UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992-1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).
Açılış ili | 1955 |
---|---|
Komandaların sayı | 32 (qrup mərhələsi) 78 və ya 79 (toplam) |
Son çempion | Real Madrid |
Ən uğurlu klub | Real Madrid |
TV yayımçıları | CBC Sport |
Cari mövsüm | |
← 2021–22 2022–23 → |
UEFA Çempionlar Liqası Azərbaycanda 2000-2009-cu illər arasında ANS-də yayınlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı. 2012–2018-ci illərdə AzTV və İdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə çempionatın CBC Sport tərəfindən yayımlanacağı kanal tərəfindən ictimaiyyətə elan olundu.
Tarixi
UEFA Çempionlar Kuboku XX əsrin ikinci yarısında UEFA tərəfindən Avropada keçirilmiş ən nüfuzlu klub turniri idi. İlk turnir 1955/1956 mövsümündə, sonuncu turnir isə 1991/1992 mövsümündə keçirilmişdir. 1992/1993 mövsümündə turnirin adı və formatı dəyişdirilərək UEFA Çempionlar Liqası ilə əvəz edilmişdir.
Mükafatlar
Kubok və medallar
Hər il qalib komandaya Avropa Çempionlar kuboku təqdim edilir. Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ayaks, Bayern Münxen, Milan, Liverpul və Barselona əldə edib. Hazırki kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır. Bu kubok 1966-ci ildə Bern zərgəri olan Jorq Stadelman tərəfindən hazırlanmışdır. 2012-2013-cü ildən etibarən Çempionlar Liqasının qabili olmuş komandaya 40 qızıl medal, finalda məğlub olmuş komandaya isə 40 gümüş medal təqdim edilir.
Pul mükafatları
2015-16-ci ildən etibarən UEFA tərəfindən pley-off mərhələsində qalib gələn komandaya 2 milyon, məğlub olan komandaya isə 3 milyon avro mükafat təyin edilmişdir. Qrup mərhələsinə çıxış 12 milyon avro, qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə 1.5 milyon, heç-heçəyə görə isə 500 000 avro pul mükafatı mövcuddur. Bundan əlavə, qrup mərhələsini adlamış komandaya 5.5 milyon, 1/4 finala çıxmış komandaya 6 milyon, yarımfinala çıxmış komandaya 7 milyon, finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.
- Birinci təsnifat mərhələsi: €200,000
- İkinci təsnifat mərhələsi: €300,000
- Üçüncü təsnifat mərhələsi: €400,000
- Pley-offda məğlub olma: €3,000,000
- Pley-offda qalib olma: €2,000,000
- Qrup mərhələsinə çıxış: €12,000,000
- qrup mərhələsində qazanılmış qələbə: €1,500,000
- qrup mərhələsində əldə edilmiş heç-heçə: €500,000
- 1/8 final: €5,500,000
- 1/4 final: €6,000,000
- 1/2 final: €7,000,000
- Finalda məğlub olma: €10,500,000
- Finalda qələbə: €15,000,000
Turnirin statistikası
Ən çox qalib gələn klublar
Klub | Qalib | Finalçı | Qələb gəldiyi illər | 2-ci yer tutduğu illər |
---|---|---|---|---|
Real Madrid | 14 | 3 | 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022 | 1962, 1964, 1981 |
Milan | 7 | 4 | 1963, 1969, 1989, 1990, 1994, 2003, 2007 | 1958, 1993, 1995,2005 |
Liverpul | 6 | 3 | 1977, 1978, 1981, 1984, 2005, 2019 | 1985, 2007, 2022 |
