |
7 | B | Olimpiakos | 6 | 1 | 1 | 4 | 8 | 14 | −6 | 4 | |
8 | A | Brügge | 6 | 0 | 3 | 3 | 4 | 12 | −8 | 3 |
Təsnifat qaydaları: 1) Xal; 2) Qol fərqi; 3) Atılan qollar; 4) Səfər qolları; 5) Qalibiyyət; 6) Səfər qələbələri; 7) İntizam xalı; 8) UEFA reytinq xalı (UÇL Tənzimləmələr Məqaləsi 16.04).
Finala doğru gedilən mərhələlər
Klublar
Rəng |
---|
Səpələnmiş klublar |
Səpələnməmiş klublar |
Qrup | Qrup birincisi | Qrup ikincisi |
---|---|---|
A | Bayern Münhen | Atletiko Madrid |
B | Real Madrid | Borussiya Münhenqladbax |
C | Mançester Siti | Porto |
D | Liverpul | Atalanta |
E | Çelsi | Sevilya |
F | Borussiya Dortmund | Latsio |
G | Yuventus | Barselona |
H | Paris Seyn-Jermen | RB Leypsiq |