Wikipedia
Qurbanzadə
Qurbanzadə — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd.
Qurbanzadə | |
---|---|
40°45′58″ şm. e. 46°34′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 187 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 632 (2009) nəfər |
Tarixi
Toponimikası
Qurbanzadə kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ mahalından gəlib Fəxralı kəndində rəncbərlik edənlər 1924-cü ildə salmışlar. Yeni salınmış kənd əvvəllər Tatlar adlanırdı (yerli əhali Cənubi Azərbaycandan gələn rəncbərlərə tat deyirdi). Sonralar kəndin adı dəyişdirilərək ona vaxtila yaşayış məntəqəsinin salınması üçün torpaq sahəsi ayırmış Gəncə Qəza İcraiyyə Komitəsinin torpaq şöbəsi idarəsinin müdiri Qurban Məmmadovun adı vərilmişdir. Oykonim "Qurbanın övladları” mənasındadır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |