Reyhan İbrahimova
Reyhan Şöhlət qızı İbrahimova — AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru,aparıcı elmi işçi, dosent
Reyhan İbrahimova | |
---|---|
Reyhan Şöhlət qızı İbrahimova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | parazitologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru, dosent |
Elmi adı | aparıcı elmi işçi |
İş yeri | AMEA |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | AMEA-nın Fəxri fərmanı |
Həyatı
Reyhan Şöhlət qızı İbrahimova 1954-cü ildə Bakı şəhərində sadə əməkçi ailəsində anadan olmuşdur. Reyhan İbrahimova 1971-ci ildə Bakı şəhəri 172 saylı orta məktəbi, 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. Axşam şöbəsində təhsil aldığından 1974-cü ildə AMEA Zoologiya İnstitutunun Helmintologiya laboratoriyasında laborant vəzifəsinə işə düzəlmişdir. 1994-cü ildə “Azərbaycanda ev pişiklərinin helmint faunası, onun ekoloji, epidemioloji, epizootoloji cəhətdən xarakterizə edilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır.
AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən D.01.071 Dissertasiya elmi seminarının katibi, Azərbaycan Zooloqlar Cəmiyyətinin üzvüdür.
Elmi fəaliyyəti
Elmi fəaliyyətinə AMEA Zoologiya İnstitutunun Helmintologiya laboratoriyasında əvvəlcə laborant, 1974-cü ildən kiçik elmi işçi, 1991-ci ildən elmi işçi, 1994-cü ildə böyük elmi işçi, 2019-cu ildən hal-hazıra qədər aparıcı elmi işçi vəzifəsində çalışır. İşlədiyi bu müddət ərzində 9 laboratoriya mövzusunun, 2 təsərrüfat müqaviləli mövzuların icraçısı olmuşdur. Hazırlanmış tövsiyyələr müvafiq yerlərdə tətbiq olunmuşdur.
- “Trixosefalyoz və trixinellyoz törədicisinin insanda, vəhşi və ev heyvanlarında sahib-biotik spesifikliyinin öyrənilməsi” (1991-1995)
- “Abşeron və cənub-şərqi sərhəd rayonlarında ətyeyən heyvanların başlıca helmintozlarının törədicisinin ekoloji xüsusiyyətləri” (1996-2000)
- “Abşeron yarımadası və Xəzəryanı ərazilərdə vəhşi və əhli ətyeyən heyvanların başlıca helmintlərinin növ müxtəlifliyi, onların ekosistemdə rolu və onlara qarşı profilaktik tədbirlərin hazırlanması” (2001-2005)
- “Şirvan coğrafi zonasında ev və vəhşi məməli heyvanların helmintləri, onların aralıq sahibləri, bəzi başlıca helmintoz törədicilərinin təbii ocaqlıqlarında sürünənlərin iştirakının öyrənilməsi” (2006-2008).
- “Şirvan zonasının cənub-şərq ərazilərində vəhşi və əhli ətyeyən heyvanların helmintləri və onların yayılmasının öyrənilməsi” (2009-2010)
- “Lənkəran təbii vilayətində əhli ətyeyən heyvanların muasir helmintoloji vəziyyətinin qiymətləndirilməsi” (2011-2013).
- “ Lənkəran təbii vilayətində vəhşi məməli heyvanların helmintlərinin növ tərkibi , insan və ev heyvanlarının başlıca helmintozlarla yoluxmasında onların rolu” (2014-2016).
- “Kiçik Qafqazın şimal-şərq ətəklərində əhli ətyeyən heyvanların helmintlərinin biomüxtılifliyə təsirinin azaldılması məqsədilə başlıca helmintoz törədicilərinə qarşı mübarizə tədbirlərinin hazırlanması” (2017-2020)
- Kür-Araz ovalığı və Arazsahili ərazilərdə əhli ətyeyən heyvanların başlıca helmintozoonozlarının yayılmasının bioekoloji xüsusiyyətləri, parazitar ocaqların yaranmasının proqnozlaşdırılması və onlara qarşı profilaktik mübarizə tədbirlərinin hazırlanması” (2021-2023)
Azərbaycan və xarici ölkələrdə keçirilmiş 16 elmi konfranslarda məqalələrlə çıxış etmişdir.
R.Ş.İbrahimova vəhşi və əhli ətyeyən heyvanların helmint faunası və faunanın formalaşmasına təsir edən amillərin öyrənilməsi üzrə elmi-tədqiqat işləri aparır. Bu istiqamətdə apardığı tədqiqat işi daim aktual olub, elmi yeniliyə və praktiki əhəmiyyətə malikdir.
Bizim tərəfimizdən K.İ.Skryabinin tam helmintoloji yarma üsulu ilə vəhşi heyvanlarda 73 növ , əhli ətyeyən heyvanlarda isə növlər təkrar olunmaqla 62 növ helmint aşkar edilmişdir. İlk dəfə olaraq bu helmintlərdən tülküdə aşkar edilmiş Troglostrongylus brevior SSRİ faunası üçün qeyd edilmişdir. Vəhşi heyvanlarda aşkar edilmiş C. itatsinis, J.rossicum, T.laticollis. T.parenchimatosa, T.cervi, T.melesi; ev pişiklərində isə Ech. perfoliatus, Ph.fausti, D.latum, T.solium (larvae), D.skryabini, D.nolleri, A.tubaeforme, T.mystax, C.felis-cati- Azərbaycan faunası üçün ilk dəfə qeyd edilmişdir.
İlk dəfə olaraq, əhli ətyeyən heyvanlar-helmint faunasının tərkibinə daxil olmuş Pl.elegans, Ph.cordatum, T.parenchimatosa, T.laticollis, T.polyacantha, T.cervi, M.corti, M.patens, G.pulchrum, C.felis-cati, A.vasorum, A.strongylina növləri üçün yeni sahib hesab edilmişdir.
Azərbaycanda ilk dəfə çaqqalın C.itatsinis üçün; tülkünün T.brevior üçün; sahibsiz itlərin T.mystax, A.strongylina üçün definitiv sahib olması təsdiq edilmişdir.
İlk dəfə olaraq Mingəçevir su anbarı ətrafında difillobatriozun ocaqlığı; Azərbaycanın digər müxtəlif iqlimə malik ərazilərində isə vəhşi və əhli ətyeyən heyvanların başlıca helmintoz törədicilərindən-13 növün (D.latum, D.caninum, E.granulosus, M.multiceps, T.hydatigena, A.multilocularis, T.spiralis, A.caninum, U.stenocephala, T.leonina, T.canis, T.mystax, D.repens) təbii və sinantrop ocaqlığı müəyyən edilmiş və bu parazitar ocaqların GİS xəritəsi tərtib edilmişdir.
İlk dəfə olaraq, təhlükəli helmintlərin təbiətdə dövr etməsində, insan və ev heyvanlarının yoluxdurulmasında vəhşi və əhli ətyeyən heyvanların rolu müəyyən edilmişdir.
İlk dəfə olaraq, helmint faunanın formalaşmasını, helmintlərin yayılmasını, ocaqlığın yaranması və saxlanmasını təmin edən 51 növ aralıq sahiblərinin (müxtəlif növ həşəratlar, gəmiricilər, sürünənlər, ilbizlər və s.) rolu müəyyən edilmişdir.
Kənd təsərrüfatı heyvanlarına və insanlara keçən patogen helmintlərin “yoluxma mənbələri” və “yoluxdurma yolları” müəyyən edilərək aşkar edilmiş helmintlərdən 41 növün epizootoloji və epidemioloji əhəmiyyəti müəyyən edilmişdir.
Başlıca helmintoz törədicilərinin yayılmasına, yaranmış ocaqlıqlara və epizootoloji, epidemioloji əhəmiyyət kəsb edən helmintlərə qarşı 6 bənddən ibarət profilaktik mübarizə tədbirləri hazırlanıb müvafiq yerlərə tətbiq ediləcəkdir.
Hal-hazırda “AZƏRBAYCANDA ƏHLİ İTKİMİLƏR (CANİDAE) VƏ PİŞİKKİMİLƏRİN(FELİDAE) BAŞLICA HELMİNTOZ TÖRƏDİCİLƏRİ, PARAZİTAR OCAQLIQLARIN GİS XƏRİTƏLƏŞDİRİLMƏSİ, MÜBARİZƏ TƏDBİRLƏRİNİN HAZIRLANMASI” mövzusunda doktorluq dissertasiya işini tamamlamışdır.
Mükafatları
· AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.
· AMEA Biologiya və Tibb Elmləri Bölməsi Zoologiya İnstitutunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Kitabları və monoqrafiyaları
- R.Ş.İbrahimova. Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu. “Elm və Təhsil” nəşriyyatı, 2018, 208 səh.
- Р.Ш.Ибрагимова Гельминтофауна домашних плотоядных животных и пути ее формирования. Lap Lambert Academic Publishing, 2019, 156 cтр.
- Rzayev N.M., İbrahimova R.Ş. Azərbaycanda ev heyvanlarının başlıca helmintozları, yayılmasının bioekoloji xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri.Bakı,2020, 168 səh.
- Р.Ш.Ибрагимова. Зоонозные гельминты домашних плотоядных животных и их эпизоотологическое, эпидемиологическое значение. Баку, 2021, 238 стр.
- R.Ş.İbrahimova Helmintlərin spektri. Kadastrı. Bakı, 2021
Elmi əsərləri
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiklərinin helmint faunasının ekoloji və epidemioloji xarakteristikası. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev // Az.SSR EA-nın xəbərləri.B.e.ser, 1987,N-3,s.52-57
- R.Ş.İbrahimova. Dipilidioz. / M.Ş.Yolçuyev //, “Elm və həyat” jur., Bakı, 1988,N-9, s.28
- R.Ş.İbrahimova. Opistorxoz. / M.Ş.Yolçuyev //, “Elm və həyat” jur., Bakı,1990, N-5,s.42
- R.Ş.İbrahimova. Azərbaycan Respublikasında enli lentcə qurdun Diphyllobothrium latum (L;) Lühe ilk dəfə ev pişiyində tapılması. / M.Ş.Yolçuyev //, Az.SSR EA-nın xəbərləri. B.e.ser., 1993, N-1-3, səh. 41-44
- R.Ş.İbrahimova. Azərbaycanın Gəncə-Qazax zonasında T.Hydatigena Pallas yayılmasına və inkişafına temperaturun, nəmliyin, işiğın təsirinin öyrənilməsi. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev, Q.H.Fətəliyev //. Az.SSR EA-nın xəbərləri. b.e.ser.,N-1-3, 1993, s.87-94
- R.Ş.İbrahimova. Azərbaycanın Şirvan Dövlət qoruğunda ceyranın (Gazella subqutturoza Güld) helmintoloji vəziyyətinin öyrənilməsinə dair. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev, A.K.Ryabinin //, Az.SSR EA-nın xəbərləri, 1993, B.e.ser., N-4-6, s.101-107
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiklərində toksokorların yayılması, onların epizootoloji və epidemioloji əhəmiyyəti. // Tezis, Az.Respublikası Dövlət Baytarlıq komitəsi, e/prakt. konf.tez. Bakı, 1995, s.82-83
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiyində Taenia solium (larvae) sürfəsinin tapılmasına dair. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev//, Tezis “Heyvanlar aləminin öyrənilməsi və qorunması” akad. M.Ə.Musayevin an.olm.75 illiyinə həsr ol. e/k.mat, Bakı, Elm, 1997, s.102-103
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiklərinin helmintlərinin epizootoloji və epidemioloji cəhətdən araşdırılması. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev //, “Azərbaycan baytarlığı” elmi nəzəri kutl.jurn, 1999, N-1, s.67-69
- R.Ş.İbrahimova. Ev pişiklərinin difillobotoriozu. / M.Ş.Yolçuyev //, “Elm” qəzeti, 1999, N 39-40, 29 dekabr, s.12
- R.Ş.İbrahimova. Vəhşi və əhli ətyeyən heyvanlarda trixinellyoz törədicisinin sahib-biotopik spesifikliyi. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev //, Az.SSR EA-nın Xəbərləri, b.e.ser., N 1-3, 2000, s.52-55
- R.Ş.İbrahimova. Askaridoz və onun yayılma qanunauyğunluqları. / M.Ş.Yolçuyev //, “Elm” qəzeti, 28 yanvar, 2000, N 3-4, s.15
- R.Ş.İbrahimova. Abşeron və cənub-şərqi həmsərhəd rayonlarında ətyeyən əhli heyvanların başlıca helmintoz törədicilərinin ekoloji xüsusiyyətləri. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev//, Akad. M.Ə.Musayevin 80 ilinə h/ol-ş “ XX əsrin sonunda heyvanlar aləminin öyr. və qor-sı” konf.mat., 2001, s.42-45
- R.Ş.İbrahimova. Azərbaycanda dipilidioz törədicisi D.caninum-un (L.,1758) ev pişiklərində yayılması və onun epidemioloji əhəmiyyəti. / M.Ş.Yolçuyev //, Kimya-biol-elm. və təhsilinin actual prob. ADPU-80 konf.mat.2001, s.42-45
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiklərində geniş yayılmış helmintlərin ekoloji xüsusiyyətləri. Tezis. /M.Ş.Yolçuyev //, Akad.H.Əliyevin 95 illik yubileyinə h/ol-ş e/k-ın mat.2002, s.58-59
- R.Ş.İbrahimova. Sap qurdların insane orqanizminə təsiri. / M.Ş.Yolçuyev //, “Elm” qəz.N-37-38, 4
- R.Ş.İbrahimova. Azərbaycanda ev pişiklərinin helmint faunasına qidalanma və yaşayış sahələrinin təsiri. / M.Ş.Yolçuyev //, AMEA-nın xəbərləri, b.e.ser., N 1-2, 2003, s.62-65
- R.Ş.İbrahimova. Abşeronda sahibsiz itlərin helmint faunasına yaşayış sahələrinin təsirinin öyrənilməsi. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev //, Azər.Zooloqlar Cəmiyyətinin I qurultayının mat., Elm, 2003., s.126-129
- R.Ş.İbrahimova. Abşeron yarimadası və Xəzəryanı ərazilərdə vəhşi və əhli ətyeyən heyvanların başlıca helmintoz törədicilərinin ekosistemdə rolu. / İ.Ə.Sadıqov, M.Ş.Yolçuyev, Q.H.Fətəliyev //, V.Axundov ad.ET Tibbi Profilaktika İnst-nun son 10 illik təcrübi fəaliyyətinin yekunlarına h/ol-ş e/k-ın məcmuəsi. Nasir nəşr. Bakı, 2004, s.218-220
- R.Ş.İbrahimova. Abşeron və Xəzəryanı ərazilərdə tülkünün (Vulpes vulpes L.., 1758) helmintlərinin növ müxtəlifliyinə təsir edən bəzi amillərin öyrənilməsi. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev //, “Zoologiya İnstitutunun əsərləri” XXYIII cild, // Məqalələr toplusu, Bakı, Elm, 2006, s.272-278
- R.Ş.İbrahimova. Xəzəryanı ərazilərdə əhli ətyeyən heyvanların helmintlərinin və onların aralıq sahiblərinin ekosistemdə rolu. / M.Ş.Yolçuyev, T.İ.Budaqova // “Zoologiya İnstitutunun əsərləri” XXYIII cild, // Məqalələr toplusu, Bakı, Elm, 2006, s.905-911
- R.Ş.İbrahimova. Azərbaycanın Xəzəryanı ərazilərində çaqqalın helmintlərinin yayılmasının ekoloji xüsusiyyətləri . / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev //, Akad.H.Əliyevin anadan olmasının 100 illiyinə h/ol-ş “Akad.H.Əliyev və Azərbaycanda ekologiya elmi” e/prak. Konf.tezis.Bakı, “Çaşıoğlu”, 2007, s.277-278
- R.Ş.İbrahimova. Azərbaycanın Xəzəryanı ərazilərində qamış pişiyinin (Felis chaus G) helmintlərinin növ müxtəlifliyi. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev//, Azər.Zooloqlar Cəmiyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008,s.77-80
- R.Ş.İbrahimova. Şirvan zonasında vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin növ müxtəlifliyi, onların epizootoloji və epidemioloji rolu. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev, A.A.Əzizova //. Azər.Zooloqlar Cəmiyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s189-193
- Оценка эпизоотологического и эпидемиологического положения гелъминтов домашних кошек в г. Баку. Биоразнообразие и экология паразитов наземных и водных ценозов.Мат.межд.н.кон посвяш.130 летию со дня рожд.акад. К.И.Скрябина. Москва, 2008, стр.139-141
- R.Ş.İbrahimova. Şirvan zonasında vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin yayılmasında aralıq sahiblərin rolu. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev // BDU-nun 90 illik yub-nə həsr olunmuş «Biologiyada elmi nailiyyətlər” mövzusunda elmi konf.mat.Bakı Universiteti nəşr. 2009, s.404-405
- R.Ş.İbrahimova. Şirvanın dağlıq ərazilərində vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin növ müxtəlifliyinin öyrənilməsi. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev//, Azər.Zooloqlar Cəmiyyətinin əsərləri, II cild,Bakı, Elm nəşr., 2010, s.230-233
- R.Ş.İbrahimova. Azərbaycanda azsaylı və nəsli kəsilməkdə olan vəhşi məməlilərin teniidiləri. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev, A.A.Əzizova //, Azər.Zooloqlar Cəmiyyətinin əsərləri, II cild,Bakı, Elm nəşr., s.117-120
- R.Ş.İbrahimova. Şirvanın cənub-şərq ərazilərində vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin növ tərkibinin öyrənilməsi. / M.Ş.Yolçuyev, Q.H.Fətəliyev // AMEA Zoologiya İnst-nun əsərləri XXIX cild, Bakı, Elm, 2011, s.295-300
- R.Ş.İbrahimova. Şirvanda vəhşi və əhli ətyeyən heyvanların başlıca helmintoz törədicilərinin təbii və sinantrop ocaqlıqları. / Q.H.Fətəliyev, M.Ş.Yolçuyev //. AMEA-nın xəbərləri (biologiya elm) cild 66, N 3, Elm, 2011, s.132-136
- R.Ş.İbrahimova. Şirvan zonasında vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin fəsil və yaş dinamikası. / M.Ş.Yolçuyev //. AMEA Zoologiya İnst-nun Əsərləri, cild 30, N2,2012, s.93-98
- Р.Ш.Ибрагимова. Влияние местообитания на гелъминтофауну диких и домашних плотоядных животных южного склона Болъшого Кавказа. / Г.Г.Фаталиев, М.Ш.Елчуев // Мат.за IX Межд.научн.практ.конф.» Настоящ.иссл. и разв.-2013, т.24, Биологии, София-Белград», ООД, 2013, стр.59-64
- R.Ş.İbrahimova. Lənkəran təbii vilayətində əhli ətyeyən heyvanların helmintfaunası və onun formalaşmasına təsir edən amillər. / M.Ş.Yolçuyev //. “AMEA Zoologiya İnstitutunun Əsərləri”, Bakı, Elm, Cild 31, 2013, N2, s.160-166
- R.Ş.İbrahimova. Lənkəran təbii vilayətində vəhşi və əhli ətyeyən heyvanların helmint faunasına qidalanma sahələrinin təsiri. / M.Ş.Yolçuyev //. “AMEA Zoologiya İnstitutunun Əsərləri”, Bakı, Elm, Cild 32, 2014, N1, s.151-157
- Р.Ш.Ибрагимова. Влияние трофических факторов на гелъминтофауну и пути ееформирования у диких и домашних плотоядных животных в Азербайджане. / Г.Г.Фаталиев, М.Ш.Елчуев //. Научн.теоритеч.и практ.журн. Современный научный вестник Россия, сер.биологич.наук N31 (227), г.Белгород, 2014, стр.5-12
- Р.Ш.Ибрагимова. Влияние местообитания на гелъминтофауну диких и домашних плотоядных животных на терретории юго-восточного Ширвана. / М.Ш.Елчуев //. «Опалдын Фылым шаршысы» Уралъский наун. Вестник в Казахском Науч. Теор. И практ журн.г. Урал, 2014, стр.58-62
- R.Ş.İbrahimova. Azərbaycanda itkimilərin (Canidae) helmint faunasının müasir vəziyyəti. / Q.H.Fətəliyev //. “AMEA-nın Xəbərləri” biologiya və tibb elmləri jurnalı, 2015, N1, s.35-38
- R.Ş.İbrahimova. Lənkəran təbii vilayətində vəhşi heyvanlarda helmintlərin növ müxtəlifliyini yaradan amillər, onların epizootoloji və epidemioloji xüsusiyyətləri. // AMEA Zoologiya institutu əsərləri, Bakı 2015, cild 33, N-1, s.61-69
- R.Ş.İbrahimova. Azərbaycanda əhli ətyeyən heyvanların helmint faunası, onun epizootoloji və epidemioloji cəhətdən xarakterizə edilməsi. // AMEA Gəncə Xəbərləri, 2016, s.122-129.
