Sahib Hacıyev
Haciyev Sahib Əsgər oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent.
Sahib Hacıyev | |
---|---|
Hacıyev Sahib Əsgər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Saltaq, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | aqrar |
Elmi dərəcəsi | Aqrar elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | Böyük elmi işçi |
İş yeri | AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Həyatı
1950-ci ildə Culfa rayonunun Saltaq kəndində anadan olmuşdur. 1971-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya müəllimi ixtisasını bitirmişdir.
Elmi yaradıcılığı
1974-cü ilin avqust ayında indiki Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. Sonra baş laborant, kabinə müdiri, laboratoriya rəhbəri, müəllim, baş müəllim və dosent vəzifəsinədək yüksəlmişdir. Elmi tədqiqat işinin əsas istiqaməti torpaq coğrafiyası, torpaqların eko-coğrafi şəraiti, torpaqların mədəni və təbii bitkilər altında qiymətləndirməsi və münbitlik modellərinin tədqiqi olmuşdur. 1992-ci ildə “Naxçıvan Muxtar Respublikasında yem bitkiləri asltında torpaqların münbitlik modeli” mövzuzunda namizədlik dissertasiyası müdafiə edərək «Torpaqşünaslıq» ixtisası üzrə aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2001-cı ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2004-cü ildən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda “Torpaq ehtiyatları laboratoriyası”nın rəhbəri vəzifəsində çalışır. 2011-ci ildə AMEA Naxçıvan Bölməsində elmi-tədqiqat işlərində yüksək fəaliyyətinə görə təbiət elmlər üzrə «İlin alimi» adına layiq görülmüşdür. Hal-hazırda “Naxçıvan Muxtar Respublikasında təbii və mədəni bitkilər altında torpaqların münbitlik modeli” mövzusunda doktorluq işini yekunlaşdırıb Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasına təhvil vermişdir. 100-dən çox məqalə və tezisin müəllifidir. Naxçıvan Dövlət Universitetinin və coğrafiya, biologiya və torpaqşünaslıq ixtisasları üzrə təhsil alan universitet tələbələri üçün nəzərdə tutulmuş “Naxçıvan Muxtar Respublikasında torpaqların formalaşmasına təsir göstərən fiziki-coğrafi amillər”, və “Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji şəraiti” monoqrafiyasının və aqrar sektorda torpaq istifadəçiləri tərəfindən istifadə olunan metodik vəsaitlərin və tövsiyələrin müəllifidir. Eyni zamanda o, Beynəlxalq konfrans və simpoziumun əyani iştirakçısı olmuşdur. Əsərləri Rusiya Federasiyasında, Türkiyə, Polşada, Gürcüstan və Ukraynada dərc edilmişdir. “Naxçıvan Muxtar Respublikasınin torpaqları” xəritəsinin tərtibçisidir. Hazırda “Naxçıvan Muxtar Respublikası torpaqlarınin ekoloji qiymətləndirilməsi və münbitlik modelləri” mövzusunda doktorluq dissertasiyası işlənilirmiş və Azərbaycan Respublikası yanında AAK-a təhvil verilmişdir.
Əsas elmi nailiyyətləri
Müasir metodlarla Naxçıvan MR ərazisində torpaq mühitinə təsir göstərən fiziki-coğrafi amillər öyrənmiş və onların potensial imkanlarını aşkar etmişdir. Alınmış nəticələr əsasında ərazidə yayılmış torpaq növmüxtəlifləri öyrənilərək, topoqrafık xəritə əsasında relyef şəraiti nəzərə alınaraq müasir tələblərə cavab verən Naxçıvan Muxtar Respublikasının 1:150 000 miqyasında torpaq xəritəsini tərtib etmişdir. Tərtib olunmuş torpaq xəritəsi əvvəlki xəritələrdən daha dəqiq olub, ərazidə relyef şəraitindən asılı olaraq növmüxtəliflikləri aydın göstərilərilərək, 19 tip və yarım tip göstərilmişdir. Eyni zamanda xəritədə deqradasiya prosesləri yarandığı sahələr (şorlaşma, eroziya, çirklənən torpaq sahələri və s.) də ətraflı göstərilmişdir. Apardığı tədqiqatlar əsasında təbii, xüsusi olaraq mədəni (yem, yonca-Naxçıvan 5, taxıl-Payızlıq buğda, üzüm-Hənəqirna və tərəvəz-Volqaqrad pomidor sortları) bitkilər altında altında torpaqlar qiymətləndirilmiş, aqroistehsalat qruplaşdırılması aparılmış, inzibati rayonlar və təbii-iqtisadi zonalar üzrə torpaqların bonitet balı və müqayisəli dəyərlilik əmsalları hesablanmışdır. Təhlil olunmuş tədqiqatın nəticələri muxtar respublikada torpaqlardan istifadə olunarkən çəkilən əlavə xərclərin qarşısını alır. Muxtar respublikada mədəni bitkilərin təlabatına uyğun konkret olaraq yeməyararlı 119500, taxılayararlı 53040, üzüməyarlı 56060 və tərəvəzəyararlı 25154 hektar torpaq sahələri müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasında torpaqların eko-coğrafi şəraiti nəzərə alınaraq ərazidə 4 növ mədəni bitkilər altında (yem-yonca Naxçıvan-5, taxıl-Payızlıq buğda sortları, üzüm-Hənəqırna və tərəvəz-Volqaqrad pomidor sortları) münbitlik modellərini qurmuşdur. Eyni zamanda mədəni bitkilər altındakı torpaqların mühüt elementlərini (hündürlük, temperatur, yağıntı, meliorasiya dərəcəsi, bioiqlim potensialı, qrunt sularının səviyyəsi, pH, şorlaşma və s.) qiymətləndirmiş və ümumiləşdirici ekoloji şkala tərtib etmişdir. Ümumiləşdirici ekoloji şkalada mühit elementlərinin qiymətlərinə görə mədəni bitkilərin ixtisaslaşdırılmış sahələrini də göstərmişdir .
Pedaqoji fəaliyyəti
1971-1973-illərdə orta məktəblərdə coğrafiya müəllimi, 1974-cü ildən Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasında laborant, baş laborant, kabinə müdiri, laboratoriya rəhbəri, müəllim, baş müəllim və dosent vəzifəsinədək elmi-pedaqoji fəaliyyət yolu keçmişdir. O işlədiyi müddət ərzində “Coğrafiya” ixtisası üzrə tələbələrə “İqtisadi coğrafiyaya giriş”, “Coğrafiyanın tədrisi metodikası”, “Torpaqşünaslıq və torpaq coğrafiyası”, “Azərbaycan fiziki coğrafiyasının müasir problemləri” və dıgər fənlərə aid lazımı səviyyədə mühazirə və praktik dərslərini tədris etmişdir. O, tədris etdiyi fənnilərin dərinliklərini tələbələrə çatdırmaqla, bu sahədə tədqiqat aparan dünya miqyasında və ölkəmizdə tanınmış alimlərin elmi istiqamətlərini mövzularla əlaqələndirmişdir. Keçdiyi mühazirə və praktik dərslərin nəzəri məsələlərini çöl təcrübələrində tələbələrə əyani olaraq başa düşməsi üçün mütamadi olaraq muxtar respublikanın müxtəlif sahələrinə ekskursiyalar təşkil etmişdir. Sahib müəllimin rəhbərliyi ilə tələbələr çöl təcrübələrində torpaqların münbitlüyünü müəyyənləşdirmək üçün muxtar respublikanın ərazisində bir neçə torpaq kəsimi qoymuş, onların müxtəlif qatlarından nümunələr götürərək, ətrafında yayılan təbii-mədəni bitkilərin məhsuldarlığını öyrənmişlər. Tələbələr götürdükləri torpaq-bitki nümunələrini AMEA Naxçıvan Bölməsi Bioresurslsr İnstitunun “Torpaq ehtiyatları” laboratoriyasında morfoloji cəhətdən təhlil edərək onların təsərrüfat əhəmiyyətini də öyrənmişlər. Laboratoriyada bir neçə sadə torpaq analizlərinin (torpaqların mexaniki tərkibini, turşuluşunu, rütubətini və s.) aparılmasında iştirak edərək, bu sahədə bir çox vərdişlərə yiyələnmişlər. Hal-hazırda Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirir.
Kitab, monoqrafiya, metodik vəsait, xəritə və tövsiyyələri
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların aqroekologiyası. Metodik vəsait, Bakı: Elm, 2000, 39 s.
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Pespublikası torpaqlarının eko-coğrafi şəraiti. Bakı: MBM, 2009, 108 s.
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Pespublikası torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: MBM, 2010, 296 s.
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasının torpaq xəritəsi. Bakı: Bakı kartoqrafiya fabriki, 2011, 1 s.
