Tatyana Nikitina
Tatyana Nikitina — Rus əsilli Azərbaycanlı sinxron üzgüçü. Azərbaycanı 2015-ci ildə Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi.
Tatyana Nikitina | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Tatyana Nikitina |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Yekaterinburq, Rusiya |
Boyu | 169 sm. |
Çəkisi | 53 kq. |
İdman növü | Sinxron üzgüçülük |
12 may 2016 tarixində yenilənib. |
Həyatı və karyerası
Tatyana Nikitina 5 yanvar 2000-ci ildə Rusiyanın Yekaterinburq şəhərində anadan olmuşdur. Tatyana Nikitina 2012-ci ildən idman ilə məşğul olur.
Tatyana Nikitina 2013, 2014 və 2015-ci illərdə Ural Federal Kubokunda qızıl medal qazandı. Tatyana Nikitina həmçinin 2014-cü ildə Yekaterina Valiulina ilə birgə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan Açıq Çempionatda qızıl medal qazanıb. Tatyana Nikitina 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. O duet yarışlarında Yekaterina Valiulina ilə birgə təsnifat mərhələsində 71.4333 xal topladı və 20 ölkə arasında 18-ci yeri tutaraq I Avropa Oyunlarında mübarizəni başa vurdu.
Xarici keçidlər
- Tatyana NİKİTİNA - 2015 Avropa Oyunları[ölü keçid]