- Р.Ш.Ибрагимова, Г.Г.Фаталиев Сравнительный анализ гельминтофауны кошачьих (Felidae) в Азербайджане. Российский паразитологический журнал, М., 2016, т.36, вып.2, с.135-140
- Фаталиев Г.Г.,Юсифов Э.А.,Ибрагимова Р.Ш. Распространение и влияния абиотических факторов на развитие Taenia hydatigena (Pallas,1766) в Азербайджане. Sciens of Europe (Praha, Czech Republik “Jurnal is published in Czech, vol 1, N 7 (7), 2016, p. 31-36
- Р.Ш.Ибрагимова Роль промежуточных хозяев в распространении гельминтов домашних плотоядных животных на территории Азербайджана. “Вестник БГУ», Биология, Изд-во Минск, 2017, № 3, с. 94-100
- Р.Ш.Ибрагимова Пути формирования гельминтофаунистических комплекс домашних плотоядных животных на территории Азербайджана. Российский Журнал Биологический Инвазий,2017, № 4, с. 57-62
- Ибрагимова Р.Ш.,Рзаев Н.М.Сравнительный анализ гельминтофауны различных групп собак в Азербайджане. Вестник Запорожского Национального Университета, 2017, № 2, с. 20-26
- İbrahimova R.Ş. Platways of Helmint Fauna Formation in Domestik Carnivorus in Azerbayijan. Russian Journal of Biological Invasions, 2018, vol 9, №1, рр.46-49
- İbrahimova R.Ş. Azərbaycanda əhli itkimi və pişikkimlərin baslıca helmintozlarının yayılmasının bioekoloji xüsusiyyətləri. AMEA Naxçıvan Bölməsi, Xəbərlər,təbiət və texniki elmlər ser., Naxçıvan “Tusi”, 2018, N 4, cild 14, s.222-227
- İbrahimova R.Ş. Azərbaycanda əhli ətyeyən heyvanların helmintlərinin biomüxtəlifliyə təsiri. BETİ-nin görkəmli alimləri Y.H.Hacıyev və N.M.Şirinovun yubileyinə həsr olunmuş “Baytarlıq elminin inkişaf istiqamətində innovasiyaların tətbiqi” beynəlxalq elmi-praktik konfransın mater-rı. Bakı, “Müəllim” nəşri, 2019, s.231-235 İSBN 978-9952-435-41-2
- İbrahimova R.Ş. Kiçik Qafqazın şimal-şərq ətəklərində xırdabuynuzlu heyvanların teniidilərlə yoluxmasında əhli ətyeyən heyvanların rolu. “Azərbaycan Aqrar elmi” elmi-nəzəri jurnal. Bakı, 2019, 4(258), s.80-83 İSSN-76419
- Ибрагимова Р.Ш. Влияние характерных видов на формирование гельминтофауны домашних плотоядных животных в Азербайджане. Материалы международной конференция «Экосистемные услуги и менеджмент природных ресурсов».İnternational Scien tifik and Practical Conference. ТГУ, Тюмень, 2020,c.205-207
- Ибрагимова Р.Ш. Современные гельминтологическое состояние домашних плотоядных животных на урбанизированных территориях Азербайджана. iScience. Актуальные научные исследования в современном мире.Переяслав, 2019, выпуск 12 (56), часть 2, стр. 16-23. ISSN 2524-0986, РИНЦ
- İbrahimova R.Ş. The effect of anthropogenic factors on the formation of helminth fauna of domestic carnivores in the territory of Azerbaijan. XII İnternational Scientific Conference “General question of worid science”. 2021 fevral N 2, s. 78-84
- The role of carnivorous animals in creation of parasite hotbeds in the territory of Azerbaijan. Журнал «Наука и Бюллетень». 2021, № 3, с. 114-120
- Parasitic hotbeds of the of the domestic carnivores of the helminth infectors in the territory of Azerbaijan, and their GİS mapping. Харьковский Гос.Универс. Zoological Record