- Hacıyev S.Ə. Yemaltı toraqların münbitlik modeli. Tövsiyə, Bakı: MBM, 2011, 10 s.
- Hacıyev S.Ə. Taxılaltı toraqların münbitlik modeli. Tövsiyə, Bakı: MBM, 2011, 10 s.
- Hacıyev S.Ə. Üzümaltı toraqların münbitlik modeli. Tövsiyə, Bakı: MBM, 2011, 10 s.
- Hacıyev S.Ə. Tərəvəzaltı toraqların münbitlik modeli. Tövsiyə, Bakı: MBM, 2011, 10 s.
- Əmirov R.V., Hacıyev S.Ə. Müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu. Naxçıvan: Əcəmi, 2013, 178 s.
- Гаджиев С.А. Модели плодородия почв в Нахичеванской Автономной Республике. Монография, ЛАМВЕРТ Academic Publishing. Германия, 2014, 137 с.
Əsas elmi məqalələri
- Hacıyev S.Ə. Naxçıvan MR-də torpaq islahatlarının həyata keçirilməsi problemləri / Naxçıvan Özəl Universiteti 11 Beynəlxalq elmi praktık konfransın materialları. Bakı: Nurlan, 2000, s. 40-41
- Hacıyev S.Ə. Təsərrüfat və ətraf mühit / Ali məktəblər arası elmi praktik konfransın materialları. Bakı: Diplomat, 2002, s.169-171
- Hacıyev S.Ə. Naxçıvan MR torpaq örtüyünün strukturu və bioekoloji xüsusiyyətləri / Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, təbii sərvətlərin öyrənilməsi. Elmi konfransın materialları, Naxçıvan-80. Bakı: Elm, 2004, s. 324-329
- Hacıyev S.Ə. Sədərək düzünün torpaq örtüyü struktur tərkibinin öyrənilməsi və onlardan səmərəli istifadə yolları / Azərbaycan elminin inkişafı və regional problemlər. Elmi konfransın materialları, Bakı: Nurlan, 2005, s. 490-496
- Hacıyev S.Ə. Sədərək rayonunun torpaqlarından səmərəli istifadə yolları / Azərbaycanın torpaq ehtiyatları və qorunması. ATC-nin əsərləri, X c., Bakı: Elm, 2005, s. 282-286
- Hacıyev S.Ə. Naxçıvan MR-də qış otlaqaltı torpaqların ekologiyası. // Azərbaycan Aqrar elmi, 2006, №5-6, s. 37-39
- Hacıyev S.Ə. Naxçıvan MR-də qış otlaq torpaqlarının münbitlik modelinin idarə olunması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, №3, s. 172-176
- Hacıyev S.Ə. Şərur rayonu torpaq-bitki kompleksinin iqtisadi qiymətləndirilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, №5, s. 199-203
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunmasında ekoloji biliklərin inkişaf tarixi / Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və müasirlik. Bakı: Nurlan, 2007, s.368-373
- Hacıyev S.Ə. Şərur rayonu torpaq kompleksinin iqtisadi qiymətləndirilməsi / Torpaqşünaslıq və Aqrokimya Əsərlər Toplusu. XVII c., Bakı: Elm, 2007, s. 162-165
- Hacıyev S.Ə. Arpaçay hövzəsində yayılan torpaq-bitki kompleksinin ekoloji şəraiti // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. 2007, №2, s. 148-152
- Hacıyev S.Ə. Naxçıvan MR-də torpaqların eko-coğrafi pasportu // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. 2007, №4, s. 50-53
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında allüvial-subasar torpaqların eko-coğrafi şəraiti / Naxçıvan bu gün: İslahatlar və perspektivlər. Beynəlxalq simpoziumun materialları. Naxçıvan: Nurlan, 2008, s. 308-311
- Hacıyev S.Ə. Naxçıvan düzü torpaqlarının eko-coğrafi şəraiti // Azərbaycan Aqrar elmi, 2008, № 4-5, s. 121-123
- Hacıyev S.Ə. Böyükdüz düzənliyi torpaqlarının eko-coğrafi şəraiti // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2008, №2, s. 116-119
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların mədəni və təbii bitkilər altında qiymətləndirilməsində morfoloji xüsusiyyətlərin öyrənilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2008, №4, s. 63-66
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaq fondunun müasir vəziyyəti // Beynəlxalq içtimai elmlər jurnalı. 2009, №-4, s. 347-355
