Səfərilər sülaləsi
Səfərlər sülaləsi (fars. سلسله صفاریان) İranın cənubi-şərqində, Əfqanıstanın cənubi-qərbində yerləşən Sistanda qurulmuş, 862-1003 illər arasında fəaliyyət göstərmiş qısa ömürlü bir xanədanlıqdır.
Tarixi
Səfərilərin mərkəzi bugün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Es-Sefer ölümünden önce Tahirilərin əlinde olan Xorasanı ələ keçirərək, onlara son qoydu ve Bağdad yakınlarına qədər çatmışdır.
Səfəriler İmparatorluğunun qurucusu Yakubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Amr bin Lait 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu.Daha sonra Xorasanı vermən məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.
Səfəri sülaləsinin hökmdarları
- Yəqub ibn Leys əs-Səffar (867-879)
- Amr bin Lait (879-901)
- Tahir I (901-908)
- Lait (908-910)
- Muhammed I (910-912)
- Amr II (912-913)
- Ahmad I bin Muhammed (922-963)
- Vəlüddövlə I Əmir Xələf Əmir Xələf Sistani (963-1003)
- Nasr I (1029-1073)
- Baha-ud-Devlah Tahir II (1073-1090)
- Baha-ud-Devlah Khalaf II (1090-1103)
- Taciddin Nasr II (1103-1164)
- Şemseddin Ahmed II (1164-1167)
- Taceddin Harb (1167-1215)
- Şemdessin Bahram Şah (1215-1221)
- Taceddin Nasr III (1221)
- Ruknuddin Abu-Mansur (1221-1222)
- Şihabeddin Mahmud I (1222-1225)
- Ali I (1225-1229)
- Şemseddin Ali II (1229-1254)
- Nasreddin (1254-1328)
- Nusreddin (1328-1331)
- Kutbeddin Muhammed II (1331-1346)
- Tafuddin I (1346-1350)
- Mahmud II of Persia (1350-1362)
- İzzeddin (1362-1382)
- Kutbeddin I (1382-1386)
- Taciddin II (1386-1403)
- Kutbeddin II (1403-1419)
- Şemseddin (1419-1438)
- Nizameddin Yahya (1438-1480)
- Şemseddin Muhammed III (1480-1495)
İstinadlar
- Nancy Hatch Dupree – An Historical Guide To Afghanistan – Sites in Perspective (Chapter 3)... Link
Xarici keçidlər
- Nancy Hatch Dupree – An Historical Guide To Afghanistan (ing.)