Sarıdaş
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd.
Sarıdaş | |
---|---|
40°11′48″ şm. e. 46°08′18″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Sarıdaş kəndi Lev çayı ilə Tərtər çayı arasında, dağətəyi ərazidədir. XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır.
Kənd Sarı yal dağının ətəyində yerləşir. Sarı yal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.
Yaylaqlar
Söyüdlü yaylağı, Qonur yurd, Sarıbulaq yurdu, Çırçır yurd, Ələmağacı yurdu, Cajıxlı yurd, Sarıyal yurdu.
Bulaqlar
Korabulaq, Gur bulaq, Böyük bulaq, Daş bulaq, Şərəbanı bulağı, Ələsgərli bulağı, Göy bulaq, Böyük yurdun bulağı, Nazlı bulaq, Cajıxlı bulaq, Sarı bulaq, Çırçır bulaq, Qoşa bulaq, Qarağatlı bulaq.
Məşhur yerlər
Fərzalının yeri, Ədilin yeri, Sarıtəpə, Abbaslar tələsi, Yolkeçən, Gülənbərin yurdu, Komalanburnu, Ardışlıgüney, Qamış, Reyhanın yurdu, Nadirin yeri, Fərzalının çalası, Dikyurd, Göydağ, Sarıgüneyin meşəsi, Quzeytapı, Dağdamı, Qaradaş, Cajıxlı, Ardışlı güney, Mirzəalının dərəsi, Yolkeçənin dərəsi, Ayrım yolaşırımı, Güneypəyə yolaşanı, Arxacyeri, Açıqtəpə, Ağqılış, Yazyurdu, Sonaqaçan, Şahpəriqaçan, Çüxurqanad, Əlinin yeri, Qaradaşın boynu, Nəcəfdamı, Balakişi artlayan, Kotanyeri, Tap.
Binələr-Qışlaqlar
Yalkənd binəsi.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Sarıdaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.