Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21.11.1936, Bakı şəhəri) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991).
Rahid Rəhmanov | |
---|---|
Rahid Ramiz oğlu Rəhmanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru (1983) |
İş yeri | AMEA Geologiya və Geofizika İnstitutu |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Tanınır | geoloq |
Həyat yolu
1936-çı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-ci ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954-1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub.
1959 – Azərbaycan Neft və Kimya İnstitutunun “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə bitirərək “Dağ mühəndisi-geoloqu” ixtisası verilmişdir. 1959-1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur.
1962-1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı.
1964 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi” mövzusunda dissertasiya müdafiə etmişdir.
1964-1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi.
1972-1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun “Palçıq vulkanizmi bölməsinin “Palçıq vulkanlarının geologiyası” laboratoriyasının böyük elmi işçisi.
1983 – “Geotektonika” ixtisası üzrə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Mütəhərrik qurşaqların palçıq vulkanizmi və onun geotektoniki mövqeyi” mövzusunda dissertasiya müdafiə etmişdir.
1983-1993 – Azərbaycan EA Geologiya İnstitutunun doktorluq dissertasiya müdafiəsi üzrə İxtisaslaşmış şuranın elmi katibi və üzvü.
1986-1996 – Azərbaycan EA Geologiya İnstitutunun Palçıq vulkanizmi laboratoriyasının rəhbəri.
1995-2000 – “Od” Beynəlxalq Palçıq Vulkanologiya Mərkəzinin təsisçi və sədri.
1996-2001 – Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda (sonralar Azərbaycan Dövlət Neft Şirkətinin “Elmi-Tədqiqatlar” İnstitutu) böyük və aparıcı elmi işçisi.
2001- 2009 – Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun geoloji-geofiziki ümumiləşdirmə laboratoriyasının baş elmi işçisi.
2009-2014 – Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda əmək müqaviləsi əsasında baş elmi işçi.
Elmi və ictimai fəaliyyəti
Elmi tədqiqat sahələri – palçıq vulkanizmi, neftli-qazlı rayonlarının geologiyası və quruluşu, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatıdır.
Palçıq vulkanizmin Yer kürəsinin mütəhərrik qurşaqlarında yaylma qanunauğunluqlarını, onun qalın (8-15 km və daha artıq) çöküntü qatı olan çökəkliklərdə yerləşməsini əsaslandırıb. Palçıq vulkanlarının iki morfogenetrik tipini ayırıb. İlk dəfə paleopalçıq vulkanizmi problemini irəli sürüb, palçıq vlkanlarının məlumat bankını yaradıb.
“Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları”(1978), “Azərbaycan, Türkmənistan və Cənubi Xəzərin palçıq vulkanları və neft-qazlılıq proqnozu” (1997) xəritələrinin tərtibçilərindən və izahat kitablarının müəlliflərindən biridir.
1993-1995-ci illərdə “Britiş-Petroleum” və “Statoyl” xarici şirkətlərlə və 2001-ci ildə BP-lə birgə aparılan işlərin icraçısı olub.
Müstəqil və müştərək elmi məruzələri Gənc alimlərin Ümumittifaq konfransında (Moskva, 1966), “Cənubi Xəzər çökəliyinin neft-qaz yataqlarının qaz-geokimyəvi üsullarla axtarışı” Ümumittifaq seminar-müşavirində (Bakı, 1972), Beynəlxalq Geoloji konqresin 27-ci sessiyasında (Moskva, 1984), Geologiya elmlərinin tarixi üzrə IV ikitətəfli (SSRİ-ADR) simpoziymda (Bakı, 1986), Çökmə və vulkanogen-çökmə formasiyaları və onların faydalı qazıntıları” Ümumittifaq seminar-müşavirədə, “Böyük dərinliklərin neft-qazlılığı və palçıq vulkanizmi” I Ümumittifaq müşavirə-seminarda (Bakı, 1991), Amerika neftçi-geoloqların Assosiasiyasının Beynəlxalq konfransında (Nitsa- Fransa, 1995), Azəerbaycan Neftçi-Geoloqları Cəmiyyətinin Azərbaycanın palçıq vulkanlarına həsr edilmiş III Beynəlxalq konfransında (Bakı, 1995), “Neft geologiyasında kompüter qrafikası, məlumat bankları, kompüter modelləşdirilməsi” I Beynəlxalq konfransda (S.-Peterburq, 1995), “Geo-Xəzər-Neft” proqramı üzrə Beynəlxalq elmi-təşkilatı seminarda (Həştərxan, 2000), “Karbohidrogen resurslarının aşkarlanmasına kompleks yanaşma” Beynəlxalq konfransda (Bakı, 2012), “Neftçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfransda (Bakı, 1912) dinlənilib.
1980-1990-cı illərdə SSRİ EA neft və qazın geologiyası və geokimyası problemləri üzrə Elmi Şurasının Qafqaz və Zaqafaziya Regional Komissiyasının elmi katibi və üzvü. Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin üzvü.
Pedaqoji fəaliyyəri
1986-1990-çı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında dərs deyib.
Medalları
Əmək veteranı (1987), SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisizinin gümüş (1981) və bürünc (1983) medalları.
