Tofiq Bəhramovun heykəli (Bakı)
Tofiq Bəhramovun heykəli — Tofiq Bəhramov adına Respublika Stadionunun yanında yerləşən Azərbaycan təlim-məşq mərkəzinin binasının qarşısında yerləşən azərbaycanlı sovet futbol hakimi Tofiq Bəhramovun şərəfinə ucaldılmış abidə. Abidənin müəllifi heykəltəraş Məmmədnicat Salahovdur.. Bu dünyada futbol hakiminə ucaldılmış ilk abidədir.
Tofiq Bəhramovun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltəraş | Məmmədnicat Salahov |
Tarixi | 13 oktyabr 2004 |
40°23′54″ şm. e. 49°51′14″ ş. u. |
Tarixi
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun sözlərinə görə 2004-cü ilin may ayının sonlarında Tofiq Bəhramovun heykəlinin yaradılması üçün keçirilmiş müsabiqə bitmişdir. 12 layihə arasından Məmmədnicat Salahovun layihəsi seçilmişdir. Bu layihəyə görə Məmmədnicat Salahov 5 milyon manat mükafat almışdır.
Heykəl 2004-cü il oktyabrın 13-də, Tofiq Bəhramov adına stadionun qarşısında, 2006-cı il Dünya kubokunun seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə Azərbaycan yığmasının görüşündən əvvəl açılmışdır. Açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyev, gənclər və idman naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını İlham Əliyevin adından təbrik etdi.
Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst iştirak etmişdir. Açılış mərasimində FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platinidə iştirak edib. Tədbirin sonunda Blatter Tofiq Bəhramov abidəsinə çələng qoydu.
İstinadlar
- "В Баку открыт памятник Тофику Бахрамову". 14 октября 2004.
- "Ветераны английского и немецкого футбола почтили память азербайджанского арбитра". 6 июня 2011.
- "Азербайджан-Англия: футбольная дуэль". Toğrul Bağırov. 13 oktyabr 2004.
- ↑ "В Баку открыт памятник Тофику Бахрамову". Day.az. 14 оktyabr 2004.
- ↑ "Легенда в черном". Anna Demçenko. 26 sentyabr 2013.