- Hacıyev S.Ə. Gülüstan maili düzənliyi torpaqlarının təbii biosenoz və kənd təsərrüfat bitkiləri altında qiymətləndirilməsi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2009, №1, s.178-180
- Hacıyev S.Ə. Süst maili düzənliyi torpaqlarının eko-coğrafi şəraiti // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, №2, s. 80-83
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların üzüm bitkisi altında qiymətləndirilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, №4, s. 139-143
- Hacıyev S.Ə. Culfa maili düzənliyi torpaqlarının mədəni və təbii bitkilər altında qiymətləndirilməsi // AMEA-nın Məruzələri, LXV c., 2009, №3, s. 134-140
- Hacıyev S.Ə. Gülüstan maili düzənliyi torpaqlarının eko-coğrafi şəraiti / Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin Əsərlər Toplusu. Bakı: Elm, XI c., 2010, I-hissə, s. 503-508
- Hacıyev S.Ə., Əmirov R.V. Naxçıvan Muxtar Respublikasında tərəvəz bitkisi altında torpaqların ekoloji qiymətləndirilməsi // Beynəlxalq içtimai elmlər jurnalı. 2010, №-2, s. 385-393
- Мамедов Г.Ш., Гаджиев С.А. Рациональное использование почв кормовых угодий в Нахичеванской Автономной Республике // Известия Аграрной науки, 2010, №-1, с. 18-21
- Гаджиев С.А. Рациональное использование почвы виноградныхых угодий в Нахичеванской Автономной Республике / Материалы ХIХ Международного научного симпозиума. Симферополь: Доля, 2010, с. 627-632
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında mədəni və təbbi bitkilər altında torpaqların qiymətləndirilməsində iqlim ehtiyatlarının rolu // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, №2, s. 134-139
- Hacıyev S.Ə. Yaycı-Dizə maili düzənliyi torpaqlarının təbii biosenoz və kənd təsərrüfatı bitkiləri altında qiymətləndirilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, № 4, s. 99-103
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında taxılayararlı torpaqların ekoloji qiymətləndirilməsi / Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin Əsərlər Toplusu. Bakı: Elm, XIX c., 2011, s. 335-340
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasının inzibati rayonları və təbii-iqtisadi zonaları üzrə torpaqların bonitet balı, müqaisəli dəyərlilik əmsallarının tapılması // AMEA Coğrafiya Cəmiyyətinin Əsərləri, XVI c., 2011, s. 315-318
- Qəhrəmanov S.H., Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasının təbii şəraitinin və su hövzələrinin ümumi xarakteristikası // Naxçıvan DU-nun elmi əsərləri. Təbiət elmləri və Tibb eriyası, 2011, № 2, s.66-68
- Hacıyev S.Ə. Yaycı maili düzənliyi torpaqlarının təbii biosenoz və kənd təsərrüfatı bitkiləri altında qiymətləndirilməsi // AMEA Gəncə Regional Elmi Mərkəzi. Xəbərlər məcmuəsi. 2011, №43, s. 57-59
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında coğrafi amillərin mədəni bitkilərin ekoloji qiymətləndirilməsində rolu // Azərbaycan Aqrar elmi, 2011, № 2, s. 50-52
- Hacıyev S.Ə. Ordubad maili düzənliyi torpaqlarının təbii biosenoz və kənd təsərrüfatı bitkiləri altında qiymətləndirilməsi // Torpaqşünaslıq və aqrokimya jurnalı. ХХ c., 2011, №1, s. 265-269
- Hacıyev S.Ə. Əmirov R.V. Naxçıvan Muxtar Respublikasında meyvə bitkilərinə yararlı torpaqların eko-coğrafi şəraiti / Aqrar elmin innovasion tədqiqatlarının mövcud vəziyyəti və perspektivləri mövzusunda elmi-praktik konfransın materialları. Quba, Müəllim, 2011, s.179-184
- Hacıyev S.Ə. Yaycı maili düzənliyi torpaqlarının eko-coğrafi şəraiti // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, №4, s. 104-109
- Гаджиев С.А. Экологические модели управления плодородия почвы овощных угодий в Нахичеванской Автономной Республике // Научный журнал КубГАУ, №-66 (02), 2011 г.