Kitablari
- Palçıq vulkanları. Bakı, Azərneftnəşr, 1960, 43 s.;
- Xəzər və neft. Bakı, Azərnəşr, 1961, 184 s. ( həmmüəllif A.S.Rəhimov) [1]
- Каталог зафиксированных извержений грязевых вулканов Азербайджана (за период 1810-1974 гг), Баку, АзНИПИнефть, 1974, 33 с (соапвторы А.А.Якубов, А.А.Али-Заде, Ю.Г.Мамедов).[2]
- Грязевые вулканы Азербайджана (аннотированный библиографический справочник) (соавторы А.А.Якубов, Ад.А.Алиев). Баку, Элм, 1976, 220 с.[3]
- Карта грязевых вулканов нефтегазоносных областей Азербайджанской ССР масштаба 1:500000 и объяснительная записка к ней. Баку, Элм, 1978, 40 с. (коллектив авторов).[4]
- Грязевой вулканизм Советского Союза и его связь с нефтегазоносностью. Баку, Элм, 1980, 165 с. (коллектив авторов).
- Грязевые вулканы и их значение в прогнозировании газонефтеносности недр. Москва, Недра, 1987, 174 с.[5]
- Mud volcanism and prognostication of oil and gas potential of Azerbaijan, Turkmenistan and the South Caspian. Explanatory booklet to the 1:500000 scale Map of mud volcanoes and oil and gas potential of Azerbaijan, Turkmenistan and the South Caspian. Baku, Houston, 1997, 144 p. (коллектив авторов).
- Грязевые вулканы Азербайджана (библиографический справочник), вып. 2. Баку, Nafta-Press, 2006, 134 с. (соавторы Ад.Алиев, Т.И.Гасаналиева).
- Каталог извержений грязевых вулканов Азербайджана (1810-2007 гг.). Баку, Nafta-Press, 2009, 110 с. (соавторы Ад.А.Алиев, И.С.Гулиев)
- Catalogue of mud volcanoes eruptions of Azerbaijan (1810-2007). Baku, Nafta-Press, 2009, 105 p. (həmmüəlliflər Ad.A. Əliyev, İ.S. Quliyev).
- Мамед Мирзоев – геолог-нефтяник, журналист. Баку, Марс-Принт, 2010, 174 с. [6]
- Naxçıvan Muxtar Respublikasının neft-qazlılıq perspektivliyi. Bakı, “NQETLİ” nəşr., 2013, 140 s. (həmmüəllif X.M.Yusifov).
120-dən çox elmi məqaləsi Bakıda və xarici ölkələrdə dərc edilib.
Kitablara və xəritəyə rəylər
- Hüseynov Ə, Çobanzadə. “Kommunist” qəzeti, 1962, № 10, 16 yanvar; Səmədov F. “Kommunist”, 1962, № 297, 22 dekabr;
- Мамедова Ф. Газета «Баку», № 221, 1974, 230 сентября.
- Азеринформ. Газета «Вышка», № 256, 1976, 2 ноября; Cухарев Г.М. Журнал «Известия АН Азерб., серия наук о Земле», 1977, № 5, с. 110-111; Бугельская Л.И., Соловьев Ю.Я., Тихомиров В.В. Журнал «Известия АН СССР, серия геолог.,» 1978, № 4, с. 148-150;
- Азеринформ. Газета «Вышка», № 182, 1979, 11 августа; Мирзев М. Газета «Баку», № 89, 1980, 14 апреля; Əliyev A. “Bakı” qəzeti, № 206, 1980, 3 sentyabr; Вебер В.В., «Азерб. нефт. хоз-во», 1979, № 10, с. 78.
- Мамедзаде Р. Газета «Баку», № 134, 1987, 10 июня; Мирзоев М.А. Журнал «Азерб. нефт. хоз-во», 1987, № 8, с. 62-63.
- Нилуфар Гасан гызы. Газета «Вышка», № 2, 2011, 15-19 января.
Haqqında
- “Azərbaycan pioneri” qəzeti, 1949, 31 dek.
- Мирзоев М. Записки геолога. Баку, Горгуд, 1997, с. 113-121, 239.
- Azərbaycan Elmlər Akademiyası. Geologiya İnstitutunun alimləri, Bakı, Nafta-Press, 1999, s.244-245.
- Mirzəyev M., Mirzəliyev C. “Qara qızıl” ağ səadət rəngində. İkici kitab. Bakı, “Azərbaycan” nəşr., 2001, s. 123-124.
- Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun alimləri, Sorğu kitabı, Bakı, Марс-Принт, 2004, 274-275.
- Azərbaycanın geoloq və geofizik alimləri. Bakı, Nafta-Press, 2004, s.297-298
- Azərbaycanın neftci alimləri. Rahid Ramiz oğlu Rəhmanov : Biblioqrafiya. Bakı, AzNQSDETLİ-nın nəşr-tı, 2006, 75 s.
- Rəhmanov Rahid Ramiz oğlu –75 // Azərb. Neft. Təsər., 2011, № 11, s. 79-80.
- Энциклопедический альбом нефти и газа России – история в лицах и свершениях. Москва, НИКА-Д, 2012, с. 720.