Sücəddin Quliyev
Sücəddin Mirzəbaba oğlu Quliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, aparıcı elmi işçi.
Sücəddin Quliyev | |
---|---|
Sücəddin Mirzəbaba oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Nərimanovka, Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | zoologiya, teriologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | aparıcı elmi işçi |
İş yeri | AMEA Zoologiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | Təbiətin qorunmasında fəal iştirakına görə Xatirə medalı (Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Rəyasət Heyəti tərəfindən, 1985), Azərbaycanda Zoologiya elminin inkişafında xüsusi xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, AMEA Biologiya Elmləri bölməsinin MEA-nın 60 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunub |
Həyatı
Sücəddin Mirzəbaba oğlu Quliyev 1948-ci ildə Puşkin rayonunun (indiki Biləsuvar) Nərimanovka kəndində anadan olmuşdur. Atası Mirzəbaba İbiqulu oğlu Quliyev kolxozçu, anası Fərəhnisə Məcid qızı Quliyeva isə evdar qadın olmuşdur. Sücəddin Quliyev 1965-ci ildə Nərimanovka kəndində kəndli-gənclər məktəbini (gecə məktəbini), 1971-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsini bitirmişdir. 1971-ci ildə AMEA Zoologiya İnstitutunun Teriologiya laboratoriyasında aspirant olmuş, 1981-ci ildə Moskvada Ümumittifaq Təbiəti Mühafizə və Qoruq İşləri İnstitutunda “Azərbaycanda bezoar keçi və dağıstan turu” mövzusunda namizədlik, 2015-ci ildə isə “Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və səmərəli istifadəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
Aspiranturanı bitirdikdən sonra (1974) AMEA Zoologiya İnstitutunun Teriologiya laboratoriyasında baş laborant, kiçik elmi işçi (1976), baş elmi işçi (1986), 2005-ci ildən “Quru onurğalıları” şöbəsinin müdiri vəzifəsini icra edib. S.M. Quliyev 2001-ci ilə qədər Azərbaycan və keçmiş post Sovet məkanına daxil olan ölkələrdə keçirilmiş elmi konfrans, konqres və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. O, 1998-ci ildə Almaniyanın Berlin, 1999-cu ildə Yena şəhərlərində “Azərbaycanın nadir növ məməliləri” mövzusunda məruzəsi ilə təmsil olunmuşdur. Onun əsərlərində cütdırnaqlıların populyasiyalarında mövcud olan bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. S.M. Quliyev vəhşi cütdırnaqlıları öyrənən mütəxəssisdir və keçmiş post Sovet məkanında tanınmış və yaxşı qiymətləndirilən alimdir. O, bu dəstəyə mənsub olan vəhşi cütdırnaqlı növlərin (Sus scrofa, Capreolus capreolus, Cervus elaphus, Gazella subgutturosa, Ruricarpa rupicarpa, Carpa aegagrus, C. cylindricornis, Ovis orientalis) tarixən ov obyekti və digər məişət məmulatları kimi həmişə insanların diqqətini cəlb etməsi və bu səbəbdən də ciddi antropogen təsirlərə məruz qalmasını qeyd etmişdir. S.M. Quliyev ayrı-ayrı təbii vilayətlərdə cütdırnaqlıların müasir yaşayış yerlərini, populyasiyaların quruluşunu və tərkibini, illik artımını, 1-2 yaşa qədər ölüm faizini müəyyən etmiş, mövcud ərazilərdə heyvanların say proqnozunu verməklə gələcəkdə istifadə həcmini dəqiqləşdirmişdir. Azərbaycanda ilk dəfə olaraq vilayətlərdə populyasiyaların quruluşu və tərkibi, fəsillərlə əlaqədar yaşa və cinsiyyətə görə qruplaşmaları müqayisəli şəkildə öyrənilmişdir. Yeniliklərdən biri də çox mühüm əhəmiyyət kəsb edən və Azərbaycanda ilk dəfə olaraq ceyranların keçmiş tarixi areallarına reintroduksiya edilməsidir. S.M.Quliyev tərəfimizdən hazırlanmış yeni metodun modeli tətbiq üçün təklif edilmişdir. «Nadir və azsaylı cütdırnaqlıların yarımsərbəst şəraitdə çoxaldılması» adlanan yeni metoddur (Quliyev, Əsgərov, 2011 a). Digər mühüm əhəmiyyət kəsb edən, vəhşi cütdırnaqlı heyvanların öyrənilmə tarixində ilk dəfə olaraq tərəfimizdən «İri məməli heyvanların say proqnozu» metodu hazırlanmışdır (Quliyev, 2014). İlk dəfə olaraq müəllif tərəfindən 3 qanunauyğunluq aşkar edilmişdir:
- Populyasiyalarda balavermə və qısırlıq faizinin yaşlı fərdlərin miqdarından asılı olaraq dəyişməsi.
- Populyasiyalarda balavermə və qısırlıq faizinin erkək fərdlərin miqdarından asılı olaraq dəyişməsi.
- Populyasiyaların yayıldığı XMOTƏ-lərində onlara təsir edən narahatedici amillərin və mühafizə səviyyəsinin sürülərin ölçüsü ilə müəyyən edilməsi.
S.M. Quliyevin öz tədqiqatlarının əsas müddəaları 1972-2016-cı illərdə AMEA Zoologiya İnstitutu «Teriologiya» laboratoriyasının hesabatlarında, Elmi Şuranın iclaslarında, Azərbaycan Zooloqlar Cəmiyyətinin (2003а, 2010, 2011, 2012z, 2013q), Zoologiya İnstitutunun Əsərlərində (2006b, 2011a, 2012n, 2013c, 2014a, 2014b), AMEA-nın Xəbərləri «Biologiya elmləri»ndə (1996a, 2007a), Ümumittifaq Terioloqlar Cəmiyyətinin üçüncü qurultayında (Moskva, 1982), «Приминение авиации для охраны и использования животного мира» Ümumittifaq seminarda (Moskva, 1983), «Экология и охрана горных видов млекопитающих» Ümumittifaq konfransında (Moskva, 1987), «Экология, морфология, использования и охрана диких копытных» adlı Ümumittifaq konfransında (Moskva, 1989) «Ev və vəhşi heyvanların fiziologiyası və etologiyası» adlı Beynəlxalq Simpoziumda (Almaniya, Berlin, 1996), Azərbaycan-Türkiyə birliyində «Avrasya Çevre Gönüllü Kuruluşları Bilgi Merkezi» (Ankara, 1997), «Ev və vəhşi heyvanların fiziologiyası və davranışı» (Contributions to the 2nd İnternational Symposium, Berlin, Germany, 1998) adlı Beynəlxalq Simpoziumda, NATO-nun Beynəlxalq Biomüxtəlifliyin Qorunması gününə həsr edilmiş Bakı seminarında (2005, Azerbaijan-Germany), Beynəlxalq Biomüxtəlifliyin qorunması gününə həsr edilmiş ekspertlərin hesabatlarında (Bakı, 2006), Ninth Baku İnternational Congress «Energy, Ecology, Economy» adlı konqresində (Bakı, 2007), II Съезд Всесоюзного Териологического Общества (Москва, 1978) qurultayda, «Всесоюзное совещание по проблеме кадастра и учета животного мира» (Ufa, 1989), akademik M.Ə. Musayevin 75 illik yubileyinə həsr olunmuş «Heyvanlar aləminin öyrənilməsi və qorunması» adlı elmi konfransda (Bakı, 1997), akademik M.Ə. Musayevin 80 illik yubileyinə həsr olunmuş «XX əsrin sonlarında heyvanlar aləminin öyrənilməsi və qorunması» adlı elmi konfransda (Bakı, 2001), akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransda (Bakı, 2008), yerli və beynəlxalq jurnallarda dinlənilmiş və müzakirə edilmişdir. AMEA Zoologiya İnstitutunun Elmi Şurasının üzvüdür.. O, işinin əsas nəticələrini 76 (36-i xaricdə çap olunmaqla 44 elmi məqalə, 25 tezis, 4 kitabça, 1 metodik vəsait, 2 monoqrafiya) elmi əsər şəklində nəşr etdirmişdir. Hal-hazırda "Quru onurğalıları" laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.
Mükafatları
- Təbiətin qorunmasında fəal iştirakına görə Xatirə medalı (Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Rəyasət Heyəti tərəfindən, 1985).
- Azərbaycanda Zoologiya elminin inkişafında xüsusi xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı.
- AMEA Biologiya Elmləri bölməsinin MEA-nın 60 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunub
Kitabları və monoqrafiyaları
Elmi əsərləri
- Кулиев С.М. Редкие виды копытных Азербайджана и пути их сохранения. / Алекперов Х.М. // Биологические аспекты охраны редких животных. М., 1981, с. 3-6.
- Кулиев С.М. Результаты акклиматизации пятнистого оленя в Гирканском заповеднике / Алекперов Х.М. // Материалы III Съезда ВТО, «Млекопитающие СССР». М., 1982, Т.2, с. 195.
- Кулиев С.М. Опыт авиаучета джейранов в Ширванском заповеднике и Бяндоранском заказнике / Кузьмин И.Ф., Шадилов Ю.М. и др. // Приминение авиации для охраны и использования животного мира. Мат-лы. Всесоюз. семинара. Москва, 1983, с. 32-34.
- Кулиев С.М. Некоторые данные по экологии кабана и косули в Куба-Хачмазской зоне Азербайджана / Алекперов Х.М. // Экология и охрана горных видов млекопитающих. Мат-лы III Всесоюз. школы. Москва, 1987, с. 8.
- Кулиев С.М. Численность, половой и возрастной состав популяции некоторых видов парнокопытных в Исмаиллинском заповеднике и заказнике / Материалы Всесоюз. совещании по экологии, морфологии, использования и охраны диких копытных. Москва, 1989, с. 60-62.
- Quliyev S.M. Azərbaycanda qaya keçisi (C. aegagrus) və Zaqafqaziya muflonunun (O. orientalis) populyasiya tərkibi və çoxalma xüsusiyyətləri // EA Xəbərlər jurnalı. Kənd təsərrüfatı və biologiya elmləri seriyası. Bakı, 1996, №1-6, s. 57-61.
- Guliyev S.M. Reproduction and population composition of wild artiodactyls in Azerbaijan / Nadjafov J.A. // Ins. Inter. Symposium on Physiology and Ethology of Wild Zooanimals. Berlin, 1996, p. 57.
- Quliyev S.M. Azərbaycanda qaya keçisi və Zaqafqaziya muflonunun müasir vəziyyəti və qorunma tədbirləri // «Heyvanlar aləminin öyrənilməsi və qorunması», akademik M.Ə. Musayevin 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Elm, 1997, s. 133-134.
- Guliyev S.M. Natural reserve of wild artiodactyls and their protection measures in west route pipeline area // Workshop environmental impact of main oil pipelines dedicated to 90 years academician Hasan Aliev. Baku, 1997, p. 44-45.
- Guliyev S.M. Migration of potential impacts to the animals fauna arising from the wrepa // Workshop environmental impact of main oil pipelines dedicated to 90 years academician Hasan Aliev. Baku, 1997, p. 46-47.
- Guliyev S.M. Current ecological status of wild artiodactyls inhabiting in Azerbaijan and measures of their conservation // Environmental NGOs Information Center. Ankara, 1997, p. 43-46.
- Guliyev S.M. Current state and conservation measures of G. subgutturosa and O. orientalis in Azerbaijan // II International Symposium on Physiology and Ethology of Wild and Zooanimals. Berlin, 1997, p. 79.
- Quliyev S.M. Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların bəzi ekoloji xüsusiyyətləri və qorunma tədbirləri / Nəcəfov C.Ə., Həsənov N.İ. // «Ətraf mühit və ekologiya», elmi-metodik konfransın materialları. Bakı: Ozan, 1997, s. 239-241.
- Quliyev S.M. Azərbaycanda Qafqaz maralının (Cervus elaphus) və köpgərin (Rupicarpa rupicarpa) müasir vəziyyəti və qorunması // Azərbaycanda diarşünaslıq və ətraf mühitin mühafizəsinə həsr edilmiş konfransın materialları. Bakı, 1998, s. 126-129.
- Quliyev S.M. Azərbaycanda məskunlaşmış və Təbiəti Mühafizə üzrə Beynəlxalq İttifaqın Qırmızı Siyahısına (TMÜBİQS) daxil edilmiş vəhşi cütdırnaqlıların müasir ekoloji vəziyyəti və qorunması // Əməkdar elm xadimi A.İ. Qarayevin 90 illik yubileyinə həsr edilmiş elmi konfransın materialları. BDU, 2000, s. 72-74.
- Кулиев С.М. Парнокопытные – Artiodactula. //Животный мир Азербайджана. Позвоночные. Баку: Элм, 2000, Т. 3, с. 593-616.
- Quliyev S.M. Qızılağac və Hirkan qoruqlarında vəhşi cütdırnaqlıların müasir ekoloji vəziyyəti / Kərimova A.Y. // Akademik M.Ə. Musayevin 80 illiyinə həsr edilmiş elmi konfransın materialları. Bakı: Elm, 2001, s. 328-332.
- Quliyev S.M. Lənkəran təbii vilayətində vəhşi cütdırnaqlıların müasir ekoloji vəziyyəti və onların qorunması tədbirləri. / Əsgərov E.K. // Akad. H.Əliyevin 95-illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2002, s. 318-320.
- Quliyev S.M. Lənkəran təbii vilayətində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasının vacibliyi haqqında / Musayev M.Ə., Quliyev Q.N. , Əsgərov E.K. // Akad. H.Əliyevin 95-illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2002, s. 303-305.
- Quliyev S.M. Azərbaycanın Kiçik Qafqaz təbii vilayətində cütdırnaqlılar faunasının təbii ehtiyatı və qorunması problemləri // Azərbaycan Zooloqlar Cəmiyyətinin I qurultayının materialları. Bakı: Elm, 2003, 451-459.
- Quliyev S.M. Azərbaycanın Kiçik Qafqaz təbii vilayətində çöl donuzunun (Sus scrofa) təbii ehtiyatı və qorunması tədbirləri // Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2003, s. 266-268.
- Quliyev S.M. Mingəçevir su anbarını əhatə edən ərazilərdə teriofaunanın müasir ekoloji vəziyyəti və qorunması problemləri. // Kür hövzəsinin su anbarları. II kitab. Bakı: Ruzgar, 2003, s. 67-73.
- Quliyev S.M. Fauna və ətraf mühit // Ekoloji dərnək, klub və digər birliklərinin nümunəvi tədris proqramı. Bakı, 2003, s. 104-110.
- Quliyev S.M. Göygöl dövlət təbiət qoruğu və ona həmsərhəd ərazilərdə məməlilər faunasının müasir vəziyyəti və qoruğun genişləndirilməsinin perspektivləri / Əsgərov E.K. // Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2003, s. 271-272.
- Кулиев С.М. Экологическое воздействие сейсморазведочных работ на джейранов. / Аскеров Э.К. // Azərbaycan Zooloqlar Cəmiyyəti I qurultayının materialları. Bakı, Elm, 2003, s. 437-440.
- Quliyev S.M. Tanış olun ceyran. // Tbilisi, 2004, 19 s.
- Кулиев С.М. Современное состояние некоторых парнокопытных аридных экосистем Азербайджана и их охрана // Сб. тезисов Международного совещания – Млекопитающие как компонент аридных экосистем. М., 2004, с. 68-69.
- Кулиев С.М. К современному состоянию некоторых млекопитающих аридных ландшафтов северо-западного Азербайджана / Аскеров Э.К. // Сб. тезисов Международного совещания – Млекопитающие как компонент аридных экосистем. М., 2004, с. 13.
- Кулиев С.М. Териофауна горных областей Азербайджана. // Рахматуллина И.К., Кулиев Г.Н. // Проблемы экологии горных территорий. Нальчик, 2004, с. 99-118.
- Quliyev S.M. Azərbaycanda heyvanlar aləminin ekoloji təhlükəsizliyinə dair aktual problemlər. / Musayev M.Ə. // «Azərbaycanın meşə ekosistemləri» mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 2004, s. 19-32.
- Quliyev S.M. Bioloji müxtəliflik: Azərbaycanın cütdırnaqlılar faunası, Şərqi Qafqaz Turu və Qafqaz Köpgəri. // Bakı, 2006, 64 s.
- Quliyev S.M. Dağlarımızın əzəmət simvolu Dağıstan turu. // Bakı, 2006, 18 s.
- Guliyev S.M. Rare and endangered mammals in specially protected nature territories and plans for their protection and sustainable use // The role of biodiversity for sustainable development in the Southern Caucasus region. Baku, 2006, p. 30.
- Guliyev S.M. Fauna protection Azerbaijan and its main problems / Musayev M.A. // Proceedings of a NATO CCMS supported seminar. Held in Baku, Azerbaijan, Bonn, German, 2006, p. 65-70.
- Кулиев С.М. Результаты учета Кавказского благородного оленя (Cervus elaphus L., 1758) в северо-западном Азербайджане в 2003-2004 гг. / Аскеров Э.К., Айдынов Т.П. // Труды Зоологического Института. Баку: Элм, 2006, c. 28, s. 87-92.
- Quliyev S.M. Cites konvensiyasına daxil edilmiş bitki və heyvan növlərinin qısa təyinedicisi. / Əsgərov E.K., Tağıyeva E.N., İsgəndərov T.M. // Metodik vəsait. Bakı, 2006, 51 s.
- Quliyev S.M. Azərbaycanda Qafqaz köpgərinin (Rupicarpa rupicarpa Caucasica) müasir ekoloji vəziyyəti və qorunması tədbirləri // AMEA Xəbərləri, biologiya elmləri seriyası. Bakı: Elm, 2007, s. 88-97.
- Кулиев С.М. Фауна млекопитающих (Carnivora, Artiodactula) территории проектируемого Национального Парка «Шах-Даг» // «Териофауна России и сопредельных территорий» Материалы Межд. научн. конф. М.: КМК, 2007, с. 181-183.
- Guliyev S.M. Protection restoration and zonality status of the biodiversity in the territory of the Shahdag National Park. / Musayev M.A. // Proceeding of the Baku International Congress “Energy, Ecology, Economy”. Baku, 2007, p. 333-336.
- Quliyev S.M. Müasir ekoloji şəraitdə məməlilər faunasının əsas problemləri / Rəhmətulina İ.K., Quliyev Q.N. və s. // Akademik H.Əliyevin 100-illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2007, s. 140-143.
- Quliyev S.M. Azərbaycanın cütdırnaqlılar faunası. // Bakı: Elm və Təhsil, 2008, 224 s.
- Quliyev S.M. Azərbaycanda cütdırnaqlılar (Artiodactula) faunasının müasir ekoloji vəziyyəti və qorunması problemləri // Görkəmli təbiətşünas alim Akademik H. Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur. Coğrafiya cəmiyyətinin əsərləri. Bakı: Zərdabi LTD, 2008, Cild XII, s. 709-712.
- Guliyev S.M. Current status and conservation of transcaucasian muflon (Ovis orientalis) in Azerbaijan // Proceedings of the Azerbaijan Society of Zoologists. Baku: Elm, 2008, s. 672-678.
- Guliyev S.M. Current status and conservation of transcaucasian gazel (Gazella subguttorosa) in Azerbaijan // Proceedings of the Azerbaijan Society of Zoologists. Baku: Elm, 2008, s. 678-681.
- Кулиев С.М. Джейран в Азербайджане (Gazella subguttorosa Guld.) и перспективы восстановления его популяции. / Аскеров Э.К. // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. Bakı: Elm, 2010, s. 889-896.
- Quliyev S.M. Azərbaycanda məməlilər faunasının (Mammalia) ekoloji təhlükəsizliyinə dair aktual problemlər. / Musayev M.Ə., Rəhmətulina İ.K., Quliyev Q.N. // Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. Bakı: Elm, 2010, s. 919-922.
- Quliyev S.M. Azərbaycanda ilk dəfə olaraq ceyranların tarixi areallarına reintroduksiyası və yarımsərbəst şəraitdə çoxaldılmasına dair yeni metodlar / Əsgərov E.K. // Zoologiya İnstitutunun Əsərləri. Bakı, cild 29, 2011, s. 115-121.
- Кулиев С.М. Современное состояние популяции дикого кабана (Sus scrofa atilla Thomas) южного склона Большого Кавказа (в пределах Азербайджана) // Вестник Инновационного Евразийского Университета. 2011, №3(43), с. 193-197.
- Кулиев С.М. Современное состояние популяции Закавказского муфлона (Ovis orientalis Gmelin) в Азербайджане // Вестник Инновационного Евразийского Университета. 2011, №4(44), с. 199-204.
- Кулиев С.М. Современное состояние джейрана (Gazella subguttorosa Guld., 1780) в Азербайджане и его охрана // Териофауна России сопредельных территорий IX съезд териологического об-ва при РАН. 2011, с. 266.
- Кулиев С.М. Некоторые данные по экологии косули и серны южных склонов Большого Кавказа // Териофауна России сопредельных территорий IX съезд териологического об-ва при РАН. 2011, с.265.
- Quliyev S.M. Azərbaycanda avropa cüyürünün (Capreolus capreolus L., 1758) sutkalıq və fəsli fəallığı // Zoologiya İnstitutunun Əsərləri. 2012, cild 30, s. 36-43.
- Quliyev S.M. Salyan düzü və ona həmsərhəd olan ərazilərdə çöl donuzunun (Sus scrofa atilla Thomas, 1912) bəzi ekoloji xüsusiyyətləri // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. 2012, cild 4, №2, s. 26-33.
- Кулиев С.М. Современное экологическое состояние некоторых видов млекопитающих Азербайджана и пути их сохранения // Известия Самарского научного центра РАН. 2012, т. 14, №1, с. 192-196.
- Кулиев С.М. Видовой состав и относительная численность млекопитающих в основных ландшафтах южного и северно-восточного хребтов Большого Кавказа (в пределах Азербайджана) // Вестник Нижегородского Университета им. Н.И. Лобачевского. 2012, №2, часть 3, с. 135-139.
- Кулиев С.М. О состоянии популяций европейской косули (Capriolus capreolus L., 1758) в Азербайджане // Известия Самарского научного центра РАН. 2012, т. 14, №1(8), вып.3, с. 1898-1902.
- Кулиев С.М. Современное экологическое состояние млекопитающих (парнокопытные - Artiodactula) для включения во второй издание Красной Книги Азербайджана. / Аскеров Э.К. // Вестник Харьковского Национального Университета имени В.Н. Каразина. Серия биология. 2012, вып. 15, с. 136-141.
- Кулиев С.М. Современное экологическое состояние некоторых млекопитающих аридных и семиаридных экосистем западного Азербайджана. / Аскеров Э.К. // Вестник Пермского Университета. Серия биология. 2012, вып. 3, с. 58-62.
- Кулиев С.М. Современный статус Краснокнижных видов хищных и травоядных млекопитающих Азербайджана. / Аскеров Э.К. // Вестник Пермского Университета. Серия биология. 2012, вып. 2, с. 51-56.
- Quliyev S.M. Azərbaycanda Qafqaz nəcib maralının (Cervus elaphus maral Ogilbu, 1810) miqrasiyası // Zoologiya İnstitutunun Əsərləri. 2013, cild 31, №1, s. 143-148.
- Quliyev S.M. Azərbaycanda Qafqaz nəcib maralının (Cervus elaphus maral Ogilbu, 1810) gün ərzində və mövsümi fəallığı // Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. 2013, cild 5, №2, s. 114-120.
- Кулиев С.М. Некоторые экологические особенности популяций Кавказского благородного оленя (Cervus elaphus maral Ogilbu, 1810) в Азербайджане мероприятия по его охране // Экологический вестник. 2013, №1 (23), с.102-107.
- Guliyev S.M. Structure and composition of the Caucasian noble deer (Cervus elaphus maral Ogilbu, 1810) population in Azerbaijan. / Nadjafov J.A. // Annals of Biological Research. 2013, 4(8), p. 187-190.
- Quliyev S.M. Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və səmərəli istifadəsi // Zoologiya İnstitutunun Əsərləri. 2014, Cild 32, №2, s. 42-69.
- Quliyev S.M. İri vəhşi məməli heyvanların (cütdırnaqlıların timsalında) say proqnozu üçün yeni metoda dair // Zoologiya İnstitutunun Əsərləri. 2014, Cild 32, №1, s. 90-94.
- Кулиев С.М. Сохранение копытных и хищных млекопитающих южных склонов Большого Кавказа в пределах Азербайджана / Аскеров Э.К., Мурадов А.С., Саруханова С.А. // Млекопитающие Северной Евразии: жизнь в северных широтах: Мат-лы Межд. научн. конф. Сургут, 2014, с. 249.
- Guliyev S.M. Reproduction of Caucasian red deer (Cervus elaphus maral Ogilbu, 1810) in Azerbaijan // Annals of Biological Research. 2014, Vol.5, Issue 4, p. 90-94.
- Guliyev S.M. Biodiversity and distribution of fauna of mammalian in the Shahdagh National Park in Azerbaijan // Annals of Biological Research. 2014d, Vol.5, Issue 7, p. 49-53.
- Quliyev S.M. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində cütdırnaqlılar (Artiodactyla) faunasının təbii ehtiyatı və qorunması tədbirləri // Zooloqlar Cəmiyyətinin Əsrləri. 2014, cild 6, №2, s. 75-81.
- Guliyev S.M. A study on fauna the Shahdagh National Park // J. Appl. Environ. Biol. Sci. 2015, Vol. 5(10), t-1, p.
- Кулиев С.М. Состояние популяции и экологические факторы, лимитирующие численность дикого кабана (Sus scrofa Atilla Thomas, 1912) в Ленкоранской природной области Азербайджана // Вестник Саратовского госагроуниверситета им. Вавилова. 2015, №3, с. 10-14.
- Guliyev S.M. Mammals and arthropod fauna of the Samur Yalama National Park and Khachmaz coastal state sanctuary. / Huseynzade G.A. // Annals of Biological Research. 2015, Vol.6, Issue 3, p. 41-47.
İstinadlar
- Zoologiya İnstitutu
Həmçinin bax
- Zoologiya İnstitutu