Bayern Münhen | 6 | 5 | 1974, 1975, 1976, 2001, 2013, 2020 | 1982, 1987, 1999, 2010, 2012 |
Barselona | 5 | 3 | 1992, 2006, 2009, 2011, 2015 | 1961, 1986, 1994 |
Ayaks | 4 | 2 | 1971, 1972, 1973, 1995 | 1969, 1996 |
Inter Milan | 3 | 2 | 1964, 1965, 2010 | 1967, 1972 |
Mançester Yunayted | 3 | 2 | 1968, 1999, 2008 | 2009, 2011 |
Yuventus | 2 | 7 | 1985, 1996 | 1973, 1983, 1997,1998, 2003, 2015, 2017 |
Benfika | 2 | 5 | 1961, 1962 | 1963, 1965, 1968,1988, 1990 |
Nottingem Forest | 2 | 0 | 1979, 1980 | - |
Porto | 2 | 0 | 1987, 2004 | - |
Seltik | 1 | 1 | 1967 | 1970 |
Hamburq | 1 | 1 | 1983 | 1980 |
Styaua Buxarest | 1 | 1 | 1986 | 1989 |
Olimpik Marsel | 1 | 1 | 1993 | 1991 |
Dortmund | 1 | 1 | 1997 | 2013 |
Çelsi | 2 | 1 | 2012,2021 | 2008 |
Feyenoord | 1 | 0 | 1970 | - |
Aston Villa FK | 1 | 0 | 1982 | - |
PSV Eyndhoven | 1 | 0 | 1988 | - |
Srvena Zvezda Belqrad | 1 | 0 | 1991 | - |
Reyms | 0 | 2 | - | 1956, 1959 |
Atletiko Madrid | 0 | 2 | - | 1974, 2014 |
Valensia | 0 | 2 | - | 2000, 2001 |
Fiorentina | 0 | 1 | - | 1957 |
Ayntraxt Frankfurt | 0 | 1 | - | 1960 |
Partizan Belqrad | 0 | 1 | - | 1966 |
Panatinaykos | 0 | 1 | - | 1971 |
Lids Yunayted | 0 | 1 | - | 1975 |
Seint Etyen | 0 | 1 | - | 1976 |
Borussiya Münhenqlaudbax | 0 | 1 | - | 1977 |
Brügge | 0 | 1 | - | 1978 |
Malmö FF | 0 | 1 | - | 1979 |
Roma | 0 | 1 | - | 1984 |
Sampdoriya | 0 | 1 | - | 1992 |
Bayer Leverkuzen | 0 | 1 | - | 2002 |
AS Monako | 0 | 1 | - | 2004 |
Arsenal | 0 | 1 | - | 2006 |
Tottenhem | 0 | 1 | - | 2019 |
Paris Sen-Jermen | 0 | 1 | - | 2020 |
Ən böyük hesablı qələbələr:
- Real Madrid - Malmö - 8:0
- Liverpul - Beşiktaş – 8:0
- Real Madrid - Genk - 7 : 0
- Arsenal - Slaviya Praqa – 7:0
- Yuventus - Olimpiakos – 7:0
Ən çox qol vuran futbolçular:
Qeyd:Statistik göstəricilər 2021-ci ilin aprel ayına qədər qeydə alınan nəticədir
Oyunçu | Ölkə | Qol sayı | Oyun sayı | Əmsal | İllər | Klub | |
1 | Kriştiano Ronaldo | Portuqaliya | 134 | 176 | 0.76 | 2003- | Real Madrid,Mançester Yunayted Yuventus FK |
2 | Lionel Messi | Argentina | 120 | 149 | 0.81 | 2005- | Barselona |
3 | Robert Levandovski | Polşa | 77 | 96 | 0.5 | 2011- | Borussia Dortmund FK, Bayern Münhen FK |
4 | Raul | İspaniya | 71 | 142 | 0.5 | 1995-2011 | Real Madrid, Şalke 04 |
5 | Kərim Benzema | Fransa | 70 | 128 | 0.5 | 2006- | Real Madrid, Lyon FK |
6 | Ruud van Nistelroy | Niderland | 56 | 73 | 0.77 | 1998-2009 | PSV, Mançester Yunayted, Real Madrid |
7 | Tyerri Anri | Fransa | 50 | 112 | 0.45 | 1997-2010 | AS Monako, Arsenal, Barselona |
8 | Alfredo Di Stefano | İtaliya | 49 | 58 | 0.84 | 1955-1964 | Real Madrid |
9 | Andrey Şevçenko | Ukrayna | 48 | 100 | 0.48 | 1994-2015 | Dinamo Kiyev, Milan, Çelsi |
Zlatan İbrahimoviç | İsveç | 48 | 120 | 0.40 | 2001- | PSJ FK, Milan FK, Barselona FK, İnter Milan FK, Yuventus FK, Ayaks FK | |
Tomas Müller | Almaniya | 48 | 124 | 0.39 | 2008- | Bayern Münhen FK | |
10 | Eysebio | Portuqaliya | 46 | 65 | 0.71 | 1961-1974 | Benfika |
Filippo İnziagi | İtaliya | 46 | 81 | 0.57 | 1997-2012 | Yuventus FK, Milan FK | |
11 | Didier Droqba | Kotdivuar | 44 | 92 | 0.48 | 2003-2015 | Olimpik Marsel FK, Çelsi FK, Qalatsaray FK |
12 | Alessandro Del Piero | İtaliya | 42 | 89 | 0.47 | 1995-2009 | Yuventus FK |
13 | Neymar | Braziliya | 41 | 67 | 0.61 | 2013- | Barselona FK, PSJ FK |
Serxio Aqüero | Argentina | 41 | 76 | 0.54 | 2008- | Atletiko Madrid FK, Mançester Siti FK | |
14 | Ferenc Puşkaş | Macarıstan | 36 | 41 | 0.88 | 1956-1966 | Budapeşt Honevd FK, Real Madrid FK |
15 | Edinson Kavani | Uruqvay | 35 | 65 | 0.54 | 2011- | Napoli FK, PSJ FK |
Ən çox oyun keçirən futbolçular
Oyunçu | Ölkə | Oyun sayı | Qollar | Qol əmsalı | Avropada debütü | Klub | |
1 | Xavi Hernandez | İspaniya | 150 | 12 | 0.08 | 1998 | Barselona |
2 | İker Kassilyas | İspaniya | 150 | 0 | 0.00 | 1999 | Real Madrid |
3 | Raul Qonzales | İspaniya | 142 | 71 | 0.50 | 1995 | Real Madrid, Şalke 04 |
4 | Rayan Giqz | Uels | 141 | 29 | 0.20 | 1993 | Mançester Yunayted |
5 | Klarenz Sedolf | Niderland | 125 | 12 | 0.09 | 1992 | Ayaks, Real Madrid, Milan, İnter Milan |
6 | Pol Skoulz | İngiltərə | 124 | 25 | 0.20 | 1994 | Mançester Yunayted |
7 | Roberto Karlos | Braziliya | 120 | 17 | 0.14 | 1996 | İnter Milan, Real Madrid, Fənərbaxça |
8 | Kristiano Ronaldo | Portuqaliya | 115 | 77 | 0.67 | 2003 | Mançester Yunayted, Real Madrid |
9 | Karles Puyol | İspaniya | 115 | 2 | 0.17 | 1999 | Barselona |
10 | Tyerri Anri | Fransa | 112 | 51 | 0.45 | 1993 | As Monako, Barselona, Arsenal |
Ən tez qol vuran futbolçu:
- Roy Makay ( Bayern Münhen) - 2006-cı il martın 7-də Real Madrid ilə oyunun 10.03-cü saniyəsində fərqlənib.
1 mövsümdə ən çox qol vuran futbolçu:
- Kriştiano Ronaldo ( Real Madrid) – 2013/2014-cü il mövsümü - 16 qol.
1 oyunda 4 qol vuran futbolçular:
- Marko van Basten
- Filippo İnzagi
- Dado Prşo
- Rud van Nistelroy
- Andrey Şevçenko
- Robert Levandovski
- Zlatan İbrahimoviç
Ən sürətli het-trik:
Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.
Qol vuran ən gənc futbolçu:
Peter Ofirikuaye – 17 yaş 195 günlükdə 1 oktyabr 1997-cü ildə “Rusenborq” – Olimpiakos oyununda fərqlənib.
3 fərqli klubda 4 kubok qazanan futbolçu:
Klarens Zeedorf 1995-ci ildə “Ayaks”da, 1998-ci ildə "Real"da, 2003-cü və 2007-ci illərdə “Milan”da
Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:
Ən gənc məşqçi - Xose Villalonqa 1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid "Real"ına kubok qazandırıb.
Ən qoca məşqçi – Raymond Qotals 1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.
Uzatma dəqiqələri oynanılan finallar:
- 53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub.
Ardıcıl iki oyunda het-trik:
- Luis Ardiano (Şaxtyor Donetsk) 2014/15-ci il mövsümündə BATE Borisov komandasına qarşı.
İstinadlar
- CBC Sport. . 7 avqust 2018. 2019-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2018.