- Мамедов Г.Ш., Гаджиев С.А. Экологические модели управления плодородия почвы кормовых угодий в Нахичеванской Автономной Республике // Известия Аграрной науки. Тбилиси, 2011, №-2, с. 42-44
- Гаджиев С.А. Экологические модели управления плодородием почв зерновых угодий в Нахичеванской Автономной Республике / Материалы ХХ Международного научного симпозиума. Симферополь: Доля, 2011, с. 543-547
- Əmirov R.V., Qəhrəmanov S.H., Hacıyev S.Ə. Naxçıvan seolitinin müxtəlif kartof sortlarının məhsuldarlığına təsiri / Biokimyəvi nəzəriyyələrin aktual problemləri II Beynəlxalq konfransın materialları. Gəncə: Elm, 2011, s. 240-244
- Гаджиев С.А. Экологические модели управления плодородия почвы виноградных угодий в Нахичеванской Автономной Республике // Научный журнал КубГАУ, №-76 (02), 2012 г.
- Гаджиев С.А. Рациональное использование почвы зерновых угодий в Нахичеванской Автономной Республике / VII-Международная научно-практическая конференция. Алтайский государственный аграрный университет. Барнаул: 2012, с. 131-133
- Амиров Р.В., Гаджиев С.А., Гахраманов С.Г. Влияние Нахчыванского Цеолита на количество клубенковых бактерий различных сортов нута / VII-Международная научно-практическая конференция. Алтайский государственный аграрный университет. Барнаул: 2012, с. 275-277
- Гаджиев С.А. Экологические оценки почвы под виноградные угодья // Аграрная наука. №5, 2012, с. 11-13
- Гаджиев С.А. Экологические оценки почвы зерновых угодий в Нахичеванской Автономной Республике // Вестник Алтайского государственного университета. Барнаул: № 9 (95), 2012, с. 41-45
- Гаджиев С.А. Эко-географические оценки почвы под виноградные угодья в Нахичеванской Автономной Республике // Вестник Томского государственного университета. Томск: №364, 2012, с. 203-206
- Nəbiyeva F.X., Hacıyev S.Ə. Arazboyu düzənliklərdə boz-çəmən və ibtidai-boz torpaqların morfoloji xüsusiyyətlərinin təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, №2, 2012, s. 91-98
- Hacıyev S.Ə., Əmirov R.V. Lizbird çökəkliyi torpaqlarının mədəni və təbii bitkilər altında eko-coğrafi qiymətləndirilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, №4, 2012, s. 118-124
- Гаджиев С.А., Амиров Р.В. Эко-географическая оценка почв овощных угодий в Нахчыванской Автономной Республике. / VIII-Международная научно-практическая конференция. Алтайский государственный аграрный университет. Барнаул: 2013, с. 310-314
- Гаджиев С.А., Ибрагимов А.М. Оценка лесных и лесокустарниковых ландшафтных комплексов в Нахчыванской Автономной республике и их экологические особенности // Вестник Алтайского государственного университета. Барнаул: №2 (100), 2013, с. 55-59
- Hacıyev S.Ə., Əmirov R.V. Türkeş çökəkliyi torpaqlarının mədəni və təbii bitkilər altında eko-coğrafi qiymətləndirilməsi / Azərbaycanda Ərzaq Təhlükəsizliyinin Həllində Torpaq-Aqrokimyəvi tədqiqatların Polu mövzusunda Respublika Elmi Konfransı. Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin Əsərlər Toplusu, XXI c., №-2, 2013, s. 315-319
- Hacıyev S.Ə. Heydər Əliyev və aqrar sektorda aparılan torpaq islahatları. // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, xüsusi buraxılış. 2013, s. 169-176
- Hacıyev S.Ə. Torpaq münbitliyinin artırılmasında ayrı-ayrı ekoloji parametrlərdən istifadə olunması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. 20013, №4, s. 114-121
- Набиева Ф. Х., Гаджиев С.А. Эко-географическая оценка почв овощных угодий Приараксинской низменности в Нахчыванской Автономной Республике. / Материалы восьмой Международная научно-практической конференции. Научный журнал «Аспект» №18 (Т. 3). Донетск: 2013, с. 23-33
- Hacıyev S.Ə. Nursu çökəkliyi torpaqlarının mədəni və təbii bitkilər altında eko-coğrafi qiymətləndirilməsi. //AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. Naxçıvan, Tusi, №2, 2014, s. 86-93
- Гаджиев С.А., Сеидова Г.С. Экологическая оценка ландшафтных комплексов в Нахчыванской Автономной Республике. Перспективы развития научных исследований в ХХI веке. IV Международная научно-практическая конференция. Махачкала, 2014, с. 159-162
- Hacıyev S.Ə. Naxçıvan Muxtar respublikasında yüksək dağlıq torpaqlarının ekoloji şəraiti //AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. Naxçıvan, Tusi, №2, 2015, s. 152-160
- Hacıyev S.Ə. Əbrəqunus çökəkliyi torpaqlarının mədəni və təbii bitkilər altında ekoloji qiymətləndirilməsi //AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası. Naxçıvan, Tusi, №4, 2015, s. 155-160
- Əmirov R.V., Hacıyev S.Ə. Mədəni bitkilər altında torpaq münbitliyinin artırılmasında seolitin rolu //Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun Elmi Əsərləri Məcmuəsi, XXVI cild. Bakı, Müəllim, 2015, s. 451-454
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında mədəni və təbii bitkilər altında torpaqarının səmərəli istifadə olunması. Naxçıvan Dövlət Universiteti, Beynəlxalq elmi-praktik konfrans, Naxçıvan, 2015, s. 217-221
- Hacıyev S.Ə., T.S.Hacıyeva. Ordubad maili düzənliyində təbii biosenoz və kənd təsərrüfatı bitkiləri altında torpaqlarının ekoloji qiymətləndirilməsi. Azərbaycanın Tarixi Coğrafiyasının Aktual Problemləri konfransı, Naxçıvan Universiteti, Naxçıvan, 2015, s. 101-104
- Гаджиев С.А. Оценка ландшафтных комплексов в Нахчыванской Автономной Республике. IV Международная научная экологическая конференция. Краснодар, 2015, с. 404-406
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında orta dağlıq torpaqlarının ekoloji şəraiti. Beynəlxalq İpək Yolu konfransı, Naxçıvan Universiteti, Naxçıvan, 2015, s. 67-68
- Hacıyev S.Ə. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında torpaqların öyrənilməsi. //AMEA Naxçıvan Bölməsi. Naxçıvan Müstəqillik İllərində: Xüsusi Buraxılış. Naxçıvan, Əcəmi, 2016, s. 339-349
- Hacıyev S.Ə., Hüseynəlili İ.İ. Mədəni və təbii bitkilər altında Gülüstan düzənliyi torpaqlarının qiymətləndirilməsi. // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. Cild: №1, Naxçıvan, Məktəb, 2016, s. 152-160
- Hajiyev S.A. Theoretical and practical importance of ecological fertility models of soils. International Journal of Multidisciplinary Research and Development Online ISSN: 2349-4182, Print ISSN: 2349-5979, Impact Factor: RJIF 5.72 www.allsubjectjournal.com Volume 3; Issue 3; March 2016; Page No. 389-391
- Hajiyev S.A. Usage of other ecological parameters in onder to increase soil fertility. International Journal of Academic Research and Development ISSN: 2455-4197, Impact Factor: RJIF 5.22 www.newresearchjournal.com/academic Volume 1; Issue 4; April 2016; Page No. 55-58
- Гаджиев С.А., Гахраманов С.Г. Практическое использование и значение моделей плодородия почв виноградные угодий // Вестник Алтайского государственного аграрного университета, Барнаул, 2017, № 2 (148), с. 37-44 Режим доступа:
- Гаджиев С.А., Гахраманов С.Г. Оценка полупустынных и сухостепных ландшафтных комплексов в Нахчыванской Автономной Республике и их экологические особенностей // The scientific method, (Warszawa, Poland), № 4 (4)/2017, с. 22-27
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında Arazboyu səhra və yarımsəhra landşaftının torpaq tipləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 2017, cıld 10, № 2, s.
- Hacıyev S.Ə. Şərur düzənliyi torpaqlarının aqro-ekoloji qiymətləndirilməsi // Naxçıvan Universitetinin Elmi Əsərləri, №1(4). Naxçıvan, 2017, s. 235-240
- Hacıyev S.Ə., Seidova H.S., “Torpaqşünaslıq və Torpaq coğrafiyasaı” fənnindən cöl təcrübələrinin kecirilməsi metodikası // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, №3(84). Naxçıvan, 2017, s. 280-283
İstinadlar
- Гаджиев С.А. Модели управления плодородия почв кормовых угодий Нахичеванской Республики: Автореф. дис…..канд. сел. хоз. наук. Баку, 1992, 28 с.
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Pespublikası torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: MBM, 2010, 296 s.
Mənbə
- AMEA Naxçıvan Bölməsi
- Azərbaycan Milli Elmlər Akademiyası
- Naxçıvan Universiteti
- Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyi