Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Qasapet, Cavanşir qəzası – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943-1974).
Qurgen Antonyan | |
---|---|
Doğum tarixi | 3 yanvar 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1984 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor[d] |
İş yerləri | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934-1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937-1974-cü illərdə Bakıda V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943-1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974-1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır.
7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti
Ədəbi fəaliyyəti əsasən iki qonşu xalq olan azərbaycanlılar və ermənilər arasındakı ədəbi əlaqələrin tarixinə ("Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi", "Հայ-ադրբեջանական բարեկամությունը գրականության մեջ" ("Ədəbiyyatda erməni-Azərbaycan dostluğu") və s.), eləcə də Azərbaycanda yaşayıb-yaratmış və yaradan erməni yazıçılarının əsərlərinə aiddir.
Əsərləri
- Արևմտահայ ռեալիստական արձակը (Erməni realist nəsri). Bakı, 1939;
- Նիզամին և հայ գրականությունը (Nizami və erməni xalqı). Bakı, 1947;
- Реакционное движение Шамиля и некоторые вопросы армянской общественной мысли XIX века. Баку, 1952;
- Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi. Bakı: Azərnəşr, 1955;
- Սամեդ Վուրղուն (Səməd Vurğun). Bakı, 1958;
- Հայ-ադրբեջանական բարեկամությունը գրականության մեջ (Ədəbiyyatda erməni-Azərbaycan dostluğu). Yerevan: Haypetrat, 1962.
İstinadlar
- ↑ Անտոնյան Գուրգեն Գերասիմի // http://am.hayazg.info/index.php?curid=352.
- Ermənistan Sovet Ensiklopediyası. I. 1974. səh. 456. (#parameter_ignored)