Skuqeryoya adası (norv. Skogerøya, Sállan) — Barens dənizində, Norveçin şimalında, Finnmark vilayəti ərazisində yerləşən ada. Varanger-fiordun cənub hissəsində yerləşir. Adanın sahəsi 129 km²-dir. Adanın daimi əhalisi yoxdur. Maqeyoya adasından şərqdə yerləşən Norveçə məxsus ən böyük adadır.
Skuqeryoya adası | |
---|---|
norv. Skogerøya, Sállan | |
Ümumi məlumatlar | |
Sahəsi | 129 km² |
Eni | 12 km |
Hündür nöqtəsi | 445 m |
Yerləşməsi | |
Ölkə | Norveç |
Akvatoriya | |
|
İnzibati cəhətdən Syor-Varanger kommunasına daxildir.
Yay və payız aylarında ada şimal marallarının olağı kimi istifadə olunur.
Coğrafiya
Skuqeryoya Kirkenesdən 10 km şimal-qərbdə, Neydendən 15 km şimal-şərqdə, Vadcyodan 20 km cənubda yerləşir. Ada yaxınlığından Kirkenesə gedən dəniz yolu keçir.
Adanın ən hündür nöqtəsi Skogerøytoppen dağlarının şimalında hündürlüyü ( Ákkelgáisá) 445 m olan zirvədir.
Onun şərqi qərbinə nisbətdə daha parçalıdır.
Adanın bir hissəsi meşə ilə örtülüdür.
Tarixi
Əvvəllər adada yaşayış var idi. Burada mövcud olmuş yaşayış məntəqələri: Revøysund, Steinskjernes, Nord-Leirvåg və Sør-Leirvåg. Adanın sonuncu poçt ünvanı (9936 Steinskjernes) 1 dekabr 1984-cü ildə bağlanmışdır.
İkinci Dünya müharibəsi dönəmində Skuqeryoya və yaxınlıqda yerləşən adada vermaxta məxsus bunker və sahil batareyası yerləşirdi. Müharibənin sonlarında almanlar qoşunlarını əraziudən çıxartmışdır.
Mənbə
- "Skogerøya" (norveç). Store norske leksikon. 2013-04-23. 2015-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- Hallgeir Henriksen. Skogerøya kan bli oljeøya // 27 may 2004. (norv.)
İstinadlar
- Steinar Pedersen. "NOU 1994: 21 Bruk av land og vann i Finnmark i historisk perspektiv — Bakgrunnsmateriale for Samerettsutvalget" (norveç). Regjeringen.no. 1994. 2015-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer