Wikipedia
Quxuroba
Quxuroba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Quxuroba | |
---|---|
41°35′17″ şm. e. 48°32′31″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 226 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3830 |
Tarixi
- Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası
Quxuroba oyk., miir. Qusar r-nunun Sudur i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə XIX əsrdə Quxur kəndinin obası olmuşdur. XX əsrin əvvəllərində Quxur kəndindən çıxmış ailələr burada daimi yaşayış məntəqəsi salmışlar. Oykonim “Quxur kəndinə məxsus oba” mənasındadır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1861 nəfər əhali yaşayır.
İdman
- Kənddə "Şahdağ" (Qusar) futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Şahdağ"dan örnək layihə
Qusar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |