Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية) - Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb.
Qibti kafedralına terror hücumu | |
---|---|
Hücum yeri | Qahirə, Misir |
Vaxt | 11 dekabr, 2016 10:00 (UTC+2) |
Həlak olanlar | 25 |
Yaralılar | 50 |
Şübhəlilər | İŞİD |
Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
İstinadlar
- "Blast near Cairo Coptic cathedral kills at least 22". 11 December 2016 – www.bbc.com vasitəsilə.
- "Blast hits near Christian cathedral in Cairo, 20 killed, 35 wounded – Egyptian state TV". Russia Today.
- "Blast inside Cairo's Coptic cathedral kills at least 20, injures 35". 11 December 2016 – Reuters vasitəsilə.
- Shams el-Din, Moataz. . Huffington Post (Arabic). 11 December 2016. 12 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016. (#apostrophe_markup)