Səlcuq Bayraqdar
Səlcuq Bayraqdar — Türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni.
Səlcuq Bayraqdar | |
---|---|
Doğum tarixi | 7 oktyabr 1979 (41 yaş) |
Doğum yeri | Sarıyer, İstanbul, İstanbul ili, Türkiyə |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | mühəndis, siyasətçi, biznesmen[d] |
Tanınır | Baykar Makina və Türkiyə Texnoloji Komandası Vəqfi rəhbəri |
Mükafatları |
Həyatı
Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir – Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer İbtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət həll edilmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.
Əmək fəaliyyəti
Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə dönüb. Ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb. Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb. Komandası ilə yaratdığı Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKKya qarşı hərbi əməliyyatlar, Suriyada vətəndaş müharibəsi, Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə etmişdir. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın yaradıcısı olmuşdur. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yradılmasında xüsusi əməyi olmuşdur.
Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olmuşdur.
Çinin Uhan əyalətində yayılan Covid-19 virusuna qarşı 22 Mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından respirator istehsalına texniki dəstək verəcəyini açıqlamışdır. Arçelik, ASELSAN, Baykar Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilmişdir.
Şəxsi həyatı
2016-cı ildə Sümayyə Ərdoğan Bayraktarla ailə həyatı qurmuş və bir övladı var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Xüsusi pilot lisenziyasına da sahibdir.
Mükafatları
- "Qarabağ" ordeni — 12 yanvar 2021 (təqdimetmə: 1 aprel 2021)
Patentləri
- Təyyarələr üçün avtomatik enmə-qalxma sistemi (Türk Patent İnstitutu 2015/07928)
- Dəyişən iş şəraitini təyin edə bilən elektromekanik Servo Motorlu İdarəetmə Sistemi və İdarəetmə Metodu (Türk Patent İnstitutu 2015/14111)
- Üçlü Ehtiyat Uçuş İdarəetmə Sistemi (Türk Patent İnstitutu İstinad: PT2015–00693)
- Elektrokardioqrafiya (EKQ) Cihazı (Türk Patent İnstitutu İstinad: PT2015–00693)
İstinadlar
- Турецкая компания разрабатывает прототип летающего автомобиля[ölü keçid]
- . 2016-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
- ↑ www.baykarsavunma.com https://www.baykarsavunma.com/SELCUK-BAYRAKTAR.html (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://www.istiklal.com.tr/haber/selcuk-bayraktar-kimdir-kac-yasindadir-ve-nerelidir/38913 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- www.timeturk.com https://www.timeturk.com/selcuk-bayraktar/biyografi-782078 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://dspace.mit.edu/handle/1721.1/35581 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- www.sozcu.com.tr https://www.sozcu.com.tr/2020/gundem/selcuk-bayraktar-kimdir-selcuk-bayraktar-aslen-nerelidir-kac-yasindadir-5799126/ (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- Milli Gazete https://www.milligazete.com.tr/haber/4223870/selcuk-bayraktar-kimdir (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- Reuters https://www.reuters.com/article/us-health-coronavirus-turkey-ventilator/turkish-firms-will-make-5000-ventilators-in-two-months-for-coronavirus-patients-idUSKBN21I1U8 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- www.hurriyet.com.tr https://www.hurriyet.com.tr/gundem/selcuk-bayraktar-yerli-solunum-cihazi-uretim-surecini-anlatti-41499156 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://www.milliyet.com.tr/ekonomi/selcuk-bayraktar-250-adet-solunum-cihazi-siparisi-verdi-6171402 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://www.milliyet.com.tr/galeri/yerli-solunum-cihazlari-basaksehir-sehir-hastanesine-teslim-edildi-6193148 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://twitter.com/Selcuk/status/1377570186375561218?s=20